Yuonay gölü
Yuonay gölü | |
---|---|
çuk. Юнин | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 26 m |
Eni | 3 km |
Uzunluğu | 10 km |
Sahəsi | 27,8 km² |
Həcmi | 193 km³ |
Minerallaşma tipi | Şirin |
Yerləşməsi | |
65°54′ şm. e. 173°39′ q. u.HGYO | |
Ölkə | Rusiya |
|
|
|
Yuonay gölü (çuk. Юнин) — Rusiyanın uzaq Şərq regionunda, Çukot Muxtar Dairəsinin Çukot rayonu ərazisində yerləşən gölü. Rayonun ən böyük liman mənşəlli göllərindən biri. Göl öz adını Yunivem çayından almışdır.
Yerləşməsi
[redaktə | mənbəni redaktə et]Göl Çukot yarımadasının mərkəzindən şərqdə, Daurkin yarımadasının cənub-qərb sərhədində, iki dağ arasındakı boşluqda yerləşir (Yuonay (Ioni) 682 m və Gılmimliney 685 m).
Hidroqrafiyası
[redaktə | mənbəni redaktə et]Gölün səthi dəniz səviyyəsindən 26 metr yüksəklikdədir. Gölün sahəsi 27,8 km²[1], həcmi isə 193 km²-dir. Su tutarına beş çay tökülür. Onlardan ən böyüyü Priozernaya çayı, gölə şimal-şərqdən axır. Cənub-qərb hissəsən isə gölə Yaonaypılqın çayı (Yaonayveemin sağ qolu) tökülür. Gölün eni üç km, eni isə 10 km-dir.
Yuonay gölünün sahilləri hamardır. Şərq hissəsi bataqlıqlaşmış və kollarla örtülmüşdür. Dibi qum və çınqıl, su bitkiləri ilə örtülüdür[2]
Gölün şimal hissəsi əsas hissədən qumlu dillə ayrılır. Bununla belə həm də dar bir axarla əsas hissəyə birləşir.
Göl sentyabr ayının ilk yarısında donur, buzun tamamilə əriməsi iyunun sonuna qədər davam edir[2].
Göl hövzəsi Arenıskınvaam, Qilmımilveem və Yonaypilqın hövzələri ilə həmsərhəddir.
Ətrafı
[redaktə | mənbəni redaktə et]Gölün cənub sahilində, Yonaypilqının mənbəyində "Ioni 1–6" düşərgələri vardır. Bu düşərgələr eramızdan əvvəl II minilliyə aid bir arxeoloji tarixi və mədəni tapıntıdır.
Gölün şimal və qərb sahilləri boyunca keçmiş Lenin kolxozunun keçid bazasını Lorino kəndi ilə birləşdirən traktor yolu keçir.
Su tutarının cənub ucuna yaxın Nayvakqıtqın gölü yerləşir. Su tutarının özəlliyi ondadır ki, onun yerləşdiri ərazinin yaxınlığından keçən çayların bir qismi Sakit okean hövzəsinə, digərləri isə Şimal Buzlu okean hövzəsinə aiddir. Göl demək olar ki,, hər okeanın sularına eyni məsafə yerləşir.
Fauna və flora
[redaktə | mənbəni redaktə et]Göldə çəkisi 3 kq-a çatan köçəri Salvelinus cinsinə daxil olan balıqlar qışı keçirir. Balıq ovu isə onların ehtiyatlarını xeyli dərəcədə azaldır. Göldə həmçinin Thymallus arcticus signifer, Coregonus nasus və Lota lota leptura kimi növlərə də rast gəlinir.
Gölün kənarları quşların yuvalamaları üçün çox uyğun deyil, bununla belə ağ qaz, Kanada durnası bu ərazidən keçir[2].
Burada Parmeliaceaelər fəailəsindən olan nadir bir növə rastlanılır — Rusiyanın Qırmızı Kitabına daxil edilmiş Cetrelia alaskana növü[3].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Государственный водный реестр. Иони. textual.ru. Минприроды России (29 марта 2009). Дата обращения 20 декабря 2018. Архивировано 29 марта 2009 года.
- ↑ 1 2 3 "Водно-болотные угодия России, т. IV, (сост. А. В. Андреев)". www.fesk.ru (rus). 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18. М.: Wetlands International, 2001, ISBN 90-5882-986-3
- ↑ Беликович А. В., Галанин А. В., Афонина О. М., Макарова И. И. "Растительный мир особо охраняемых территорий Чукотки". old.botsad.ru (rus). 21 Sep 2013 tarixində arxivləşdirilib. Владивосток: БСИ ДВО РАН, 2006. 260 с.