Yunus Nadi Abalıoğlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yunus Nadi Abalıoğlu
türk. Yunus Nadi Abalıoğlu
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
İxtisası Jurnalist,siyasətçi
Təhsili
Fəaliyyəti jurnalist, baş redaktor, siyasətçi, yazıçı
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yunus Nadi Abalıoğlu (türk. Yunus Nadi Abalıoğlu) — türk jurnalisti, yazıçı, siyasi xadim.

Rodosda Süleymaniyyə mədrəsəsində oxumuş, Qalatasaray liseyini və hüquq məktəbini bitirmişdir. 1900-cü ildə “Məlumat” qəzetində fəaliyyətə başlamış, hakimiyyət əleyhinə yönəlmiş yazılarına görə həbs olunmuşdur. “Rumeli” (1910) və “Təsviri-əfkar” qəzetlərinin baş redaktoru olmuşdur.

"İttihad və Tərəqqi" partiyasının xadimləri ilə yaxınlıq etmiş, 1918-ci ildən Türkiyədə nəşr olunan "Təsviri-əfkar", "Yeni gün" və s. qəzetlərdə Türkiyə-Azərbaycan əlaqələrinə dair yazıların müəllifi kimi tanınmışdır. 1918-ci il iyulun 4-də "Təsviri-əfkar" qəzetində dərc olunmuş "Qafqazlılar və Türkiyə" adlı məqaləsində Batum sülh konfransında AzərbaycanTürkiyə nümayəndələri arasında aparılmış danışıqlar və əldə edilmiş razılaşma haqqında geniş məlumat verilir. Müəllif Azərbaycan türklərinin istiqlal mübarizəsini ön plana çəkərək, Qafqazın Türkiyə üçün əhəmiyyətini vurğulayırdı.[1]

19181920 illərdə “Yeni gün” qəzetini buraxmış, nəşrini Ankarada davam etdirmişdir. 1924-cü ildən nəşrinə başladığı “Cümhuriyyət” qəzetinin baş redaktoru idi. “İnqilabi-Osmani” (1908), “Mustafa Kamal Paşa Samsunda” (1955), “Qurtuluş savaşı xatirələri” (1978) və s. əsərləri var. Türkiyə Böyük Millət Məclisinin üzvü olmuşdur.

"Yeni gün" qəzeti

[redaktə | mənbəni redaktə et]

1918-ci il sentyabrın 4-də " Yeni gün" qəzetində çıxan "Bolşeviklərin hökuməti" məqaləsində Yunus Nadi 1918-ci il avqustun 27-də imzalanmış alman-sovet sazişini şərh edərək, Azərbaycan və Bakı məsələsində qeyri-fəal mövqe tutduğuna görə Türkiyə hökumətini tənqid edirdi. Yunus Nadi Türkiyə ictimaiyyətində Azərbaycanın müstəqilliyinin labüdlüyü fikrinin formalaşmasında mühüm rol oynamışdır.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 7. ISBN 978-9952-441-02-4.