Yumen keçidi
Yumen keçidi çin. 玉门关 | |
Yumen keçidindəki Fanpan qalasının qalıqları | |
Koordinatlar: bilinməyən arqument formatı | |
Ölkə | ÇXR |
Birinci səviyyəli АЕ | Qansu |
İkinci səviyyəli АЕ | Dunxuan |
Yumen keçidi Vikianbarda |
Yumen keçidi (çin. ənən. 玉门关, sadə. 玉門關, pinyin: Yùmén Guān) — Böyük Çin səddinin ÇXR-nın Qansu əyalətindəki Dunxuan şəhərinin qərbində yerləşən keçidi. Han sülaləsi dövründə (e.ə. 202 – b.e. 220) bu, Böyük ipək yolu üzərindəki bir keçid, Mərkəzi Asiyanı Şərqi Asiyaya bağlayan bir yol idi.
Məntəqənin cənubunda Böyük ipək yolunun vacib bir nöqtəsi olan Yanquan keçidi yerləşirdi. Bu keçidlər Böyük ipək yolu boyunca yerləşən digər ərazilərlə birlikdə 2014-cü ildə YUNESKO-nun Ümumdünya irsi siyahısına "İpək Yolları: Çanqan-Tyanşan Dəhlizinin Marşrutlar Şəbəkəsi Ümumdünya İrsi" adı altında daxil edilmişdir.[1]
Etimologiya
[redaktə | mənbəni redaktə et]Çin dilindəki "quan" sözü sadəcə "keçid" kimi tərcümə edilsə də, sözün daha spesifik və dağ keçidlərindən fərqli olan mənası "sərhəd keçidi"dir. Yumenquan (玉門關) ifadəsi "yu" (玉, yəni "jad") və "men" (門, yəni "darvaza" və ya "qapı") sözlərindən, Yanquan (陽關) isə "yan" (陽, yəni "günəşli yer", "təpənin cənubu", "çayın şimalı") və "quan" (關) sözlərindən əmələ gəlmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Yumen keçidi Çinin şimal və qərb ərazilərinə olan ən tanınmış keçidlərdən biri idi.[2] Han sülaləsi hakimiyyətinin ilk dövrlərdə buradan Tszyutsyuan şəhərinə qədər uzanan bir müdafiə xətti mövcud idi.[3]
"Qərb vilayətləri"nə (西域, Tsiyu) səyahət edənlər Çini oradan keçən çoxlu jad karvanlarının şərəginə adlandırılan məşhur Yumenquan və ya "Jad darvaza sərhəd keçidi"ndən keçərək tərk edirdilər. Orijinal Jad keçidi eradan əvvəl 121-ci ildən qısa bir müddət sonra imperator U-di tərəfindən inşa edilmişdir və onun xarabalıqları VI əsrdə qədər Hindistan, Parfiya və Roma imperiyasına səyahət edən karvanların Çin ərazilərindəki son məntəqəsi olan Dunxuanın 80 kilometr (50 mil) şimal-qərbindən belə görünürdü.[4]
Han sülaləsi dövrünə aid olan bu iki əhəmiyyətli darvazaların xarabıqları arasında təqribən 68 kilometr (42 mil) məsafə var; onlar Böyük Çin səddinin Dunxuan çıxıntısının uclarında yerləşir. Darvazalar Tan sülaləsi dövründə populyarlıqdan düşənə qədər Dunxuandan keçən bütün karvanlar bu darvazalardan birindən, sonra isə Çinin ən qərbindəki keçidlərindən keçməli idi. III–IV əsrlərdə Mərkəzi Asiyada baş verən, quru ticarətinə maneə törədən çaxnaşmalar nəticəsində darvazalardan istifadə azalmış və onlar Hindistandan keçən dəniz marşrutu tərəfindən əvəz edilmişdir. Karvanlar Hami səhrasından keçən şimal marşrutunu üstün tutduqlarından darvaza artıq VI əsrdə tərk edilmişdir. 1907-ci ildə etnoqraf Mark Avrel Steyn məntəqəni Yumenquan adlandıran bambuk çubuqları tapmış, 1944-cü ildə çinli arxeoloqların aşkar etdiyi qalıqlar isə bunu təsdiqləyəmişdir.[5][6]
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Silk Roads: the Routes Network of Chang'an-Tianshan Corridor". UNESCO World Heritage Centre (ingilis). United Nations Educational, Scientific, and Cultural Organization. 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2021.
- ↑ Hill, 2015. səh. 140
- ↑ Mallory, Mair, 2000. səh. 60
- ↑ Hill, 2009. səh. vi
- ↑ Hill, 2009. səh. 138
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Bonavia, Judy; Baumer, Christoph. The Silk Road: From Xi'an to Kashgar (ingilis). Hong Kong: Odyssey Publications. 2004. ISBN 978-962-217-741-3.
- Hill, John E. Through the Jade Gate to Rome: A Study of the Silk Routes during the Later Han Dynasty, 1st to 2nd Centuries CE (ingilis). Charleston, South Carolina: BookSurge. 2009. ISBN 978-1-4392-2134-1.
- Hill, John E. Through the Jade Gate to Rome: A Study of the Silk Routes during the Later Han Dynasty, 1st to 2nd Centuries CE (ingilis). Volume I (Revised). CreateSpace. 2015. ISBN 978-1-5006-9670-2.
- Julian Chen, Yuan. [春風玉門,《福建文學》 (#bad_url) (çin). Fujian Literature. 2014. 72–76.
- Mallory, J. P.; Mair, Victor H. The Tarim Mummies: Ancient China and the Mystery of the Earliest Peoples from the West (ingilis). London: Thames & Hudson. 2000. ISBN 978-0-500-05101-6.