Yesugey
Yesugey Bahatur | |
---|---|
monq. ᠶᠢᠰᠦᠭᠡᠢ | |
Doğum tarixi | 1134 |
Doğum yeri | Xamaq Monqol |
Vəfat tarixi | 1171 |
Vəfat yeri | Xamaq Monqol |
Vəfat səbəbi | zəhərlənmə[d] |
Vətəndaşlığı | Xamaq Monqol |
Həyat yoldaşları | |
Uşaqları | |
Milliyyəti | Monqol |
Dini | Tenqriçilik (Şamanizm) |
Fəaliyyəti | döyüşçü |
Vikianbarda əlaqəli mediafayllar |
Yesugey (monq. Есүхэй баатар (1134 - 1171) — Borucigin soyundan olan monqol başçısı, Çingiz xanın atası.
Həyatı
[redaktə | mənbəni redaktə et]Monqolustan çölləri tatar türklərinin əlində idi və onlarla monqollar arasında tez-tez amansız döyüşlər baş verirdi. Belə döyüşlərdən birində tatarlar Yesugey bahadurun atası Bartan bahaduru əsir aldılar. Sonra da onu monqolların köhnə düşməni olan Çjurçjenlərə satdılar. Sonuncular da Ambaqay xanı Çin imperatoruna təslim etdilər. Çün imperatoru isə Monqolustan səhralarında müstəqil dövlət qurmaq fikrinə düşərək mərkəzi hakimiyyətə tabe olmaq istəməyən Bartan bahadur qəddarcasına qətlə yetirdi. Bu arada tatarlar monqolların onlardan Bartan bahadurun qisasını alacağından ehtiyat edərək ələ aldıqları gizli qatil vasitəsəi ilə Yesugey bahaduru zəhərlədilər. Yesugey bahadurun ölümündən sonra onun qurduğu dövlət dağıldı.