Yeni Suraxanı
Yeni Suraxanı | |
---|---|
40°25′52″ şm. e. 50°02′10″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yeni Suraxanı (əvvəlki adı: Kirov) — Bakının Suraxanı rayonunda qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Bakı şəhərinin Suraxanı rayonundakı Kirov qəsəbəsi Yeni Suraxanı qəsəbəsi adlandırılmışdır.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]1930-cu ildə Suraxanı kəndinin əhalisi dövlət tərəfindən kəndin əkin sahələrində tikilmiş yeni, qəsəbə tipli kəndə köçürüldü. Səbəb kimi Suraxanı kəndinin ərazisində neft mədənlərinin olması və bunun əhali üçün çətinliklər törətməsi göstərildi. Kənd sakinləri arasında yeni yaşayış məskəni "Nuqədi" (Yeni kənd) adlandı. 29 dekabr 1992-ci il tarixinə qədər Suraxanı rayonundakı bu qəsəbə Kirov qəsəbəsi adlanırdı. Bu ad kənd əhalisi tərəfindən qəbul edilməmiş və Yeni Suraxanı adından istifadə edilmişdir. Suraxanı sözünün mənası Bakılıların eynilə də suraxanılıların və balaxanılıların danışdığı tat dilində sura — "qırmızı", xanı — "ev", əslində isə, sörx — "qırmızı", xonə — "ev" deməkdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-09.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Qəsəbə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |