42°40′48″ şm. e. 19°42′36″ ş. u.HGYO

Yapan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yapan
mont. Јапан
42°40′48″ şm. e. 19°42′36″ ş. u.HGYO
Ölkə
Bələdiyyə Andriyevitsa
Xəritəni göstər/gizlə
Yapan xəritədə
Yapan
Yapan

Yapan (mont. Јапан) – Monteneqronun Andriyevitsa bələdiyyəsində yerləşən kənd. Yaponiya ilə olan ad oxşarlığı səbəbilə məşhurlaşmışdır.

Kənd Komovi dağının cənub-şərq yamacında,[1] Andriyevitsadan 13 kilometr uzaqlıqda yerləşir.[2]

Kəndin adının mənşəyi mübahisəlidir və bununla bağlı bir neçə rəvayət mövcuddur. Bir versiyaya görə 1904-cü ildə Rus-yapon müharibəsi zamanı kənd əhalisinin bir qismi Rusiyanı dəstəkləmiş, bir qismi tərəfsiz qalmışdır. Bu səbəbdən kənd Yapan adını almışdır. Digər versiya Birinci Dünya müharibəsində Avstriya-Macarıstan imperiyasına qarşı döyüşmüş, kəndin sakini olmuş Samilo Fatiçlə bağlıdır. Fatiç Monteneqro kralı I Nikola tərəfindən medalla təltif olunarkən ondan kəndə su çəkilməsini xahiş etmişdir. I Nikola kəndin yerini soruşanda "çox uzaqda, Yaponiya qədər uzaqda" cavabını vermişdir.[2] Bir başqa versiyada kəndin təbiətinin Yaponiya ilə oxşarlığı və günəşin erkən doğması qeyd olunur.[3]

Kəndin bir sakininin versiyasına görə kəndin adı "sərhəd gözətçisi" mənasına gələn "iapanus" terminindən yaranmışdır. Bu versiyanın tarixi XIII əsrə qədər uzanır.[2]

Yaponiya ilə əlaqələr

[redaktə | mənbəni redaktə et]

Adı səbəbilə (ingilis dilinə transliterasiyada "Japan") bir çox yapon jurnalist və turist kəndi ziyarət etməyə gəlir.[4] 2006-cı ildə Yaponiyanın Serbiya və Monteneqroya təyin olunmuş səfiri Tadaşi Naqay kəndi ziyarət etmişdir.[1] Kəndin girişindəki lövhədə heroqliflərlə "日本" (Yaponiya) sözü yazılıb. 2011-ci ilin martında Yaponiyada baş verən Tohoku zəlzələsindən sonra kənd əhalisi dəstək məqsədilə Yaponiyaya 10.000 avro göndərmişdir.[4]

2016-cı ildə kənddə Yaponiyanın Monteneqrodakı fəxri konsulluğu tərəfindən hədiyyə edilmiş 52 sakura ağacı əkilmişdir.[5]

  1. 1 2 "Crnogorsko selo Japan tuguje za Japanom". Nezavisne (serbcə). 18 mart 2011. 25 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2024.
  2. 1 2 3 "Japan village". Hotel Komovi (ingiliscə). 25 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2024.
  3. Kalaba, Ana. "Selo Japan u Crnoj Gori – priča još luđa nego što zamišljate". Nova.rs (serbcə). 3 avqust 2022. 25 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2024.
  4. 1 2 "Japanese journalists came to the Montenegrin village of Japan". Vijesti (ingiliscə). 30 iyun 2012. 25 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2024.
  5. "У селу Јапан, у подножју Комова, засађене јапанске трешње". RTS (serbcə). 15 noyabr 2024. 25 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2024.