Yakobi adası
Naviqasiyaya keç
Axtarışa keç
Yakobi adası | |
---|---|
ing. Yakobi Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 213,3 km² |
Əhalisi | 0 nəfər (2000-ci il) |
Yerləşməsi | |
57°59′14″ şm. e. 136°28′30″ q. u.HGYO | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
Yakobi adası (ing. Yakobi Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Çiçaqov adasının qərbində yerləşir və ondan Lisyanski körfəzi (şimal-şərqdə) və Lisyanski boğazı (şərqdə və cənub-şərqdə) ilə ayrılır. Adanın sahəsi 213,3 km²-dir. Bu onu ABŞ-da 64-cü ən böyük ada edir. Burada daimi əhali yoxdur.
Ada 1804-cü ildə Yuri Lisyanski tərəfindən İrkutsk general-qubernatoru İvan Yakobinin şərəfinə adlandırılmışdır. Adanın Tlinqit adı Takhanesdir[1].
Ehtimallara görə, 1741-ci ildə məhz bu adada on beş rus dənizçisi müəmmalı şəkildə yoxa çıxır, onlar qayıqla sahilə çatırlar və bir daha gəmiyə qayıtmırlar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Dauenhauer, Nora Marks; Dauenhauer, Richard; Black, Lydia T. Anóoshi Lingít Aaní Ká, Russians in Tlingit America: The Battles of Sitka, 1802 and 1804. — Seattle: University of Washington Press (англ.)рус., 2008. — P. XXVI. — ISBN 978-0-295-98601-2.