Xudu İbrahimoğlu
Xudu İbrahimoğlu | |
---|---|
Xudu İbrahim oğlu Mustafayev | |
Təxəllüsü | "Sadiq" |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Bakı Dövlət Universiteti |
İxtisası | filoloq |
Fəaliyyəti | jurnalist |
Fəaliyyət illəri | 1964-2006 |
Əsərlərinin dili | Azərbaycanca |
Janr | satira |
Tanınmış əsərləri | "Güldürmə məni", "Gülə bilmirəm, ölə bilmirəm", "Xəzanbilməz baharım var", "Can, Vətən! Can, Qarabağ!" |
Xudu İbrahimoğlu (tam adı: Xudu İbrahim oğlu Mustafayev; 1 yanvar 1939, Gülablı, Ağdam rayonu – 2006, Bakı) — filoloq, maarif xadimi, müəllim, publisist, şair.
Həyatı
[redaktə | mənbəni redaktə et]Xudu İbrahimoğlu 1 yanvar 1939-cu ildə Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. O, 1949-cu ildə Ağdam şəhər yeddiilik məktəbin I sinfinə daxil olmuş, 1959-cu ildə 2 nömrəli beynəlmiləl orta məktəbi Qızıl medalla bitirmişdir. 1959–1964 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin dil-ədəbiyyat şöbəsində ali təhsil almış, fərqlənmə diploma ilə başa vurmuşdur.
Xudu İbrahimoğlu Ağdamda müəllim (1964–66), "Lenin yolu" (indiki "Ağdam" qəzeti) qəzetində ədəbi işçi (1966–69), Respublika Kənd Təsərrüfatı Nazirliyi nəşriyyat şöbəsində redaktor (1969–73), Az. KPMK "Təşviqatçı" jurnalında baş ədəbi işçi (1971–79), Abşeron RPK-də şöbə müdiri (1979–84), həmin rayonun Xırdalan qəsəbə 3 saylı tam orta məktəbin direktoru (1984–87), "Abşeron" qəzetində redaktor müavini (1987–89), 1989-cu ildən Abşeron RPK-də partiya komitəsinin sədri vəzifəsində işləmiş, 1990-cı ilin 20 Yanvar hadisələrində sovet ordusunun vəhşi və qaniçən hərəkətlərinə etiraz olaraq vəzifəsindən və partiya biletindən imtina etmişdir. Bakı Şəhər İcra Hakimiyyətində tərcümə bölməsinin müdiri vəzifələrində işləmişdir.
Xudu İbrahimoğlu 30 oktyabr 2006-cı ildə Bakıda vəfat etmişdir.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Xudu İbrahimoğlu 100-dən çox elmi və publisist məqalənin, kitabların müəllifidir: "Dünya şöhrətli həmvətənimiz" (M. F. Axundov haqqında), "Qüdrətli jurnalist" (C. Məmmədquluzadə haqqında), "Unudulmaz sənətkar" (H. Cavid haqqında), "Şairin həyat fəlsəfəsi" (S. Vurğun haqqında) və s.
Xudu İbrahimoğlu istedadlı şair kimi tanınmış, orta məktəb illərində rayon qəzetində, sonralar respublikanın müxtəlif mətbuat orqanlarında "Xudu Mustafayev", "Xudu Sadiq", "Xudu İbrahimoğlu" imzaları ilə şeirlər dərc etdirmişdir. Orta məktəbdə təhsil aldığı illərdə "Bizim yaxşı nənəmiz" adlı birpərdəli pyesi məktəb dramsevərləri tərəfindən tamaşaya qoyulmuşdur.
Xudu İbrahimoğlunun 2000-ci ildə "Gülə bilmirəm, ölə bilmirəm" şeirlər və poemalar kitabı çapdan çıxmışdır. Çap edilməmiş "Güldürmə məni", "Yaralı düşüncələr", "Arzumuzun məbədi", "Rüşvət virusu", "Kişi sözü", "Ömürdən qalan anlar", "Köhnə havalar təzə ifada", "Aşıqsayağı" adlı şeir topluları, "Balabacı firması", "Kim yatmış, kim oyaq", "Kişi adamlar", "Ailə əhvalatı", "Yeniyetmələr" və b. pyesləri vardır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
- 1 yanvarda doğulanlar
- 1939-cu ildə doğulanlar
- Gülablıda doğulanlar
- 67 yaşında vəfat edənlər
- 30 oktyabrda vəfat edənlər
- 2006-cı ildə vəfat edənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Bakıda vəfat edənlər
- Bakı Dövlət Universitetinin məzunları
- Azərbaycan jurnalistləri
- Azərbaycanlı jurnalistlər
- Azərbaycan publisistləri
- Azərbaycanlı publisistlər
- Azərbaycan ssenaristləri
- Azərbaycan yazıçıları
- Azərbaycanlı yazıçılar
- Azərbaycan şairləri
- Azərbaycanlı şairlər
- SSRİ şairləri
- Azərbaycan dramaturqları
- Azərbaycanlı dramaturqlar
- Azərbaycan pedaqoqları
- Azərbaycanlı pedaqoqlar
- Azərbaycan maarifçiləri
- Azərbaycanlı maarifçilər