Xan-Şeyxunda kimyəvi silahdan istifadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xan-Şeyxunda kimyəvi silahdan istifadə
Suriya müharibəsi
İdlib mühafazasınını xəritədə yeri.
Hücum yeri İdlib mühafazası, Suriya
Hücum hədəfi dinc insanlar (iddia)
Vaxt 4 aprel, 2017
06:30
Hücum üsulu kimyəvi silah
Həlak olanlar 58–100+ (iddia)[1]
Yaralılar 300–400+ (iddia)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xan-Şeyxunda kimyəvi silahdan istifadə (ing. 2017 Khan Shaykhun chemical attack) — 2017-ci ilin 4 aprel tarixində yerli vaxtla saat 06:30-da Suriyanın İdlib mühafazasına daxil olan Xan-Şeyxun şəhəri yaxınlığında dinc əhaliyə qarşı istifadə edildiyi iddia olunan xlor qazlı kimyəvi silah hücumu.[2][3][4][5][6] İddia edilir ki, hadisə şahidlərinin ifadələrinə görə, hücum orduya bağlı qüvvələr tərəfindən gercəkləşdirilmişdir. İlkin məlumatlarda 72 nəfər öldüyü, 220-dən çox şəxsin isə yaralandığı bildirilir. Röytersin Suriya müxalifətinə istinad edərək yaydığı məlumatda, qurbanların hücumun ardından nəfəs almaqda çətinlik çəkərək, boğulduqları iddia edilib. Suriya müharibəsi dövründə bir necə dəfə kimyəvi silahdan istifadə halları iddia edilib.

Kimyəvi silahdan istifadə olunduğu iddia edilən ərazi qırmızı dairədə göstərilmişdir.

2013-cü ildə Quta yaxınlığında baş verdiyi və 355-dən çox şəxsin ölümü ilə nəticələndiyi iddia edilən kimyəvi silah hücumu bunlardan ən bilinənidir.[7] Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov yaydığı bəyanatda Suriya aviasiyasının İdlibdə kimyəvi silah anbarına zərbə endirdiyini bildirib. Bəyanatda qeyd edilir ki, Suriya Hərbi-Hava Qüvvələri İdlib mühafazasının Xan-Şeyxun yaşayış məntəqəsinin şərq ətrafında terrorçulara məxsus silah-sursat anbarına zərbə endirib. Həmin anbarda İraqa tədarük olunan kimyəvi silah arsenalları saxlanılıb. Onun sözlərinə görə, anbarın ərazisində zəhərli maddələrlə təchiz edilmiş fuqasların istehsalı sexləri fəaliyyət göstərib. Konaşenkov həmin sursatlardan Hələb şəhərində də istifadə edildiyini qeyd edib.[8][9]

BMT Baş Katibi Antoniu Quterreş müharibə zonalarında kimyəvi silahlardan istifadə edilməsinin qadağan edildiyi xatırladaraq Xan-Şeyhun yaxınlığında baş vermiş hadisədən narahat olduğunu ifadə edib.[10] Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı baş vermiş hadisənin ciddi problem olduğu bildirilib və bütün qaynaqları ilə ətraflı məlumatlar əldə etməyə çalışdığı əlavə edib.[11] Fransanın tələbi ilə hücumdan sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.[12][13] FransaBöyük Britaniya hadisə barədə daha ətraflı məlumatların öyrənilməsi üçün digər üzv dövlətlərlə səyləri birləşdirməyi planlaşdırsa da, Rusiyanın məsələ də hansı mövqe tutacağı bəlli deyil.[14][15]

ABŞ prezidenti Donald Tramp baş vermiş hadisəni qınadığını bildirərək, müasir dünyanın gözləri önündə kimyəvi silahlardan istifadənin yolverilməz olduğunu ifadə edib.[16] Tramp eyni zamanda hadisə ilə bağlı Barak Obama adminstrasiyasını tənqid edib.[16][17] ABŞ Dövlət Katibi Reks Tillerson açıqlamasında kimyəvi silahdan istifadə edənlərin, insanlığın əxlaqına ziyan vurduğunu və bu əməllərə görə cavab verməli olduqlarını bildirib."[16][18]

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini açıqlmasında baş vermiş hadisənin dəhşətli olduğunu bildirib və hadisəyə görə məsuliyyətin Bəşər Əsəd hökumətinin daşıdığını əlavə edib.[19]

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanda hadisənin insanlıqdan kənar şəklində şərh edib.[20]

Suriya xarici işlər naziri Vəlid Müəllim bildirib ki, "Biz heç vaxt kimyəvi silahlardan istifadə etməmişik, gələcəkdə də etməyəcəyik."[21]

  1. 1 2 "Syria conflict: 'Chemical attack' in Idlib kills dozens". BBC. 4 April 2017. 27 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2017.
  2. SOHRkhan. "اشتباكات هيئة تحرير الشام وتنظيم جند الأقصى تخلف نحو 70 قتيل بين الطرفين… والأخير يخسر 9 بلدات وقرى خلال الـ 48 ساعة الفائتة". Syrian Observatory for Human Rights. 14 February 2017. 21 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2017.
  3. Charkatli, Izat. "Over 2,000 radical rebels defect to ISIS following intra-rebel deal". 23 February 2017. 28 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 April 2017.
  4. "Search for the dead begins in Idlib after Islamic State-linked brigade leaves for Raqqa". Syria Direct. 22 February 2017. 19 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2017.
  5. Chris Tomson. "Jund al-Aqsa completely besieged by rival rebel factions around two towns in Idlib". al-Masdar News. 16 February 2017. 16 February 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 April 2017.
  6. "Arxivlənmiş surət". 2017-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  7. "Syria 'toxic gas' attack kills 100 in Idlib province". Al-Arabiya & AFP. 4 April 2017. 19 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2017.
  8. "İdlibdə kimyəvi silahdan istifadəyə dair qətnamə layihəsi BMT TŞ-ə təqdim olunub — Apa.az". 2017-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  9. Chemical attack in Idlib draws international condemnation Arxivləşdirilib 2017-10-10 at the Wayback Machine. TRT World. 4 April 2017.
  10. Syria: UN chief 'deeply disturbed' by reports of alleged chemical attack; OPCW investigating Arxivləşdirilib 2017-09-09 at the Wayback Machine, UN News Centre (April 4, 2016).
  11. OPCW Press Release on Allegations of Chemical Weapons Use in Southern Idlib, Syria Arxivləşdirilib 2017-04-04 at the Wayback Machine, 2017–04–04.
  12. France wants U. N. Security Council meeting after suspected Syria chemical attack Arxivləşdirilib 2020-08-07 at the Wayback Machine, Reuters (4 April 2017).
  13. Associated Press, France Seeks Emergency UN Meeting After Suspected Chemical Attack in Syria Arxivləşdirilib 2017-04-04 at the Wayback Machine, Reuters (4 April 2017).
  14. Syria chemical attack: UK, France, US demand action Arxivləşdirilib 2017-10-10 at the Wayback Machine, Agence France-Presse (5 April 2017).
  15. Michelle Nichols, U. N. council to meet Wednesday on suspected Syria toxic gas attack Arxivləşdirilib 2017-06-16 at the Wayback Machine, Reuters (4 April 2017).
  16. 1 2 3 Alexander Smith, Syria Gas Attack Reportedly Kills Dozens in Idlib Province Arxivləşdirilib 2018-01-31 at the Wayback Machine, NBC News (4 April 2017).
  17. Andrew Rafferty & Stacey Klein, Trump Pins Blame for Syrian Attack on Obama Administration Arxivləşdirilib 2018-01-26 at the Wayback Machine, NBC News (4 April 2017).
  18. Chemical Weapons Attack in Syria Arxivləşdirilib 2017-08-27 at the Wayback Machine (press release), United States Department of State (4 April 2017).
  19. "Assad regime responsible for 'awful' Syria 'chemical' attack: EU's Mogherini". Al Arabiya. 4 April 2017. 19 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2017.
  20. "Turkey condemns Syria's gas attack, urges Russia over Astana process". Ankara: Hurriyet Daily News. 4 April 2017. 4 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2017.
  21. "Suriya: Biz heç vaxt kimyəvi silahlardan istifadə etməmişik, gələcəkdə də etməyəcəyik" (az.)). islamazeri. 2017-04-06. 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]