39°11′24″ şm. e. 45°42′23″ ş. u.HGYO

Xanəgah (Culfa)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xanəgah
39°11′24″ şm. e. 45°42′23″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Muxtar respublika Naxçıvan MR
Rayon Culfa rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 7218[1]
Xəritəni göstər/gizlə
Xanəgah xəritədə
Xanəgah
Xanəgah
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XanəgahAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.

Kənd rayon mərkəzindən 33 km şimalda, Əlincə çayının sol sahilində yerləşir.

Tarix və etimologiyası

[redaktə | mənbəni redaktə et]

Ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı Şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır.[2] Toponim fars mənşəli "xanə" və "gah" komponentlərinin birləşməsidir. Ümumən, "xanəgah" sözü "ziyarətgah", "pir" mənasını verir.

Culfa rayonunun Xanəgah kəndi yaxınlığında (Orta Anzır kəndinin qalıqlarından şərq tərəfdə) dağdan qopan iri qaya parçasının üzərində qaya işarələri qeydə alınıb. Bu işarələr haqqında Xanəgah kənd məktəbinin müəllimi Nəcəf Nəcəfov məlumat verib. İlkin araşdırmalar nəticəsində aydın olub ki, tapılan qaya üzərindəki təsvir ayrılıqda çəkilmiş üç rəsmdən ibarətdir. Rəsmlərin ikisi döymə, biri isə kəsmə texnikası ilə çəkilib.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etno­qrafiya Etnoqrafiya]] və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin verdiyi məlumata görə, təsvirlər müxtəlif dövrlərdə çəkilib. Döymə üsulu ilə çəkilmiş rəsmlərin bənzərləri Gəmiqaya təsvirlərindən elmə məlumdur. Məlumat üçün onu da qeyd edək ki, çoxmənalı məzmuna sahib olan bu tip təsvirlər başlıca olaraq insanı və həyat ağacını simvolizə edib. Çəkilmə texnikasına görə fərqlənən üçüncü təsvir metal alətdən istifadə olunmaqla hazırlanıb. Bu təsvir də o birilər kimi insanı, daha geniş mənada, həyatı, həyat ağacını simvolizə edib.

Vəli Baxşəliyevin fikrincə, qaya parçasının üzərindəki qaya işarələrinin iki təsvirini e.ə. II-I minilliklərə, üçüncü təsviri isə bizim eranın I minilliyinə, orta əsrlərə aid etmək olar.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.338.