XII Lüdovik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
XII Lüdovik
fr. Louis XII
Şəxsi məlumatlar
Doğum tarixi 27 iyun 1462[1][2]
Vəfat tarixi 1 yanvar 1515[1][2] (52 yaşında)
Dəfn yeri
Atası I Karl (Orlean hersoqu)[3]
Anası Klevezli Mariya (Orlean hersoqinası)[3]
Həyat yoldaşları
Uşaqları

Təltifləri Müqəddəs Mikayıl ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XII Lüdovik (fr. Louis XII) və ya Orleanlı Lüdovik (fr. Louis d'Orléans; 27 iyun 1462[1][2]1 yanvar 1515[1][2]) — FransaNeapol kralı. Atası V Çarlzın nəvəsi Orleanlı Çarlz, anası isə Klevezli Mariya idi. Lüdovik 1498-ci ildə ata şəcərəsindən qohumu olan Fransa kralı VIII Çarlzın geridə varis qoymadan vəfatının ardından taxta çıxdı.

Taxta çıxmadan öncə, qohumu olan XI Lüdovik şikəst və sonsuz olan qızı Jannanı onunla zorla evləndirdi və bununla da, Valua sülaləsinin Orlean qolunu qurutmağı planlaşdırdı. Orleanlı Lüdovik Fransa monarxiyasına qarşı aparılan və Dəlisov müharibə kimi tanınan qarşıdurmada ayaqlanan zadəganlardan biri idi və 1488-ci ildə baş tutan döyüşlərdən birində əsir düşdü. Buna baxmayaraq çox keçmədən VIII Çarlz tərəfindən azadlığa buraxıldı. Ardından 1494-1498-ci illərdə İtaliyada baş tutan hərbi əməliyyatlarda iştirak etdi.

Lüdovik 1498-ci ildə taxta əyləşdikdən sonra Janna ilə olan evliliyi Roma papası VI Aleksandr tərəfindən ləğv edildi və onun yerinə sələfinin dul xanımı olan Bretanlı Anna ilə evləndi. Bu nikahla Lüdovik Fransa krallığı ilə Bretan hersoqluğunu birləşdirdi. Ardından Neapol krallığı üzərindəki taxt iddiası səbəbilə yeni bir İtaliya səfərinə çıxdı. 1500-cü ildə Milan hersoqluğunu işğal etdi və ertəsi il Neapol taxtını ələ keçirdi. Ancaq çox keçmədən Araqon kralı II Ferdinand tərəfindən toplanan koalisiyaya məğlub oldu və 1504-cü ildə Neapol taxtını II Ferdinanda buraxdı.

Öz ölkəsində sevilən bir kral olan Lüdovik vergiləri azaltdığı, hüquq sahəsində yeniliklər etdiyi və ölkədə əmin-amanlığı qoruduğu üçün 1506-cı ildə "Le Père du Peuple" ("Xalqın atası") ünvanı verildi. Lüdovik 1515-ci ildə geridə oğul varisi buraxmadan vəfat etdi. Yerinə Valua sülaləsinin Anqulem qoluna mənsub olan kürəkəni Fransisk taxta çıxdı.

  • Baumgartner, Frederic J. (1996). Louis XII. New York: St. Martin's Press. ISBN 0-312-12072-9
  • Norwich, John Julius (1989). A History of Venice. New York: Vintage Books. p. 415. ISBN 0-679-72197-5
  • Kerrebrouck, P. van (1990). Les Valois (Nouvelle histoire généalogique de l'auguste Maison de France),
  • Ornato, Monique (1981). Répertoire de personnages apparentés à la couronne de France aux XIVe et XVe siècles [Directory of characters related to the crown of France in the 14th and 15th centuries]. Publications de la Sorbonne. p. 145. ISBN 9782859444426ISBN 9782950150929