XIII Karl
XIII Karl | |
---|---|
| |
İsveç monarxı[d] | |
6 iyun 1809 – 5 fevral 1818 | |
Sonrakı | XIV Karl İohann |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 oktyabr 1748[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 5 fevral 1818[1][3][…] (69 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | monarx |
Atası | Adolf Fredrik[1] |
Uşaqları | |
Dini | lüteranlıq |
Rütbəsi | Admiral |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
XIII Karl və ya XIII Çarlz (7 oktyabr 1748[1][2][…], Stokholm – 5 fevral 1818[1][3][…], Stokholm[3][1]) — 1809-cu ildən ölümünə qədər İsveçin, 1814-cü ildən isə Norveçin (XIII Karl adı ilə taxta çıxsa da, son dövrlərdə II Karl deyə adlandırılmışdır) kralı olmuşdur. O, İsveç kralı Adolf Frederiklə, II Fridrixin bacısı Prussiyalı Luiza Ulrikanın izdivacından dünyaya gəlmişdir.
İsveçdə XIII Karl adı ilə tanınsa da, əslində bu adda VII İsveç kralı idi. 1604–1611-ci illərdə İsveç kralı olmuş IX Karl İsveçin mifoloji tarixini araşdırdıqdan sonra özünü bu addan olan IX İsveç kralı adlandırmışdı.
Həyatının erkən dövrü
[redaktə | mənbəni redaktə et]Şahzadə Karl Hedviq Elizabet Strömfelt və sonradan Ulrika Sşönströmun himayəsinə verilmişdir. Ona cəmi bir neçə günlük olan zaman admiral hərbi rütbəsi verilmişdi. O, gəncliyində kraliyyət sarayının həvəskar teatrının yaxşı rəqqası olmuşdur. Verilən məlumatlara görə, anası ilə o qədər də yaxın olmamışdır. Kraliça kiçik uşaqları olan Sofi Albertini və Fridirik Adolfu daha üstün tutmuşdur. Hər halda, Karl atasının sevimli övladı idi. Bunun səbəbi kimi ata oğul bir-birilərinə bənzəmələri göstərilir. Uşaq olan zaman qardaşı Qustavla yaxın münasibətdə olmuşdur.
Qardaşı Qustavın taxta əsas namizəd olduğuna görə Karl erkən dövrlərdən (1760-cı illərdən) Kaps partiyası ondan istifadə etmək qərarına gəldi. Kaps partiyası ondan qardaşına qarşı istifadə etmək istəyirdi, bunda isə Karlın partiyanın siyasətçilərindən olan Adam Hornun qızı Brita Horna olan sevgisindən istifadə etmək istəyirdilər. Qustav hər zaman qardaşının müxalifət tərəfindən istifadə edilməsi ehtimalına qarşı ehtiyatlı olmuşdur. 1768-ci ildəki Dekabr böhranı ilk sınaq meydanı oldu. Bu zaman Karl müxalif partiyaya özündən istifadə etməyə icazə vermədi.
1770-ci ildə Fransa və Almaniyanı təkbaşına səyahət etmişdir.
III Qustavın hökmranlığı
[redaktə | mənbəni redaktə et]1771-ci ildə atası ölərkən vəliəhd şahzadə olan qardaşı xaricdə idi. Kaps partiyası yenidən ondan qardaşına və anasına qarşı istifadə etməyə çalışdı. Lakin anasının Prussiyaya yola düşməsindən sonra qardaşı vətəninə geri döndü və onu öz tərəfinə çəkə bildi.
1771-ci ildə Karl qardaşına 1772-ci il inqilabını və ya çevrilişini həyata keçirməkdə yardım etdi. Ona Kaps partiyası daxilindəki əlaqələrindən istifadə edərək partiyanı neytrallaşdırmaq və cənub vilayətlərinin hərbi təhlükəsizliyini təmin etmək tapşırılmışdı. O, ona tapşırılmış vəzifələrin öhtəsindən uğurla gəldi və buna qarşılıq olaraq Södermənlənd hersoqu tituluna layiq görüldü.
Hersoq Karl uzun illər anasının övladları üçün planladığı diplomatik evlilik planlarının obyektlərindən biri olmuşdur. Anası Karlın qohumu Brandenburq-Şvedtli Filippina ilə evlənməsini istəyirdi. Karl da bu evliliyə 1770-ci ildə razılıq vermişdi. Lakin məsrəflərin çox olmasına görə hökumət buna razı olmamışdı. III Qustavın hakimiyyətə gəlişindən və mütləq monarxiyanın yaranmasına gətirib çıxaran çevriliş etməsindən sonra Karlın evlilik məsələsi yenidən gündəmə gəldi. III Qustav özünün övladı olmadığına görə vəliəhdin qardaşından olmasını istəyirdi. Danışıqlardan sonra 1773-cü ildə Karl Holşteyn-Qottorplu Şarlotta ilə evlənməyə razı oldu. Növbəti il isə toy baş tutdu.
Karl tez təsirlənən və asılı olan şəxs kimi təsvir edilir. Onun hərəmi belə var idi. Hərəmə daxil olan və o dövrün məşhur şəxslərindən olaraq Avqusta fon Ferseni, Şarlotta Ekermanı, Françoize-Eleonora Villaini, Mariana Koskullu və Şarlotta Slottsberqi göstərmək olar. Sonuncunun Karla siyasi baxımdan təsir edə bildiyi ehtimal edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 7 oktyabrda doğulanlar
- 1748-ci ildə doğulanlar
- Stokholmda doğulanlar
- 5 fevralda vəfat edənlər
- 1818-ci ildə vəfat edənlər
- 69 yaşında vəfat edənlər
- Stokholmda vəfat edənlər
- "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni ilə təltif olunanlar
- Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilənlər
- Qızıl Yun ordeni kavalerləri
- Qara Qartal ordeninin kavalerləri
- Serafimlər ordeninin kavalerləri
- Vasa ordeni ilə təltif edilənlər
- Fil ordeninin kavalerləri
- Əlifba sırasına görə vəzifəli şəxslər