Volqa siyənəyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Volqa siyənəyi
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Volqa siyənəyi (lat.Alosa kessleri volgensis ) — siyənəkkimilər fəsiləsinin növüdür.

Xəzərin hər yerində rast gəlinir. Qışı Cənubi Xəzərdə (Azərbaycan sularında) keçirir, yaz gəldikdə hər iki sahil boyu şimala doğru miqrasiya edir, başlıca olaraq Volqa çayına, az miqdarda isə Ural çayına girir.

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

D III - IV 13 - 15 (14), ümumi sayı 17 - 19 (18), A III 16 – 20 (17.8), ümumi sayı 19 - 23 (20.8), qəlsəmə dişciklərinin sayı 90 - 155 arasında dəyişir. Qəlsəmə dişcikləri nazik və uzun olur. Başı çox böyük və enlidir. Fəqərə sümüklərinin sayı 48 - 54 (51.9) olur. Yetkin fərdlərinin uzunluğu 19 - 39 sm, kütləsi 100 - 600 q arasında dəyişir. Qəlsəmə qapağının gerisində qara ləkə (xal) olur.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Keçici balıq olub Xəzərdə yaşayır, çoxalmaq üçün Volqa və Ural çaylarına girirlər.Qidasını xərçəngkimilər və balıqlar təşkil edir. Düşmənləri yırtıcı balıqlar (bölgə, naxa və b.), balıqyeyən quşlar və suitilərdir.

Çoxalması kürüləmə yolu ilə olur. Kürüsünü çaylarda hissə-hissə tökür.Orta ömrün uzunluğu 6-7 il olub, cinsi yetkinliyə 3-4 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.Reproduktivliyin forması - kürü şəklində olur. Bir dəfəlik reproduksiyanın sayı- kürüsünü hissə - hissə, 100 - 280 min ədədə qədər tökür. Reproduktivliyin periodu - ildə bir dəfə, hər il olur. Generasiyaların sayı - orta ömrün uzunluğundan asılı olaraq 3 dəfə olur.Volqa çayı rejiminin dəyişilməsi və təbii kürüləmə yerlərinin sıradan çıxması ilə əlaqədar olaraq sayı azalmağa doğru gedir..[1]

Növdaxili müxtəlifliyi

[redaktə | mənbəni redaktə et]

Əsas növün Alosa kessleri - 2 yarımnövü vardır: Alosa kessleri kessleri (Qrimm, 1887), Alosa kessleri volgensis (Berg, 1915). Hər iki yarımnöv Azərbaycan sularında yayılmışdır.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Ekoloji əhəmiyyəti müəyyənləşdirilməyib. Sosial - iqtisadi əhəmiyyəti: ov və vətəgə əhəmiyyətlidir. Elmi - mədəni əhəmiyyəti müəyyənləşdirilməyib. Ziyanvericilik xüsusiyyətləri yoxdur.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Ovunun tənzim olunması barədə qanun qəbul edilməsinə ehtiyac vardır. Su hövzələrinin çirkləndirilməsinə və ovlanmasına nəzarət gücləndirilməlidir.

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s. 3.
  3. Световидов А.Н. Сельдевые. (Clupeidae). Фауна СССР, Рыбы, том II, вып. 1, Изд. АН СССР, М.-Л.: 1952, -330 с
  1. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 165 с.