Vladimir Adoratski
Vladimir Adoratski | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 (19) avqust 1878[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 5 iyun 1945[2][1] (66 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Partiya | |
Təhsili | |
Fəaliyyəti | filosof, siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Vladimir Viktoroviç Adoratski (rus. Владимир Викторович Адоратский; 7 (19) avqust 1878[1], Kazan – 5 iyun 1945[2][1], Moskva, RSFSR, SSRİ) — SSRİ Kommunist Partiyası xadimi, tarixçi, filosof, akademik.
Həyatı
[redaktə | mənbəni redaktə et]Vladimir Viktoroviç Adoratski 19 avqust 1878-ci ildə Rusiya imperiyasının Kazan şəhərində anadan olmuşdur. 1900-cü ildən inqilabi hərəkata qoşulmuş, RSDFP Kazan Komitəsinin katibi olmuşdur. 1900-cü ildə həbs edilib Həştərxan quberniyasına, 1906-cı ildə xaricə sürgün edilmişdir. 1904-cü ildən Sov.İKP üzvudür. Xaricdə dəfələrlə Vladimir Leninlə görüşmüş və onun tapşırıqlarını yerinə yetirmişdir. Oktyabr inqilabından sonra müxtəlif vəzifələrdə işləmiş, Marks–Engels–Lenin İnstitutunun direktoru (1931–1939), eyni zamanda SSRİ EA Fəlsəfə İnstitutunun direktoru, 1939-cu ildən Marks–Engels–Lenin İnstitutunun baş redaktoru olmuşdur. 1932-ci ildən SSRİ EA akademiki olmuşdur. Adoratski Sov.İKP-nin XVI–XVIII qurultaylarına nümayəndə seçilmişdir. Elmi fəaliyyəti marksizm tarixi məsələlərinə həsr edilmişdir. Onun redaktorluğu ilə Karl Marks və Fridrix Engelsin əsərlərinin rus dilində 15 cildliyi və alman dilində 8 cildliyi çıxmışdır. Marks və Engelsin seçilmiş məktublarını nəşrə hazırlamışdır (I nəşr, l922). Vladimir Lenin əsərlərinin və Lenin məcmuələrinin (11–32) redaktorlarından idi. Lenin Adoratskini nəzəriyyəçi və təbliğatçı, marksizmin bilicisi kimi yüksək qiymətləndirmişdir. O, 5 iyun 1945-ci ildə Moskva şəhərində vəfat etmişdir.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Адоратский Владимир Викторович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Адоратски Владимир Викторович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 123.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- Vladimir Adoratski // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- Конюшая Р. П. "Учёный-марксист" // "Вопросы истории КПСС", 1963, № 8;
- Литвин А. А., Литвин А. Л. Заурядная жизнь незаурядного человека: В. В. Адоратский (1878–1945). — Казань: Изд-во Казанск. гос. ун-та, 2008. — 128 с.
- Владимир Викторович Адоратский. М., 2014 (Материалы к биобиблиографии учёных. Философия. Вып. 8)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Биографический очерк
- Биография в Справочнике по истории КПСС
- Статья на сайте "Летопись Московского университета"
- Историческая справка на сайте Архива РАН
- История коллекции документов последнего российского императора и членов его семьи (Новоромановского архива) в 1917–1919 гг.
\
- 19 avqustda doğulanlar
- 1878-ci ildə doğulanlar
- Kazanda doğulanlar
- 5 iyunda vəfat edənlər
- 1945-ci ildə vəfat edənlər
- 66 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Donskoye qəbiristanlığında dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Kazan Dövlət Universitetinin məzunları
- Tarix elmləri doktorları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- SSRİ Elmlər Akademiyasının üzvləri
- SSRİ tarixçiləri
- XX əsr tarixçiləri
- Rusiya filosofları
- XX əsr filosofları
- Rusiya inqilabçıları
- Marksistlər
- Bolşeviklər