Vilayət Rüstəmzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vilayət Rüstəmzadə
azərb. Rüstəmzadə Vilayət Məhəmməd oğlu
Doğum tarixi (87 yaş)
Doğum yeri Bala Muğanlı, Borçalı mahalı, Gürcüstan SSR
Milliyyəti Azərbaycanlı
Atası Məhəmməd
Fəaliyyəti tərcüməçi
Fəaliyyət illəri 1956
Əsərlərinin dili Azərbaycan dili

Rüstəmzadə Vilayət Məhəmməd oğlu (12 avqust 1937, Bala Muğanlı, Lüksemburq rayonu) — şair, tərcüməçi, ədəbiyyatşünas. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968).

1937-ci il avqustun 12-də Gürcüstanın Borçalı rayonunun Bala Muğanlı kəndində anadan olmuşdur. Marneuli Dövlət Pedaqoji Məktəbini, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu (1964) bitirmişdir[1].

Əmək fəaliyyətinə "Azərnəşr"də tərcüməçi-redaktor kimi başlamışdır. Sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuşdur (1968-71). Bir müddət Azərbaycan Mədəniyyət Nazirliyinin aparatında çalışmış, M.F.Axundov adına Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda, Azərbaycan Dövlət Universitetində SSRİ xalqları ədəbiyyatını tədris etmişdir. "Azərbaycan" jurnalında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin, "Azərnəşr"də, "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının müdiri, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin orqanı (yeddi dildə nəşr edilən) "Sovet Azərbaycanı" qəzetinin baş redaktoru, "Azərnəşr"də böyük redaktor, Azərbaycan Tərcümə və Mədəni Əlaqələr Mərkəzinin məsul katibi, "Türk dünyası" jurnalının baş redaktorunun birinci müavini, "Amal" qəzetinin baş redaktorunun birinci müavini vəzifələrində işləmişdir[2].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İlk mətbu şeiri - "Tut kötüyü" 1956-cı ildə Marneulidə - "Stalin yolu" qəzetində çap olunmuşdur[3].

  • "Oxu, bülbülüm, oxu",
  • "Qəlbimin gözü ilə" (şeirlər), Bakı: "Yazıçı" 1979. 134 səh. 4000 tiraj
  • "Ağlama məhəbbətim, ağlama"

Tərcümələri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 ""ÜRƏYİMİZDƏSƏN" — anl.az saytı". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-25.
  2. Nahid Hacızadə, "Ürəyimizdəsən", "Ədalət" qəzeti.- 2011.- 9 aprel.- Səh. 18.
  3. "Azərbaycan yazıçıları" ensiklopedik sorğu kitabı