Viktoriya Amelina

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Viktoriya Amelina
Вікторія Амеліна
Amelina 2015-ci ildə
Amelina 2015-ci ildə
Doğum tarixi 1 yanvar 1986(1986-01-01)
Doğum yeri
Vəfat tarixi 1 iyul 2023(2023-07-01)[1] (37 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Lıçakov qəbiristanlığı[d]
Təhsili
  • "Lvov Politexnikası" Milli Universiteti[d]
Fəaliyyəti yazıçı, romançı, esseist, şair, tərcüməçi, söz yazıçısı[d], proqramçı, nasir
Üzvlüyü
Mükafatları Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Viktoriya Yuriyevna Amelina (ukr. Вікторія Юріївна Амеліна;1 yanvar 1986, Lvov, SSRİ[2]1 iyul 2023[1], Dnepr, Dnepropetrovsk vilayəti, Ukrayna[2]) — sonradan Viktoriya Amelina kimi tanınan ukraynalı yazıçı.

O, iki romanın və uşaq kitabının müəllifi, Cozef Konrad Ədəbi mükafatın laureatı[3] və Ədəbiyyat üzrə Avropa İttifaqı mükafatının finalçısı olub.[4]

Erkən həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Viktoriya Amelina Lvovda anadan olub. O, on dörd yaşında atası ilə birlikdə Kanadaya mühacirət etsə də, daha sonra Ukraynaya qayıdıb.[5] 15 yaşında Moskvada rus dilində keçirilən müsabiqədə Lvovu təmsil etmək üçün seçilib.[6] Lvovda kompüter elmləri üzrə təhsilini başa vurduqdan sonra, Amelina 2015-ci ildə tam ştatlı yazıçı və şair olmamışdan əvvəl İT sahəsində karyerasına başlamışdır.[7]

2015-ci ildən, Синдром листопаду, або Homo Compatiens (Payız sindromu: haqqında və ya Homo Compatiens) adlı ilk kitabı nəşr edildikdən sonra o, vaxtını yalnız yazmağa həsr etdi. Onun debüt romanı 2014-cü ildə Maydanda baş verən hadisələrdən bəhs edir; romanın ön sözünü isə Yuri İzdrık yazmışdır. Roman bir neçə ədəbi mükafata layiq görülüb. Əsər, Ukraynadan və Avropadan olan tənqidçilər və alimlər tərəfindən müsbət qarşılanıb.[8][9]

2016-cı ildə Amelina uşaqlar üçün "Хтось, або водяне серце" (Kimsə və ya Su ürəyi) adlı kitabını nəşr etdirib.[10]

2017-ci ildə o, 1990-cı illərdə polşalı yəhudi yazıçısı Stanislaw Lemin uşaqlıq illərində yaşadığı Lvovdakı mənzilində yaşayan sovet polkovnikinin ailəsi haqqında "Дім для Дома"[10] (Domun xəyal krallığı) romanını nəşr etdirdi.[11][12] Roman 2017-ci ildə LitAkcent Ədəbi mükafatına layiq görülüb.[13] 2019-cu ildə isə Avropa İttifaqının Ədəbiyyat mükafatının siyahısına salınıb.[11] 2023-cü ildə Amelinaya kitabı üçün İngiltərənin nəşriyyatlarından biri ilə müqavilə təklif olundu.[14]

Amelina PEN International-ın üzvü idi. O, 2018-ci ildə Hindistanda keçirilən 84-cü Ümumdünya PEN konqresində Ukraynadan nümayəndə kimi iştirak edib və ukraynalı kinorejissor və Rusiyada siyasi məhbus Oleq Sentsov haqqında məruzə edib.[15] 2021-ci ildə Cozef Konrad Korzeniovski Ədəbi mükafatı laureatçısı olub.[16] Elə həmin il o, Donetsk vilayətində keçirilən Ədəbiyyat festivalına qatılıb.[16]

2022-ci ildən o, həm də şeir yazmağa başlayıb.[17] O, bunun motivasiyasını izah edərək: "Müharibəni bizdən uzaqlaşdıran budur. Cümlələr mümkün qədər qısa, durğu işarələri lazımsız, dəbdəbə, süjet aydın olmasa da, lakin hər bir söz çox məna daşıyır. Bütün bunlar poeziyaya da, müharibəyə də aiddir" — deyə vurğulayıb.[18] Onun nəsr və şeirləri bir çox başqa dillərə tərcümə olunub.[10]

2023-cü ilin iyununda Amelinaya köçkün ukraynalı yazıçılar üçün Parisdə bir illik rezidentura verildi.[19] O, rezidentura təhsili boyunca özünün "Müharibəyə baxan qadınlara baxış" kitabını bitirməyi planlaşdırırdı.[14][19] O, rezidentura təhsili başlamazdan əvvəl o, öldürüldü.[19]

  • "Синдром листопаду, або Homo Compatiens, The Fall Syndrome or Homo Compatiens" (Discursus, 2014)[20] ISBN 9786177236091
  • "Синдром листопаду, або Homo Compatiens, The Fall Syndrome or Homo Compatiens" (Віват, 2015)[20] ISBN 9786176901716
  • "Хтось, Або Водяне Серце, Somebody or Waterheart" (Видавництво Старого Лева, 2016)[20] ISBN 9788771270372
  • "Дім для Дома, Dom's Dream Kingdom" (Видавництво Старого Лева, 2017)[20] ISBN 9786176794165
  • "Е-е-есторії екскаватора Еки, Stories of Eka the Excavator" [Архівовано 28 липня 2021 у Wayback Machine.] (Львів: Видавництво Старого Лева, 2021)[20] ISBN 978-617-679-924-5.
  • "Це зробила вона, She Did It" (Видавництво "Видавництво", 2017)[20]
  • "Лялька, Doll" (Видавництво Старого Лева, 2018)[20]
  • "Мости замість стін, Bridges Instead of Walls" (Видавництво Старого Лева, 2020)[20]
  • "Що дасть нам силу?, What Gives Us Strength" (Дух і літера, 2020)[20]
  • "Ковчег "Титанік". 20 есеїв про людство зразка 2020–го, The Arc Called Titanic. 20 Essays on Humanity of 2020" (онлайн-антологія 27 Bookforum, 2020)[20]

Şəxsi həyatı və ölümü

[redaktə | mənbəni redaktə et]

Amelina bir oğlu anası idi. 2022-ci ildən Amelina Kiyevdə yaşayırdı.

2023-cü ilin iyununda Parisdə rezidentura təhsilini bitirdikdən sonra Amelina 12 yaşlı oğlu ilə birlikdə oraya köçməyi düşünürdü.[19]

27 iyun 2023-cü ildə o, Hektor Abad, Sercio Xaramillo və Katalina Gomez ilə birlikdə RİA Pizzada yemək yeyərkən Rusiyanın Kramatorska hücumu zamanı yaralanıb.[21][22] Restoran İsgəndər 9K720 raketi ilə vurulmuşdu. Amelina aldığı xəsarətlərdən iyulun 1-də Dneprdəki Meçnikov xəstəxanasında 37 yaşında vəfat etdi.[23][24] O, Lvovda dəfn edilib.[19]

  1. 1 2 Writer Victoria Amelina dies following Kramatorsk strike. The Kyiv Independent, 2023.
  2. 1 2 3 4 Catalog of the German National Library (alm.).
  3. "The Conrad Literary Award granted by the Polish Institute in Kyiv". The Polish Book Institute. 17 December 2021. 5 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2024.
  4. "Eurozine". 31 March 2022. 5 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2024.
  5. "Colgate Mourns Death of Ukrainian Writer Victoria Amelina | Colgate University". www.colgate.edu (ingilis). July 7, 2023. 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.
  6. Amelina, Victoria. "Victoria Amelina: Ukraine and the meaning of home". The Guardian (ingilis). 2023-07-06. ISSN 0261-3077. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.
  7. "Victoria Amelina, war crimes researcher, killed in missile attack". www.aljazeera.com (ingilis). 3 July 2023. 3 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2023.
  8. "Eastern partnership literary review 2015/ 2". Issuu.com. 16 March 2016. 22 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 August 2017.
  9. "Empathy – the only thing that will save us : anthropology of Homo Compatiens in the novel of Victoria Amelina". Aesthetic-potential.com. 1 December 2015. 14 August 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 August 2017.
  10. 1 2 3 "Amelina Victoria". PEN Ukraine (ingilis). April 2022. 1 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2023.
  11. 1 2 Szablatura, Martin. "Victoria Amelina: Pouze literatura | MAČ2017". brno.mac365.cz (çex). İstifadə tarixi: 10 May 2019.[ölü keçid]
  12. "Wrocław in the City of Lem. The beginning of an international seminar". Wroclaw2016.pl. 14 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 August 2017.
  13. "EUPL 2019 shortlisted candidates — European Union Prize for Literature". euprizeliterature.eu. 7 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 May 2019.
  14. 1 2 Higgins, Charlotte. "Stalin erased one generation of Ukraine's artists. Now Putin is killing another – including my friend". The Guardian (ingilis). 2023-07-14. ISSN 0261-3077. 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.
  15. ""The stories win people's minds, not bullets": Victoria Amelina's speech about the trial of Sentsov at the 84th PEN Congress in Pune". PEN Ukraine (ingilis). 29 September 2018. 12 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 May 2019.
  16. 1 2 Vinograd, Cassandra. "Ukrainian Writer Victoria Amelina Dies After Kramatorsk Strike". The New York Times (ingilis). 2023-07-03. ISSN 0362-4331. 2023-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.
  17. Higgins, Charlotte. "For Ukrainians, poetry isn't a luxury, it's a necessity during war". The Guardian. 9 December 2022. 3 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2024.
  18. Simon, Scott. "Opinion: Remembering Ukrainian poet Victoria Amelina". NPR. July 8, 2023. July 15, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 15, 2023.
  19. 1 2 3 4 5 Kakissis, Joanna; Harbage, Claire; Palamarenko, Hanna. "She saved the diary of a Ukrainian writer killed by Russia. Then she was killed, too". NPR. July 15, 2023. July 15, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 15, 2023.
  20. 1 2 3 4 5 6 7 8 9 10 "Amelina Victoria". PEN Ukraine (ingilis). 1 April 2022. 1 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2023.
  21. "Ukrainian writer Victoria Amelina in hospital after Kramatorsk missile strike". Yahoo! News. 29 June 2023. 30 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2024.
  22. Graham-Harrison, Emma. "Ukrainian author Victoria Amelina critically injured in Kramatorsk strike". The Guardian. 30 June 2023. ISSN 0261-3077. 30 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2023.
  23. "Victoria Amelina, a Ukrainian writer, and our dearest colleague, passed away". PEN Ukraine. 2 July 2023. 5 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2024.
  24. "Ukrainian writer dies after Kramatorsk strike". BBC News. 2 July 2023. İstifadə tarixi: 3 July 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]