Vikipediya:Kənd meydanı

Vikipediya, azad ensiklopediya
Ən son rəy:3 saat öncə, Solavirum tərəfindən "Avtomoderatorun aktivləşdirilməsi" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç


Vikipediya:Patrullar

[mənbəni redaktə et]

Salam. Patrullarla bağlı qısa siyasət səhifəsi hazırlamışam. Hər halda, bununla da bağlı qəbul edilmiş prinsipimiz olsa yaxşı olar. Müzakirəyə təqdim edirəm, təklifləriniz varsa, qeyd edin, müzakirə edərək düzəlişləri edib səsverməyə çıxaraq. Hörmətlə, Qədir (müzakirə) 00:36, 16 noyabr 2024 (UTC)Cavabla

+ Lehinə: --► Hörmətlə: SolaVirum 17:30, 21 noyabr 2024 (UTC)Cavabla
+ Lehinə: Redivy (müzakirə) 18:32, 23 noyabr 2024 (UTC)Cavabla
+ Lehinə:--Nicat49   müzakirə 19:38, 23 noyabr 2024 (UTC)Cavabla
+ Lehinə: yaxşı yazılıb, müəllifə təşəkkürlər. --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:35, 25 noyabr 2024 (UTC)Cavabla
+ Lehinə: --Tarixi Nadir (müzakirə) 06:15, 25 noyabr 2024 (UTC)Cavabla
+ Lehinə:--namikilisu 11:13, 29 noyabr 2024 (UTC)Cavabla
Fəaliyyətində problem olmadığı təqdirdə əvvəllər hüquqa sahib olmuş ... hissəsi hardan hardan gəlib? Başqa dildə olan variantına baxım da — Bikar müzakirə 19:00, 23 noyabr 2024 (UTC)Cavabla
Düzü, bu qaydanı envikidəki prinsip əsasında, onu nəzərdən keçirərək azvikiyə uyğun şəkildə tərtib etdim. Həmin qeyd etdiyiniz problemdir ki? Nümunə kimi deyim, trvikidə yazılı qayda varmı bilmirəm, amma onlar tətbiq edirlər o formada. Hörmətlə, Qədir (müzakirə) 19:45, 23 noyabr 2024 (UTC)Cavabla
Müraciət ən azı 24 saat açıq qalmalıdır. hissəsi varsa o nəyə lazımdı — Bikar müzakirə 19:53, 23 noyabr 2024 (UTC)Cavabla
Onu ona görə qeyd etmişəm ki, həmin vaxt ərzində problem varsa bildirilə bilər və təftiş lazım ola bilər. Hörmətlə, Qədir (müzakirə) 19:58, 23 noyabr 2024 (UTC)Cavabla

✅Y Səsvermə başladıldı : Vikipediya:Səsvermə/Patrullar.--Turkmen müzakirə 05:39, 28 noyabr 2024 (UTC)Cavabla

Qaralama şablonu

[mənbəni redaktə et]

müzakirənin davamı. CC: @Solavirum.

cari versiyanın standart olaraq bununla əvəzlənməsini təklif edirəm. silinməsin də, çünki elə mövzu olur o barədə qaralama şablonu olmayanda bunu əlavə edirik. Hörmətlə, Qədir (müzakirə) 17:26, 21 noyabr 2024 (UTC)Cavabla

Gadir, müzakirələri arxivləşdirməzdən əvvəl bir ay gözləyin zəhmət olmasa, düzgün deyil. --► Hörmətlə: SolaVirum 17:29, 21 noyabr 2024 (UTC)Cavabla
mən etməmişəm, Turkmen edib. Hörmətlə, Qədir (müzakirə) 17:30, 21 noyabr 2024 (UTC)Cavabla
Bu arada, şablon qəşəngdir və elə də olmalıdır onsuz. --► Hörmətlə: SolaVirum 17:30, 21 noyabr 2024 (UTC)Cavabla
Əslində böyük olanda daha çox diqqət cəlb edir, məqaləni genişləndirmək istəyirsən)) Olsun siz istəyən kimi — Bikar müzakirə 19:03, 23 noyabr 2024 (UTC)Cavabla
Vizual olaraq problem yaradırsa, kiçiltmək olar, həmçinin envikidəki kimi loqonu da ləğv etmək olar. Əsas olan, məqalənin qaralama vəziyyətdə olması problem deyil ki, girişdə verilsin digər şablonlarla. Hörmətlə, Qədir (müzakirə) 19:43, 23 noyabr 2024 (UTC)Cavabla
Bikar istəsə də etmir amma, illərdir qalır orada. Bu şablonu o qədər dəxlisiz yerə qoyurlar ki, az qala bütün kənd məqalələrinə yerləşdirmək lazımdır həmin məntiqlə. --► Hörmətlə: SolaVirum 19:47, 23 noyabr 2024 (UTC)Cavabla
Envikidə bu şablon sadəcə 4 məqalədə var. Orada çeşidlilik genişdir, bizdə də mövzulara uyğun yaratmaq olar, ya da bunun yerinə, elə mövcud şablonlardan istifadə etmək, ümumi olaraq {{qaralama}} qoymaq olar. Hörmətlə, Qədir (müzakirə) 20:02, 23 noyabr 2024 (UTC)Cavabla
Mən də düşünürəm ki, bir qədər diqqət çəkərsə yaxşı olar. Yeni təklif olunan yaxşıdır, lakin əvvəlki daha çox diqqət çəkirdi. Hörmətlə --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:12, 25 noyabr 2024 (UTC)Cavabla
Eldarado, burada məsələ şablonun digər qaralama şablonlarına uyğunlaşdırılmasıdır. Məqalənin qaralama olması hər halda problem deyil, ona görə də girişdə bildiriş kimi verməyə gərək yoxdur. Əksinə, məqalənin sonunda daha çox diqqət çəkəcək (onsuz qısa məqalələrə əlavə olunur), çünki girişdə 2-3 şablonla birlikdə olmayacaq. Hörmətlə, Qədir (müzakirə) 16:43, 25 noyabr 2024 (UTC)Cavabla
@Gadir mən dəstəkləyirəm. Məncədə dəyişikliyə getmək yaxşı olar. — Khidirzada (müzakirə) 05:26, 26 noyabr 2024 (UTC)Cavabla
Şablonun təklif edilən yeni versiyası Azərbaycan dilində deyil. Türkçədir, sadəcə Azərbaycan hərfləri ilə yazılıb. Turkmen müzakirə 04:59, 28 noyabr 2024 (UTC)Cavabla
Düzəliş etdim. Hörmətlə, Qədir (müzakirə) 05:07, 28 noyabr 2024 (UTC)Cavabla
✅Y Qəbul edildi.--Turkmen müzakirə 07:34, 2 dekabr 2024 (UTC)Cavabla

Turkmen, tətbiq etməzdən əvvəl, girişdəki məzmun məqalələrin ən sonuna (kateqoriyadan aşağıya) daşınmalıdır. Hörmətlə, Qədir (müzakirə) 18:25, 2 dekabr 2024 (UTC)Cavabla

Bunu yalnız botla etmək olar. Əllə çətin məsələdir. Bu qismini unutmuşdum.--Turkmen müzakirə 18:31, 2 dekabr 2024 (UTC)Cavabla
Bəli, bir az vaxt aparacağa oxşayır. Nemoralisə demişəm, (digər bot operatorları da kömək edə bilərlər) həll ediləndə yeni versiyaya keçərik. Hörmətlə, Qədir (müzakirə) 18:33, 2 dekabr 2024 (UTC)Cavabla
Uğurlar, sabah mən də botla yoxlayaram.--Turkmen müzakirə 18:37, 2 dekabr 2024 (UTC)Cavabla

Səsvermə hüququnun yoxlanılması aləti

[mənbəni redaktə et]

Salam. Devikidə belə bir alət aşkarladım. Düşünürəm ki, eynisini bizdə də etmək olar. Səsvermələr vaxtı daha tez və rahat nəticə əldə edə bilmək üçün vacibdir deyə düşünürəm. Hörmətlə, Qədir (müzakirə) 23:01, 26 noyabr 2024 (UTC)Cavabla

Müəllifinə yaza bilərsən, biri hələ aktivdi — Bikar müzakirə 10:09, 30 noyabr 2024 (UTC)Cavabla

Silinməyə namizəd səhifələr

[mənbəni redaktə et]

Hər kəsi SNS müzakirələrində iştiraka dəvət edirəm. Fikir bildirilməyən kifayət qədər müzakirə var, hansı ki, qaydaya görə yekunlaşdırılmalıdır artıq. Nemoralis (müzakirə) 15:48, 1 dekabr 2024 (UTC)Cavabla

Vikipediya:Hücum səhifəsi

[mənbəni redaktə et]

Salam. Bu qayda da hazırdır. Əlavə edəcəkləriniz varsa, buyurun, daha sonra rəsmi olaraq qəbulu üçün səsverməyə çıxaraq. Hörmətlə, Qədir (müzakirə) 09:30, 3 dekabr 2024 (UTC)Cavabla

Çətin redaktələr etməyə hazır redaktorlar və çətin bloklar tətbiq etməyə hazır inzibatçılar

[mənbəni redaktə et]

Salam. Vikipediyaçıların bir-birinə dəstək vermə məqsədi daşıyan iki səhifəni diqqətinizə çatdırıram. Vikipediya:Çətin redaktələr etməyə hazır redaktorlarVikipediya:Çətin bloklar tətbiq etməyə hazır inzibatçılar. Diqqət yetirə və adlarınızı əlavə edə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 12:59, 3 dekabr 2024 (UTC)Cavabla

Blok məsələsində az-vikidə inzibatçılar arasında da stabil ortam yoxdur. Bu gün kiməsə blok təyin edirsən, qıraqdan başqası gəlir ki, "mən bu bloku dəstəkləmirəm". Halbuki, bunun standart prosedurları var. Məsələn, inzibatçı tərəfindən müddətsiz blok təyin edilən istifadəçi prosedur başladaraq bunu digər müstəqil administrator ilə müzakirə edə bilər. Yoxsa 50 nəfəri teq edib orada müzakirə aparmaq, nəticədə kimisə səhv-düz çıxarmağa gətirib çıxarır və müzakirə olur mübahisə. Turkmen müzakirə 13:23, 3 dekabr 2024 (UTC)Cavabla
@Turkmen, düzü, bu məsələ buna görə açılmayıb, amma bir halda ki yazdınız, fikrimi bildirim, necə olsa əlaqəlidir məsələ ilə. Mənim inzibatçılar içərisində etibar etmədiyim istifadəçilər var, açığı, vəziyyət məncə, əvvəlkinə baxanda yenə yaxşıdı, neytrallıq daha çoxdu və obyektiv ortam daha yaxşıdır. Əslində burda məsələ fərqli şeydən gedir, məsələn, biri gəlir məqaləsi ya da hansısa məsələ ilə bağlı icmanı və ya istifadəçiləri təhdid edir, onu bloklamaqdan gedir söhbət. Açıq sübut varsa onsuz da müzakirə lazım deyil, qalır addım atmaq. Müzakirə lazımdırsa onsuz da müzakirə gedəcək, yekunda biri də bloku tətbiq edəcək. Hörmətlə, Qədir (müzakirə) 13:32, 3 dekabr 2024 (UTC)Cavabla
@Gadir, bu məsələ əslində toxunulmamış məsələdir və dediyiniz kimi dolayısı ilə aidiyyəti olduğu üçün buraya yazdım. Halbuki, ciddi məsələdir, çünki xaos vəziyyəti yaradır. Fərdi olaraq kimisə nəzərdə tutmuram, elə başa düşməyin. Sadəcə ümumi mənzərəni yazdım. Belə məsələlər, digər böyük layihələrdəki kimi fərdi həll edilməlidir.Turkmen müzakirə 13:45, 3 dekabr 2024 (UTC)Cavabla
Başa düşürəm və haqq da verirəm sizə, mən sadəcə fikrimi bildirdim. Qeyd etdiyiniz məsələnin elə bir səbəbi də qayda boşluqlarının ortaya çıxardığı çuxurlardır. Bizdə inzibatçılarla əlaqəli vəziyyət digər vikilərə müqayisə ilə heç ürəkaçan deyil, dediyiniz kimi. Hər halda, bu, belə bir səhifəyə əngəl deyil. Digər tərəflər də vaxt ilə düzələr deyə düşünürəm və ümid edirəm. Hörmətlə, Qədir (müzakirə) 13:54, 3 dekabr 2024 (UTC)Cavabla

Statuslu məzmunun mühafizəsi

[mənbəni redaktə et]

Salam, az-vikidə müxtəlif dövrlərdə redaktələrə nəzarət etmə ilə bağlı çətinliklərimiz olur. IP/təcrübəsizlər/öyrənənlərin redaktələrini daimi nəzarətdə saxlayan bir neçə istifadəçi var və bəzən digərləri də kömək edir. Amma nəticə etibarı ilə bu iş çox adamın etmədiyi, biraz bezdirici işdir. Həmin yöndə fəaliyyət göstərən istifadəçilərin bəzi vaxtlarda aktiv olmamaları isə ciddi problem yaradır, redaktələrə baxan olmur və məqalələrdəki vandalizm uzun müdddət qalır. Təbii ki, heç kimin belə bir öhdəliyi yoxdur. Təklif edirəm, ən azından seçilmiş məzmunu yarımmühafizəyə (yalnız avtotəsdiqlənmişlər üçün redaktə icazəsi) alaq. Düşünürəm ki, hazırki vəziyyətdə Vikipediyanın nüfuzu və ən azından istifadəçi aktivliyi və redaktələrə nəzarət edilmədiyi vaxtlarda həmin məqalələr qorunmada olsa yaxşı olar. Turkmen müzakirə 08:32, 6 dekabr 2024 (UTC)Cavabla

Avtomoderatorun aktivləşdirilməsi

[mənbəni redaktə et]

Salam hər kəsə. Təklif edirəm ki, vikidə Avtomoderatoru aktivləşdirək. Maşın öyrənməsi əsasında əldə etdiyi xal əsasında vandalizm hesab etdiyi redaktələri geri qaytarır və konfiqurasiyaya uyğun olaraq müzakirə səhifəsi mesajı göndərir. Botu istədiyimiz kimi konfiqurasiya etmək mümkün olacaq. İstəsək geri qaytarma nisbətini ən yüksəyə çəkərək dəqiqliyi tam artıra bilərik, problemlər (səhv geri qaytarmalar) olduqda elə redaktənin yanında yerləşən (adətən təşəkkür düyməsinin yerləşdiyi hissə) yerdən birbaşa xətanı bildirmək olacaq. Bu xüsusilə gözdən qaçan 100% vandalizm olan redaktələrlə mübarizədə faydalı ola bilər. Tezliklə bizdəki dəyişiklik süzgəclərini də yeniləməyi planlaşdırıram, o zaman vandalizmin necə deyərlər kökünü tam kəsmiş olacayıq.

Nümunə olaraq türkcə vikipediyadakı fəaliyyətinə baxa bilərsiniz: tr:Special:Contributions/Otomoderatör Nemoralis (müzakirə) 09:01, 6 dekabr 2024 (UTC)Cavabla

Onda inzibatçılara ehtiyac qalmayacaq?)) Hörmətlə, Qədir (müzakirə) 09:27, 6 dekabr 2024 (UTC)Cavabla
Məzmuna baxır ya təkcə redaktəyə, yəni azərbaycancaya uyğun olacaq ya dildən asılı deyil? — Bikar müzakirə 09:36, 6 dekabr 2024 (UTC)Cavabla
Trvikidə baxdım, əsasən geniş məzmunu geri qaytarır. Düşündüyümdən daha aşağı səviyyəli imiş(ya da hələ train olmuyub). Qoşağ — Bikar müzakirə 09:41, 6 dekabr 2024 (UTC)Cavabla
Səviyyəni təyin etmək olur. Bu şəklə baxın: Fayl:Automoderator CommunityConfiguration page en.beta September 2024.png Nemoralis (müzakirə) 09:42, 6 dekabr 2024 (UTC)Cavabla
Çox gözəl, ən aşağı səviyyədən başlıyırıq. Lehinəyəm — Bikar müzakirə 09:46, 6 dekabr 2024 (UTC)Cavabla
@Bikar, product manager ilə danışdım. Bunu atdı: meta:Machine learning models/Production/Language-agnostic revert risk. Hər dilə uyğundur deyir. Nemoralis (müzakirə) 11:52, 6 dekabr 2024 (UTC)Cavabla
Siyahıda az var burda, meta:Machine learning models/Production/Multilingual revert risk. Maşındı da, lazım olsa söndürmək olur — Bikar müzakirə 12:14, 6 dekabr 2024 (UTC)Cavabla
+ Lehinə: Yaxşı fikirdi, təşəkkürlər. Turkmen müzakirə 12:37, 6 dekabr 2024 (UTC)Cavabla
Mən dəstəkləyirəm. Son vaxtlar vandalizm halları daha da artıb və demək olar ki, heç kim vandalizm halları ilə mübarizə aparmır. Nə qədər məqalədə söyüş, trol redaktə qalıb. Unkillable Demon King 15:57, 6 dekabr 2024 (UTC)Cavabla
+ Lehinə: yazdığım məqalələrə aylar sonra baxıram ki, vandalizm halı yaşanıb və heç kəs görməyib. Yaxşı təşəbbüsdür. --► Hörmətlə: SolaVirum 15:59, 6 dekabr 2024 (UTC)Cavabla