Vasif Əsgərov
Vasif Əsgərov | |
---|---|
Doğum tarixi | 15 aprel 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 25 iyul 2011 (82 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | TİBB |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | Azərbaycan Tibb Unuversiteti |
Vasif Əsgərov (azərb. Əsgərov Vasif Fətulla oğlu; 15 aprel 1929, Naxçıvan – 25 iyul 2011, Bakı) — həkim, tibb elmləri doktoru, professor.
Həyatı
[redaktə | mənbəni redaktə et]Əsgərov Vasif Fətulla oğlu 15 aprel 1929-cu ildə Naxçıvan şəhərində anadan olub.
Təhsili
[redaktə | mənbəni redaktə et]1952-ci ildə N. İ. Piroqov adına 2-ci Moskava Tibb İnstitutunu bitirib. 1956-cı ildə həmin institutun aspiranturasını bitirib.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1959-cu ildə Azərbaycan Tibb Universitetində çalışır; 1969-cu ildən Azərbaycan Tibb Universiteti uşaq-yolxucu xəstəlikləri kafedrasının müdiri olub. Tədqiqatları, əsasən diri virus vaksinlərinin (qızılca, poliomielit və təbii çiçək əleyhinə), qızılca infeksiyasının uşaq orqanizminin qeyri-spesifik və postvaksional immunoloji reaktivliyinə təsirinə və s. məsələlərə həsr edilmişdir. 250-dən çox elmi əsərin, tədris-metodiki vəsaitin müəllifidir. Virusoloqların 2-ci Ümumdünya (Budapeşt, 1971), pediatr-infeksionistlərin Ümumdünya (Filippin,1999) konqreslərində və s.qurultay və konfanslarda məruzə etmişdir.
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]Sovet İttifaqı dövründə
[redaktə | mənbəni redaktə et]1970 — SSRİ səhiyyə əlaçısı
Müstəqillik dövründə
[redaktə | mənbəni redaktə et]2000 — Azərbaycan "Tərəqqi" medalı[1]
2009 — Azərbaycan Azərbaycan Respublikasının əməkdar həkimi[2]
Kitabları
[redaktə | mənbəni redaktə et]"Yolxucu xəstəliklər"(Bakı.,1993)
Mənbə
[redaktə | mənbəni redaktə et]- Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 153-154. ISBN 5-8066-1468-9.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Tibb Universiteti müəllimlərinin təltif edilməsi haqqında". 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-20.
- ↑ Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında [ölü keçid]