Validə Turxan Sultan türbəsi
Naviqasiyaya keç
Axtarışa keç
Validə Turxan Sultan türbəsi |
---|
Validə Turxan Sultan türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XVII əsrdə inşa olunan Yeni Məscid külliyəsinə aid türbə.
Tarixi
[redaktə | mənbəni redaktə et]Türbə 1663-cü ildə memar Mustafa ağa tərəfindən inşa olunmuşdur. Osmanlı sultanlarından beşi bu türbədə dəfn olunmuşdur. Safiyə Sultanın 1598-ci ildə inşasına başladığı Yeni Məscid külliyəsi Xədicə Turxan Sultan tərəfindən tamamlanmışdı. Külliyənin cənub cəbhəsində yerləşən türbə memarlıq xüsusiyyətləri baxımından Sultan Əhməd türbəsinə bənzəyir. Kvadrat planlı olan türbənin daxili interyeri çini və xəttatlıq işləmələriylə bəzədilmişdir.[1]
Türbədə aşağıdakı şəxslər dəfn edilmişdir:
- Validə Turxan Xədicə Sultan
- IV Mehmed
- II Mustafa
- III Əhməd
- I Mahmud
- III Osman
- Sultan Əhmədin oğlu Şahzadə Mehmed (d. 1 mart 1697 — ö. iyun 1703)
- Sultan Mehmedin qızı Fatma Sultan (d. 1680 — ö. 6 dekabr 1700)
- Sultan Əhmədin oğlu Şahzadə Əbdülməlik (d. 12 dekabr 1709 — ö. 7 mart 1711)
- Sultan Əhmədin oğlu Şahzadə Mustafa
- Sultan Əhmədin oğlu Şahzadə Murad (d. yanvar 1706 — ö. 5 aprel 1708)
- Sultan Əhmədin qızı Sabiha Sultan (d. 26 noyabr 1726 — ö. 3 dekabr 1726)
- Sultan Əhmədin qızı Ruqiyə Sultan (d. 2 may 1707 — ö. 4 may 1708)
- Sultan Əhmədin qızı Nailə Sultan (d. 1722 — ö. 10 dekabr 1726)
- Sultan Əhmədin qızı Ümmügülsüm Sultan
- Sultan Əhmədin qızı Zübeydə Sultan
- Sultan Əhmədin xanımı Zeynəb Sultan
- Sultan Mustafanın oğlu Şahzadə Süleyman (d. 25 dekabr 1697 — ö. 25 dekabr 1697)
- Sultan Mustafanın oğlu Şahzadə Əli
- Sultan Mustafanın oğlu Şahzadə Mehmed (d. 22 noyabr 1698 — ö. 5 iyun 1703)
- Sultan Mustafanın oğlu Şahzadə Həsən (d. 27 mart 1699 — ö. may 1733)
- Sultan Mustafanın qızı Əmətullah Sultan
- Sultan Mustafanın qızı Fatma Sultan (d. 8 oktyabr 1699 — ö. 20 may 1700)
- Validə Şevkəfza Sultan
- Validə Salehə Sultan
- Tirimüjgan Sultan
- Gülcamal Qadınəfəndi
və Osmanlı sülaləsinə mənsub 20 nəfər daha