Vəliyevlər
Naviqasiyaya keç
Axtarışa keç
Vəliyevlər | |
---|---|
| |
Titul | Bəy |
Əcdadı | Bayramxan bəy Baharlı |
Mənşəyi | Qarabağ, Şuşa |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Torpaqları | Baharlı |
Vəliyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Soyun yaranması
[redaktə | mənbəni redaktə et]Bu soyun ulu babası Bayramxan bəy Baharlıdır. XVIII əsrin ortalarında Qarabağda yaşamışdı. Bayramxan bəyin Vəli bəy adlı oğlu vardı.
Vəli bəy Qarabağın Kəbirli mahalının Baharlı obasında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. O, İbrahimxəlil xanın divanında vəzir vəzifəsində çalışmışdı.
Mirzə Vəli bəyin törəmələri Vəlibəyov, Vəliyev, Vəlizadə, Vəlili soyadlarını daşıyırdılar.
Mirzə Vəli bəyin İmamverdi bəy, Həşim bəy, İbrahim bəy, Həsənəli bəy adlı oğulları vardı.
Soyun məşhur nümayəndələri
[redaktə | mənbəni redaktə et]- Mirzə Məmmədhəsən bəy Vəliyev — quberniya katibi, məmur, aktyor Əbülfət Vəlinin, şair Nəcəfqulu bəy Şeydanin ataları.
- Məhəmmədəli bəy Vəlizadə (Məxfi) — azərbaycanlı şair, titulyar müşavir, baharlı tayfasının nümayəndəsi, Məşədi Əsədulla bəy Vəliyevin oğlu.
- Abdulla bəy Vəlizadə — şair, Baharlı tayfasının nümayəndəsi. Məşədi Əsədulla bəy Vəliyevin oğlu.
- Məşədi Abdulla bəy Abış
- Nəcəfqulu bəy Vəliyev (Şeyda) — azərbaycanlı şair.
- Əbülfət bəy Vəli — azərbaycanlı aktyor.
- Məhəmmədhəsən bəy Vəlili-Baharlı — Azərbaycan Dövlət Bankının ilk müdiri, iqtisadçı, etnoqraf, siyasi repressiya qurbanı.
- Cabbar bəy Vəlibəyov — pedaqoq.
- Sulduz Rüstəmov — tarixçi, Mirzə Vəli bəy Baharlının nəslindəndir.
- Zakir Məmmədov — fəlsəfə elmləri doktoru; professor; AMEA-nın müxbir üzvü.
- Xostan Vəliyev — coğrafiya elmləri doktoru, professor.
- Zahid Məmmədov — coğrafiya elmləri doktoru, professor.
- Məhəmməd Baharlı — nasir, publisist.
Şəkillər
[redaktə | mənbəni redaktə et]-
Mirzə Məmmədhəsən bəy Vəliyev — məmur, xeyriyyəçi
-
Məhəmmədəli bəy Vəlizadə (Məxfi) (1831-1891) — şair, məmur
-
Nəcəfqulu bəy Vəliyev (Şeyda)(1858-1937) — şair, məmur
-
Əbülfət Vəli — (1874-1918) aktyor
-
Məhəmmədhəsən bəy Vəlili-Baharlı(1896-1937)
-
Cabbar bəy Vəlibəyov — pedaqoq
-
Sulduz Rüstəmov (1912-1969)-tarixçi
-
Zakir Məmmədov — fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
-
Məhəmməd Baharlı - nasir, publisist.
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Qarabağnamələr" (Tərtib edəni və çapa hazırlayanı tarix elmləri namizədi Akif Fərzəliyev) I kitab, Yazıçı, 1989.
- "Qarabağnamələr" (Tərtib edəni və çapa hazırlayanı professor Nazim Axundov) II kitab, Yazıçı, 1991.
- Ənvər Çingizoğlu. Baharlı oymağı. "Soy" dərgisi, 6 (14) 2008, səh. 22–79
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.I kitab. Bakı, 2013
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(Ensiklopedik məlumat kitabı).II kitab. Bakı, 2013
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri). Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Xanlar xanı Bayram xan (sələfləri, xələfləri). Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy və onun nəslinin tanınmış övladları. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" (Doqquzuncu buraxılış). Bakı, 2014
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy nəslinin görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 1–7 avqust, 2012-ci il, №26(158)
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy Baharlı. "Qarabağ" qəzeti, 28 dekabr, 2012, №39–40 (539–540)