Vüqar Rəhimov
Vüqar Rəhimov | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||
Doğum tarixi | 5 fevral 1986[1] (38 yaş) | ||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||
Boyu | 165 sm | ||||||||||||||||||
Çəkisi | 60 kq[2] | ||||||||||||||||||
İdman növü | Yunan-Roma güləşi | ||||||||||||||||||
Medallar
|
Vüqar Həmidulla oğlu Rəhimov (ukr. ́Вюгар Гамидулла огли Рагимов; 5 fevral 1986[1], Bakı) — Azərbaycan əsilli Ukrayna güləşçisi, Avropa çempionatının gümüş və ikiqat bürünc mükafatçısı. 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı. Ukraynanın beynəlxalq dərəcəli idman ustası.
Karyerası
[redaktə | mənbəni redaktə et]Vüqar Rəhimov 5 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub. Atası fabrikdə, anası isə uşaq bağçasında tərbiyəçi işləyirdi. Ailədə 4 uşaq olublar — 3 qardaş, 1 bacı.[3]
Vüqarda güləşə sevgi bu idman növü ilə məşğul olan böyük qardaşları — Atamoğlu və Rəhim (sonralar gənclər arasında yunan-Roma güləşi üzrə Ukrayna çempionu olub) sayəsində yaranıb. İdman zalına ilk dəfə 14 yaşında, Bakının Binə kəndində getmiş və burada qardaşları ilə birlikdə məşq etməyə başlamışdır.[3]
2002-ci ildə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionu olub. Lakin buna baxmayaraq onu 50 kq çəki dərəcəsində yeniyetmələr arasında Avropa çempionatına aparmayıblar. Bu hadisədən sonra Nikolayev şəhərində yaşayan əmisinin dəvəti ilə Ukraynaya gedib. Bir il sonra, 2003-cü ildə isə Zaporojya şəhərinə köçüb və burada Yevgeni Çertkovun rəhbərliyi altında məşqlərə başlayıb.[3]
2004 və 2005-ci illərdə gənclər arasında güləş üzrə Avropa çempionatlarında bürünc, 2006-cı ildə isə gümüş medal qazanıb.[4]
Ukraynanı 55 kq çəki dərəcəsində yeddi dəfə (2005–2007, 2009–2011, 2013) dünya çempionatlarında, beş dəfə (2006–2007, 2009–2011) isə Avropa çempionatlarında təmsil edib. Dünya çempionatlarında ən yaxşı nəticəsi yeddinci yer (2006), Avropa çempionatlarında isə ikinci yer (2011) olub.[4]
2012-ci ilin may ayında Helsinki şəhərində keçirilmiş güləş üzrə dünya Olimpiya təsnifat turnirində bütün rəqiblərinə qalib gələrək 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.[4][5] Olimpiya Oyunlarına təsnifat mərhələsindən başlayan Vüqar, ilk görüşündəcə çinli Li Şujinə məğlub olaraq mübarizəni dayandırıb.[4][6]
2019-cu ildə Vüqar Rəhimov yunan-Roma güləşi üzrə Ukrayna yığmasına böyük məşqçi təyin edilib.[7]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Zaporojye Milli Universitetinin bədən tərbiyəsi fakültəsində təhsil alıb.[8][9] Müsəlmandır.[3] İdmanda kumirləri Buvaysar Saytiyev və Fərid Mansurovdur.[3]
2006-cı ildə ukraynalı xanım ilə ailə həyatı qurub. Nina adlı qızları var.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Vyugar Ragymov.
- ↑ Olympedia (ing.). 2006.
- ↑ 1 2 3 4 5 6 "Вугар Рагимов «Я привык к Украине и полюбил эту страну»". 18 may 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2024.
- ↑ 1 2 3 4 "Ragimov, Vugar (UKR)". iat.uni-leipzig.de. 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
- ↑ Назаренко Елена. "Запорожские борцы вновь в лидерах страны по итогам минувшего года". prosport.zp.ua. 2013-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-09.
- ↑ "Men's 55kg Greco-Roman". london2012.com. 2012-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 aprel.
- ↑ "Вюгар Рагимов назначен старшим тренером Национальной сборной команды Украины". 05.01.2019. 2019-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-28.
- ↑ "Спорт-кадр" (ukrayna). Запорізький університет. 2012-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
- ↑ "Выпускник ЗНУ Вугар Рагимов - бронзовый призер чемпионата Украины по греко-римской борьбе". znu.edu.ua. 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.