Umeko Tsuda

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tsuda Umeko
Tsuda Ume (つだ・うめ?)
Doğum tarixi 31 dekabr 1864(1864-12-31)[1]
Doğum yeri
Vəfat tarixi 16 avqust 1929(1929-08-16)[1] (64 yaşında)
Vəfat yeri
Atası Tsuda Sen
Anası Tsuda Hatsuko
Milliyyəti yapon
İxtisası maarifçi
Təhsili Yel Universiteti
Arçer Universiteti
Brin-Mar kolleci
Oksford Müqədddəs Hilda kolleci
Fəaliyyəti qadın hüquqları fəalı[d], müəllimə
Tanınır Yaponiyada Meydzi dövründə qadınların təhsil imkanlarının artırılmasında öncü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tsuda Umeko (津田 梅子, Tsuda Ume?, つだ・うめ; 31 dekabr 1864[1], Edo[d]16 avqust 1929[1], Kamakura, Kanaqava prefekturası) — Yapon maarifçisi, Tsuda Universitetinin əsasını qoyan yapon pedaqoqu.[2] Əsil adı Tsuda Ume olan Umekoya mume və ya ume adları, Yapon gavalısına istinadən verilmişdir ki, 1902-ci ildə o, bu adı Umeko olaraq dəyişdirib.

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]
Tsuda Ume 1871-ci ildə

Tsuda Ume, Edonun Uşiqome məhəlləsində (indiki Minami, Şincuku) Tsuda Sen və Hatsukonun ailəsində ikinci qız övladı olaraq dünyaya gəlib. 1871-ci ildə Tsuda Sen, Kuroda Kiyotakanın rəhbərliyi ilə Hokkaydo müstəmləkəçilik layihəsində iştirak edərək, həm qadınlar, həm də kişilər üçün qərbdə təhsil mövzusunu gündəmə gətirib.

{{{Image}}}
Yaponiyadan xaricdə təhsil alan ilk qadın tələbələr (soldan sağa), Naqai Şayq (10 yaş), Ueda Tei (14), Yoşimasu Ryo (14), Tsuda Ume (6) və Yamakava Sutematsu (11).

Kurodanın sponsorluğu altında Tsuda Ume, atası tərəfindən İvakura missiyasının beş qadın üzvündən biri olaraq könüllü edildi.

Altı yaşında həmçinin ekspedisiyanın ən gənc üzvü idi. 1871-ci ilin noyabrında San-Fransiskoya gəldi və 18 yaşına qədər tələbə kimi ABŞ-də qaldı. Tsuda, 1871-ci il dekabr ayından Vaşinqtonda, Çarlz Lanman (Yapon legionunun katibi) və onun həyat yoldaşı Adelin ilə birlikdə yaşadı. Uşaqları olmadığı üçün onu öz uşaqları kimi qəbul edirdilər. Ume Tsuda adı ilə, ingilis dilini öyrəndiyi,orta təhsil aldığı Corctaun kollecinə daxil oldu. Məzun olduqdan sonra kompozisiya, yazı, hesab və deportasiya sahələri üzrə mükafatlar aldı.[3] Məzun olduqdan sonra siyasətçilərin və bürokratların qızlarının təhsil aldığı Arçer İnstitutuna daxil oldu. Dil, riyaziyyat, elm və musiqidə, xüsusən də pianoda çox yaxşı qabiliyyəti vardı. İngilis dilindən əlavə latın və fransız dillərini də öyrəndi. ABŞ-yə gəldikdən təxminən bir il sonra Tsuda xristian olaraq vəftiz edilməsini istədi. Lanmanlar Episkopal olsalar da, onun qeyri-məzhəbi Köhnə İsveçlər Kilsəsinə getməyinə qərar verdilər.

Yaponiyaya geri dönüşü

[redaktə | mənbəni redaktə et]

Tsuda 1882-ci ildə Yaponiyaya qayıtdıqda, müvəqqəti çətinliklərə səbəb olan ana dili olan Yapon dilini demək olar ki, unutmuşdu. Yapon cəmiyyətindəki qadınların mədəni mövqeyindəki aşağı vəziyyətinə uyğunlaşmada problemlər yaşadı. Hətta bir çox cəhətdən tamamilə qərblənmiş atası Tsuda Sen hələ də qadınlara münasibətdə ənənəvi hal almış patriarxalavtoritar mövqedə idi.

Tsuda, İto Hirobumi tərəfindən uşaqlarının tərbiyəçisi olaraq işə götürüldü. 1885-ci ildə,daha sonra Peeresses School kimi tanınan kazoku soyunun qızlarının təhsil aldığı qız məktəbində işə başladı,lakin həmyaşıd və nəciblik daxilində təhsil imkanlarının məhdudlaşdırılması onu qane etmirdi və təhsilin qızları xanım kimi, itaətkar qadın və yaxşı ana kimi yetişdirmək məqsədi daşıdığı məktəb siyasətindən razı deyildi. Ona 1888-ci ildə Amerikada olarkən dostluq etdiyi Alis Bekon köməklik etdi və o,ABŞ-yə qayıtmağa qərar verdi.

ABŞ-yə ikinci gəlişi

[redaktə | mənbəni redaktə et]
Brin Mar kollecinin məzunu Tsuda Ume (1864–1929).

Tsuda, ABŞ-yə qayıtdı və 1889 - 1892 -ci illərdə Filadelfiyadakı Brin Mar kollecində oxudu və burada biologiya üzrə təhsil aldı. O, eyni zamanda Oksford Müqəddəs Hil da kollecində oxudu. ABŞ-də qaldığı ikinci dövrdə Tsuda, digər yapon qadınlarının da xaricdə təhsil almaq imkanına sahib olmalarına qərar verdi. Yapon qadınlarının təhsili ilə bağlı çoxsaylı ictimai çıxışlar etdi və Yapon qadınlarının təqaüd alması üçün 8000 dollar vəsait topladı.

Tsuda kollecinin yaradılması

[redaktə | mənbəni redaktə et]
Dostlar yenidən görüşürlər: Tsuda Umeko, Alis Meybl Bekon, Uryu Şiqeko, Oyama Sutematsu (soldan sağa)

Yaponiyaya qayıtdıqdan sonra Tsuda Ume bir daha Peeresses School da, eləcə də Tokyo Qadın məktəbində dərs verdi, maaşı 800 yen idi və o dövr üçün əlçatan əmək haqqı idi. Bir neçə dissertasiya işini nəşr etdirdi və qadınların statusunun yaxşılaşdırılması ilə bağlı çıxışlar etdi. 1899-cu ildə qızlar üçün Ali Təhsil qanunu, hər prefekturadan qızlar üçün ən azı bir dövlət orta məktəbi yaratmağı tələb edirdi. Lakin, bu məktəblər qızlara oğlan məktəbləri ilə eyni səviyyədə təhsil verə bilmədi. 1900-cü ildə, dostları şahzadə Oyama Sutematsu və Alis Bekonun köməyi ilə Tokio, Kojimaçid,valideynliyindən asılı olmayaraq bütün qadınlara bərabər liberal sənət təhsili verən Tsuda kollecini Joşi Eyiqaku Juku (女子英学塾, İngilis Tədqiqatları üçün Qadın İnstitutu?)qurdu. Daha sonra adını 1902-ci ildə Tsuda Umeko olaraq dəyişdirdi. Məktəb maliyyə çatışmazlığı ilə qarşılaşdı və Tsuda məktəbi dirçəltmək üçün çox zaman sərf etməli oldu. Onun böyük əzmi nəticəsində məktəb 1903-cü ildə rəsmi tanındı.

1905-ci ildə Tsuda, Tokio Gənc Qadınlar Xristian Dərnəyinin Yaponiya filialının ilk prezidenti oldu.

Tsuda hər zaman gərgin olan həyatın nəticəsində sağlamlığını itirdi və o, insult keçirdi. 1919-cu ilin yanvarında Kamakuradakı yazlıq evinə istirahətə çəkildi və 1929-cu ildə uzun xəstəlikdən sonra vəfat etdi. Qəbri, Tokionun Kodaira şəhərindəki Tsuda kollecinin ərazisindədir.

Tsuda Umekonun portreti

Joşi Eiqaku Juku 1933-cü ildə adını Tsuda Eiqaku Juku olaraq dəyişdirdi və II Dünya müharibəsindən sonra Tsuda Kolleci oldu. Yaponiyanın ən nüfuzlu qadın ali təhsil institutlarından biri olaraq tanınır. Tsuda qadınlar üçün sosial islahat istəməsinə baxmayaraq, feminist ictimai hərəkatı müdafiə etmədi və qadınların səsvermə hərəkatına qarşı çıxdı. Fəaliyyəti, təhsilin,fərdi zəkanın və şəxsiyyətin inkişafına yönəldilməsi fəlsəfəsinə əsaslanırdı. Tsuda Umekonun rəsmi, 2024-cü ildə buraxılacaq yeni yapon əskinaslarında yer alacaq.[3]

  1. 1 2 3 4 Tsuda Umeko // SNAC (ing.). 2010.
  2. Nussbaum, Louis-Frédéric. (2005). "Tsuda Umeko" in Japan Encyclopedia, p. 998, səh. 998, Google Books-da.
  3. 1 2 Kelly, John. "In 1871, Japan sent a 7-year-old schoolgirl to Washington to learn about America". The Washington Post. March 28, 2020. March 30, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 29, 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]