39°51′29″ şm. e. 4°01′14″ q. u.HGYO

Toledo alkazarı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Toledo alkazarı
Xəritə
Ümumi məlumatlar
Ölkə
Koordinatlar 39°51′29″ şm. e. 4°01′14″ q. u.HGYO
Sahibi İspaniya Quru Qoşunları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Himmler və Moskardo (21 oktyabr 1940-cı il)

Toledo alkazarı, İspaniyanın Toledo şəhərində yerləşən alkazardır.

III əsrdə Roma İmperiyasının saraylarından biri kimi tikilmişdir. 1085-ci ildə Toledonu Tavaif-ül Mülkdən geri alan VI Alfonso, daha sonra isə X Alfonso tərəfindən bərpa edilmişdir. 1535-ci ildə V Karl tərəfindən bərpa edilmiş və 1561-ci ildə II Filipp paytaxtı Madridə köçürənə qədər dəfələrlə İspaniya krallığının sarayı kimi istifadə edilmişdir.

Alkazarın mühasirəsi

[redaktə | mənbəni redaktə et]

İspaniya vətəndaş müharibəsinin ilk günlərində, 22 iyul 1936-cı ildə Toledo vilayətinin hərbi qubernatoru, polkovnik Xose Moskardo İtuartenin rəhbərliyi altında olan 800 Guardia Civil (İspaniya Jandarmeriyası) daxil olmaqla, ümumilikdə 1028 silahlı Respublikaçı əsgər və milis qüvvələri tərəfindən mühasirəyə alınmış və 28 sentyabr 1936-cı ildə, Enriki Varelanın rəhbərliyi altında olan altında Afrika Ordusu tərəfindən xilas edilmişdir. Bu günlərdə binaya xeyli ziyan dəymişdir.

Himmlerin səfəri

[redaktə | mənbəni redaktə et]

Henrix Himmler 23 oktyabr 1940-cı ildə Fransanın Hendaye şəhərində keçirilməsi nəzərdə tutulan Hitler - Franko görüşündən dörd gün əvvəl, 19 oktyabr 1940-cı ildə İspaniyaya səfərə gəlmiş və oktyabr ayının 21-də Alkazarı ziyarət etmişdir.

Ümumdünya irsi

[redaktə | mənbəni redaktə et]

1986-cı ildə Alkazar da daxil olmaqla şəhərin tarixi ərazisi YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Alkazar müasir dövrdə hərbi muzey kimi istifadə olunur.