Toçka (taktiki raket kompleksi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Toçka
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 1976
İstifadə edilən döyüşlər
Xüsusiyyətləri
Uzunluğu
  • 6,4 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Toçka" sistemi Bakı hərbi paradında (2013)

Toçka – taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir (NATO kod adı:SS-21 Scarab). Kolomna "Maşınqayırma konstruktor bürosu"nda istehsal edilən bu sistem Toçka-U (9К79–1) adını almışdır. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur.

Kompleksə daxildir:

  • 9М79 (Toçka-U üçün — 9M79M) müxtəlif tipli mərmi başlıqlı raketlər;
  • Atıçı qurğu 9P129 (9PП129М-1);
  • Nəqledici-yükləyici maşın 9Т218;
  • Nəqledici maşın 9Т238;
  • Avtomatlaşdırılmış nəzarət-sınaq maşını 9V819–1;
  • Texniki xidmət maşını 9V844;
  • Arsenal qurğusu komlekti 9F370–1.

Kolomna KBM-də dörd növ raket hazırlanmışdır:

  • Birinci versiya uçuş məsafəsi 70 km. olan 9M79
  • Sonakı təkmilləşdirilmiş versiyası 9M79M 120 km uçuş məsafəsinə malikdir.
  • 9M79MKU versiyası tank əleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunmuşdur. Uçuş məsafəsi 120–185 km-dir.
  • 9M79MP versiyası radar qurğuları əleyhinə mübarizə aparmaq üçün passiv radar idarəetmə sistemi ilə təchiz olunmuşdur. Uçuş məsafəsi 120 km-dir.

Sovet istehsalı yer-yer tipli operativ–taktiki raket kompleksi "Toçka-U".

"Toçka –U" operativ–taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir.

"Toçka –U" opeartiv-taktiki raketlər komandirlər üçün düşmənin təmas xəttindən aralıda yerləşən obyektlərinə, komanda məntəqələrinə, qoşunlarının cəmləşdiyi nöqtələrə, anbarlara və aerodromlara dəqiq zərbə endirmək üçün vasitədir. Bu zaman komandirlərə hədəf üzərindəki hava məkanına nəzarət etmək gərək deyil. Bu raketlərdən habelə hədəfə nüvə başlığını və kimyəvi başlığı da çatdırmaq üçün istifadə etmək mümkündür.

Yəməndə və Ukraynada gedən döyüş əməliyyatlarının təcrübəsi göstərir ki, bu mobil raket kompleksləri hətta zəif silahlanmış qiyamçı ordu tərəfindən tətbiq olunanda belə ciddi zərər yetirə bilir.

"Toçka" raketləri SSRİ-nin "Luna-M" 9K52 raketlərinin sələfidir. Bu raketlər soyuq müharibə dövründə, Karib böhranında rol oynayıb. Lakin onun əsas çatışmayan cəhəti hədəfi dəqiq vurmaması idi. Raketin hədəfdən yayınma radiusu 500–700 metrə çatırdı. Başqa sözlə, əgər kimsə bu raketlə böyük binanı vura bilsəydi ona ancaq tərif düşürdü. Raketin uçuş məsafəsi cəmi 70 kilometr olduğundan onu təmas xəttinə yaxın yerləşdirmək lazım idi ki, düşmənin arxasındakı hədəfləri vurmaq mümkün olsun. 1975-ci ildə "Toçka" raketlərinin ilk versiyası silahlanmaya daxil olub. Bu raketlər hədəfi daha dəqiq vura bilirdi, hədəfdən yayınma radiusu 150 metr təşkil edirdi. İndiki göstəricilərə görə buna dəqiq vuran raket demək olmaz, ancaq o vaxtkı göstəricilərə görə bu, pis sayılmazdı. Uçuş radiusu isə 70 kilometr olaraq qalırdı.

Nəhayət 1979-cu ildə "Toçka-U" raketləri-bu raketlərin daha mükəmməl versiyası silahlanmaya daxil olub. Yanacağın komponentlərinin dəyişməsi sayəsində uçuş məsafəsini 120 kilometrə qədər artırıblar. Radilokasiya sistemlərinin və CPS qlobal naviqasiya sisteminin sayəsində hədəfdən yayınma da azalıb, 90 metr təşkil edib. Sonradan hədəfdən daha az-70 metr yayınan "Toçka-M" raketlərini də işləyib hazırlayıblar, lakin Rusiya Müdafiə Nazirliyi bundan imtina edərək "İsgəndər" raketlərinə üstünlük verib. Dünyanın bir çox ölkələrinə satılan "Toçka-U" raketləri üçoxlu start qurğusu üzərində daşınır. Kompleks mobildir, saatda 60 kilometr sürətlə hərəkət edə, yolsuzluq şəraitində gedə və su maneələrini keçə bilir. "Toçka" kompleksini döyüş tətbiqi nöqtəsinə 15 dəqiqəyə çatdırmaq mümkündür. Yeni raketin yüklənməsi isə 20 dəqiqə vaxt aparır. Kompleksin tərkibinə daxil olan Zil-131 avtomobili əlavə raketləri daşıyır və raketi kompleksə yerləşdirmək üçün sistemlə təchiz olunub.

Döyüş başlığına gəldikdə isə qəlpəli-fuqas başlığın ağırlığı 120 kiloqramdır. Raketdə habelə 50 qəlpəli döyüş elementindən ibarət kaset başlıq da yerləşdirmək olar. Bu döyüş elementləri 200 metr radiusda qəlpə yağdırır. Kaset döyüş başlığında tank və aerodrom əleyhinə də elementlər yerləşdirmək mümkündür. Bundan əlavə, raket gücü 10 kilotondan 60 kilotona qədər olan AA-60 taktiki nüvə başlığını da hədəfə çatdıra bilir.

Daha ekzotik variantlar da var. Elektromaqnit impulslu döyüş başlığı havada partlayır və bütün elektronikanı sıradan çıxarır. O cümlədən RLS-lərin şüalarını qarışdıran radiolokasiya əleyhinə idarəolunan raketlər də var. Dünyanın qaynar nöqtələrində ballistik raketlərin əksəriyyəti indiyədək tətbiq edilməyib, ancaq "Toçka" bir çox qaynar nöqtələrdə böyük dağıntılara və tələfata səbəb olub. İlk dəfə bu raketlər döyüş şəraitində 1994-cü ildə Yəmənin şimalı ilə cənubu arasında gedən döyüşlərdə tətbiq olunub. Şimali yəmənlilər Səudiyyənin dəstəklədiyi cənublulara bu raketlərdən zərbələr endiriblər və cənublular sonda müharibəni uduzublar. Birləşmiş Yəmən silahlı qüvvələri bu raketləri saxlamışdı, ancaq 2014-cü ildə bu raketlər qiyam qaldırmış və İranın dəstək verdiyi husilərin nəzarətinə keçdi.

Yəmən Respublika qvardiyasının husilərin tərəfinə keçmiş hissələrinin nəzarətində olan "Toçka" raketləri Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının bazalarına zərbələr endirdi. 2015-ci il sentyabrın 4-də "Toçka" raketi Səudiyyə ordusunun Marib məntəqəsindəki bazasına düşüb, koalisiya qüvvələrinin 73 hərbçisi həlak olub. O cümlədən onlarla hərbi texnika sıradan çıxarılıb. Həmin il dekabrın 14-də husilərin tərəfində olan qüvvələrin "Toçka" raketi ilə endirdiyi zərbə nəticəsində Babül-Məndəb körfəzində ərəb koalisiyasının 100-dən çox hərbçisi, o cümlədən Səudiyyə Ərəbistanı ordusunun xüsusi təyinatlı qüvvələr komandanı həlak olub. Bundan bir ay sonra "Toçka" "Əl-Anad" aviabazasını vurub, pilotsuz aviasiyanın idarəetmə sistemini sıradan çıxarıb və 100-dən çox hərbçinin həyatına son qoyub. Səudiyyə Ərəbistanı tərəfindən görülən əks tədbirlərə baxmayaraq bu zərbələr endirilib. Hansı ki, Səudiyyəyə və Birləşmiş Ərəb Əmirliklərinə məxsus "Petriot" sistemləri husilərin atdığı 20-dən çox ballistik raketləri, əsasən "Toçka" raketlərini havada zərərsizləşdirə bilmişdi. Habelə raketlər döyüş tətbiqi zonasına çıxarılanda onlara hava zərbələri endirilmişdi. Buna baxmayaraq husilərin raket yağışının qarşısını tam almaq mümkün olmayıb. Elə ötən ay Səudiyyə ordusunun 3 "Toçka" raketini "Petriot"la vurduğu və bir start kompleksini məhv etdiyi açıqlanmışdı. Daha 3 raket isə Yəmən və Səudiyyə Ərəbstanındakı hədəfləri vurmuşdu.

Hərçənd müasir HHM sistemlərinə, havada hökmranlığa və böyük atəş gücünə baxmayaraq ərəb koalisiyasının Yəməndə verdiyi itkilər heyrət doğurur. Koalisiya təkcə "Toçka" raketlərindən yüzlərlə itki verib. Bu da o deməkdir ki, "Toçka" təhlükəli silahdır və bu raketə qarşı ərəb koalisiyası yetərli tədbirlər görə bilməyib.

Digər qaynar nöqtələrə gəldikdə isə Suriya vətəndaş müharibəsində Suriya ordusu bu raketlərlə üsyançıların Hələb, Marea və Dəməşq ətrafındakı mövqelərinə zərbələr endirib. Raketlər hələ də Suriya münaqişəsində tətbiq olunur.

Birinci Çeçen müharibəsi zamanı Rusiya ordusu Qroznı uğrunda döyüşlərdə əsasən "Toçka" olmaqla 60-dan çox ballistik raket buraxıb. Belə raketlərdən biri şəhərin mərkəzi bazarına düşüb və 140-dan çox dinc sakin həlak olub. Hərçənd bazarda silah da satılırdı və həmin hissə zərər çəkməmişdi.

2008-ci ilin avqust müharibəsi zamanı Rusiya Gürcüstana qarşı 23 "Toçka" raketi tətbiq edib. Bu raketlər Poti, Qori, Raçu və Vaziani şəhərlərini vurub. Bəzi məlumatlara görə raketlər Vaziani aerportunda Gürcüstan təyyarələrini vurmuşdu. Ukrayna ordusunun sərəncamında 90 "Toçka" kompleksi var və onlar 2014–2015-ci illərdə Rusiyayönümlü separatçılara qarşı Donbassda gedən döyüşlərdə tətbiq olunub. 2015-ci ilin fevralında "Toçka" raketi Donetskdə kimya zavodunu vurmuşdu və o qədər güclü partlayış baş vermişdi ki, kilometrlərlə məsafədə evlərin pəncərələrinin şüşələri sınmışdı. Əvvəlcə bəzi mütəxəssislər səhvən hesab etmişdilər ki, bu, "Tülpan" minaatanın taktiki nüvə döyüş sursatının partlayışıdır. "Toçka" raketləri məhdud miqdarda AzərbaycanErmənistanda da var, onlar Qarabağda davam etməkdə olan münaqişənin gedişində tətbiq olunmağa hazırdır. Belarusda 36 "Toçka" kompleksi, Bolqarıstanda 18 kompleks olduğu məlumdur. Qazaxıstanda da "Toçka"lar var, ancaq sayları məlum deyil.

"Toçka" raketlərinin döyüş tətbiqi təcrübəsi göstərir ki, bu taktiki ballistik raketlər havada üstünlüyə və müasir HHM sistemlərinə malik olan rəqiblə döyüşdə belə ziddi zərər yetirə bilir.

9М79 (Toçka-U üçün — 9M79M)

müxtəlif tipli mərmi başlıqlı raketlər;

Atıçı qurğu 9P129 (9PП129М-1);

Nəqledici-yükləyici maşın 9Т218;

Nəqledici maşın 9Т238;

Avtomatlaşdırlımış nəzarət-sınaq maşını 9V819–1;

Texniki xidmət maşını 9V844;

Arsenal qurğusu komplekti 9F370–1.

İstehsalçı ölkə: SSRİ

İstehsalçı firma: Kolomen "Maşınqayırma konstruktor bürosu"

İstehsal tarixi: 1973-cü il

İstifadəyə verildiyi tarix: 1975-cı il

Ağırlığı: 2010 kq

Uzunluğu: 6,40 m

Burun hissəsinin diametri: 650 mm

Qanadlarının açılışı: 1.448 mm

İdarəetmə sistemi: Ətalət naviqasiyası və passiv radar qəbuledicisi

Döyüş başlığı: nüvə 10–50 kT, Qırıntılı, 50 Qırıntılı bomblettlər, aerosol bombası, SPBE-E hədəfi özüaxtaran kiçik güllələr.

Sürəti: 1100 metr/saniyə

Hazır vəziyyətə gətirilmə: 16 dəqiqə

Hədəfə çatma müddəti: 136 saniyə

Tətbiq məsafəsi: 70–185 km

Raket növləri: Birinci versiyası "9M79" – 70 km. Sonakı təkmilləşdirilmiş versiyası "9M79M" – 120 km. Tankəleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunmuş versiyası "9M79MKU" – 120–185 km. Radar qurğuları əleyhinə mübarizə aparmaq üçün passiv radar idarəetmə sistemi ilə təchiz olunmuş versiyası "9M79MP" – 120 km.

Vurma dəqiqliyi: 50–160 m

Raketin mühərriki: 1 pilləli bərk maye

Texniki məlumatlar

[redaktə | mənbəni redaktə et]
System OTR-21 Toçka OTR-21 Toçka OTR-21 Toçka OTR-21 Toçka
NATO-Kodu SS-21 Scarab-A SS-21 Scarab-B SS-21 Scarab-C SS-21 Scarab-B
Raket sistemi 9M79 9M79M 9M79MKU 9M79MP
İstifadəyə verildiyi il 1976 80-ci illər 90-cı illər 1983
Raketin mühərriki 1 Pilləli bərk maye 1 Pilləli bərk maye 1 Pilləli bərk maye 1 Pilləli bərk maye
Uzunluğu 6,40 m 6,40 m 6,40 m 6,40 m
Burun hissəsinin diametri 650 mm 650 mm 650 mm 650 mm
Qanadlarının açılışı 1.448 mm 1.448 mm 1.448 mm 1.448 mm
Çəkisi 2.000 kg 2.010 kg 1.800 kg məlum deyil
Mərmi başlığı Nüvə 10-50 kT,
Qırıntılı,
50 Qırıntılı bomblettlər
Nüvə 10-50 kT,
Qırıntılı,aerosol bombası,
50 Qırıntılı bomblettlər
SPBE-E Hədəfi özüaxtaran kiçik güllələr Nüvə 10-50 kT,
Qırıntılı,
50 Qırıntılı bomblettlər
Tətbiq məsafəsi 70 km 120 km 120–185 km 120 km
İdarəetmə sistemi Ətalət naviqasiyası Ətalət naviqasiyası Ətalət naviqasiyası Ətalət naviqasiyası və passiv radar qəbuledicisi
Vurma dəqiqliyi 160 m 95 m 50–100 m 45 m

Döyüşlərdə tətbiqi

[redaktə | mənbəni redaktə et]
  • 1994: Yəmən vətəndaş müharibəsində hökumət qüvvələri tərəfindən istifadə olunmuşdur.
  • 1999: Çeçen müharibəsində Rusiya ordusu tərəfindən istifadə olunub.
  • 2008: Cənubi Osetiya müharibəsində 8-11 avqust tarixlərində ən azı 15 ədəd "Toçka" raketi cəbhə xəttinə yerləşdirilib.
  • 2014: Donbass müharibəsində Donetsk şəhəri yaxınlığında istifadə olunub.
  • 2014: Suriyada dekabrın 14-də İdlib şəhəri yaxınlığında hökumət qüvvələri tərəfindən üsyançılara qarşı tətbiq olunub.
  • 20 avqust 2015: Yəməndə hökumət qüvvələri tərəfindən Səudiyyə Ərəbistanına aid bazaya atılıb.
  • 4 sentyabr 2015: Yəməndə hökumət qüvvələri tərəfindən Marib şəhərində yerləşən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın olduğu bazaya atılıb, nəticədə, bazada olan 100 nəfər hərbçi həlak olub.
  • 14 dekabr 2015: Yəməndə hökumət qüvvələri tərəfindən atılan raket Bab Əl Məndəbdə yerləşən, koalisiyaya aid bazaya düşüb, nəticədə, bazada olan 150 nəfər koalisiya hərbçisi həlak olub.
  • 31 yanvar 2016: Yəməndə hökumət qüvvələri tərəfindən atılan raket Lahc şəhərində yerləşən, koalisiya qüvvələrinə aid Al Anad bazasına düşüb, nəticədə, 140 nəfər həlak olub.
  • 26 aprel 2016: Suriya ordusunun atdığı raket Hələb şəhərində olan, üsyançıların olduğu Suriya Mülki Müdafiə Mərkəzinə düşüb.
  • 2 oktyabr 2020: Ermənistan ordusu tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə atılıb.
  • 11 oktyabr 2020: Ermənistan ordusu tərəfindən Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncəyə gecə vaxtı atılıb.
  • JANE'S STRATEGIC WEAPON SYSTEMS Edition 2003 Jane's Verlag
  • Landgestützte sowjetische/russische ballistische Lenkwaffen DTIG – Defense Threat Informations Group, Juli 2005
  • RUSSIA'S ARMS 2004 CATALOG Military Parade Publishing House
  • Bolt From the Blue – Russian land-based precision-strike missiles von Michal Fiszer und Jerzy Gruszczynski, März 2003
  • https://oxu.az/war/426992