Termos

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Termos

Termos, Balaca termos, Kiçik termos və ya Flask — İçindəki mayeni ətrafından daha isti və ya daha sərin saxlayan izolyasiya qabı.

İlk termos 1892-ci ildə Oksford universitetinin alimi Ceyms Dyuar tərəfindən icad olunmuşdur. 1904-cü ildə Dyuarın tələbəsi Reynald Berger və digər bir alman ixtiraçısı bu işin kommersiya əhəmiyyətini başa düşərək, termosun istehsalı ilə məşğul olan bir şirkət təsis etdilər. Həmin şirkətə ən yaxşı ad vermək məqsədilə keçirilən müsabiqədə Almaniyanın Münhen şəhərinin sakinləri qalib gəldilər. Şirkətə "Thermos" (yunanca "therme" "isti" mənasını verir) adı verildi. İstilik saxlayan cihaz da belə adlandırıldı. Eyni zamanda termosa Dyuar butulkası da deyilir.

  • İxtiralar və kəşflər. Altun Kitab, Bakı, 2007.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]