Terebint püstəsi
Terebint püstəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Terebint püstəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
[redaktə | vikimətni redaktə et]Aralıq dənizi, Mərakeş və portuqaliyada, Kanardan Suriya, Livan və İsrailə qədər olan ərazilərdə yaylımışdır.
Botaniki təsviri
[redaktə | vikimətni redaktə et]Hündürlüyü təxminən 5–10 m-ə çatan iri kol və ya kiçik ağacdır. Yarpağı tökülən ikievli bitkidir. Yarpaqların dəstədə sayı 3–9 olub, uzunluğu 10–20 sm, mürəkkəb, tək lələkvaridir. Çiçəkləri bircinsli, xırda, qırmızımtıl-bənövşəyi rəngli iri süpürgəyə yığılmışdır. Aprel ayında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr ayında yetişir. Çiçəkyanlığı sadə,2–6 xırda yarpaqdan ibarətdir. Meyvələri xırda, qırmızı rəngli, yetişdikdə qaralan şarşəkilli çəyirdəklidir. Toxum və pöhrələrlə çoxaldılır.
Ekologiyası
[redaktə | vikimətni redaktə et]Quraqlığa və şaxtayadavamlıdır. İşıq və istisevəndir. Dağların quru yamaclarında, işıqlı meşələrdə rast gəlinir.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Mərdəkan dendrarisində 1978-ci ildən introduksiya olunmuşdur.bakı şəhərində mədəni şəraitdə becərilir.
İstifadəsi
[redaktə | vikimətni redaktə et]Bitkinin üyüdülmüş və qovrulmuş meyvələrindən hazırlanan içki menengiç qəhvəsi (türk. menengiç kahvesi),[2] kürd qəhvəsi (kürd. قاوەی کوردی; Qehweya Kurdî; Qehweya Kezwanan)[3] adları altında tanınır.
Məlumat mənbəsi
[redaktə | vikimətni redaktə et]- Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1025.
- ↑ "Arxivlənmiş surət". 2024-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-09.
- ↑ "Arxivlənmiş surət". 2024-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-09.