Tengiz bəy Rumlu
Tengiz bəy Rumlu | |
---|---|
Doğum tarixi | XVI əsr |
Vəfat tarixi | 1613 |
Tengiz bəy Rumlu (ö. 1613) — Səfəvilər dövründə yaşamış tacir. Rumlu tayfasından olub, Şah Abbasın səfiri kimi İspaniyaya göndərilmişdi.
İspaniya səfəri
[redaktə | mənbəni redaktə et]1609-cu ildə Şah Abbas tərəfindən portuqal keşiş Antonio de Quvea[1] ilə birlikdə İspaniyaya Osmanlı imperiyasına qarşı ittifaq yaratmaq üçün göndərilmişdi. İspaniya kralına satılmaq üçün 100 top ipəklə yola salınmışdı. 1611-ci ildə İspaniya kralı III Filippin sarayına çatanda böyük bir anlaşmazlıq yaranmışdı - deyilənə görə satış üçün nəzərdə tutulmuş ipəyin yarısından çoxunu yolda öz xeyrinə satmışdı. Keşiş de Quvea çıxış yolu tapmaq üçün qalan ipəyi krala hədiyyə vermişdi. Ticarət anlaşması əldə olunsa da, heç vaxt reallaşdırılmamışdı. Bununla belə Tengiz bəyin xahişi ilə Antonio de Quvea Kirenaika yepiskopu və İsfahandakı ermənilərin vikarı təyin edilmişdi.
Səfərdən qayıdışı və ölümü
[redaktə | mənbəni redaktə et]1612-ci ilin martında Lissabondan hədiyyələrlə geri dönən Tengiz bəyə zireh və III Filippdən şəxsən xahiş etdiyi bir qılınc bağışlanmışdı. Bundan əlavə kral tərəfindən ona qızıl zəncir, qızıl qılınc, daş-qaşla bəzədilmiş kral portreti və üzəngi hədiyyə edilmişdi. Növbəti ilin yazında şahın sarayına çatan səfirin edamı əmr edilir. Gözlənilməyən edam əmrinin əsas səbəbi kimi Şah Abbasın onun yanında bir casus yerləşdirməsi və casusun şaha səfərlə bağlı məruzəsi göstərilir. Başqa mənbələrin dediyinə görə Tengiz bəy səfarət qrupuna pis davranmış, bəzi şəxslər buna görə İspaniyada qalaraq xristianlığa keçmişdir. Bundan əlavə ipəyin satılmaması və hədiyyə kimi verilməsi də şah tərəfindən itaətsizlik kimi görünmüşdü. 1613-cü ildə edam edilən Tengiz bəyin ölümünün dəqiq səbəbləri tam bilinmir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Matthee, Rudi (2002). "GOUVEA, ANTONIO DE"http://www.iranicaonline.org/articles/gouvea-antonio-de Arxivləşdirilib 2022-06-21 at the Wayback Machine
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Blow, David (2009). Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend. I.B.Tauris. ISBN 978-0857716767.
- Butler, John Anthony (2012). Travels in Africa, Persia, and Asia the Great, by Sir Thomas Herbert. ACMRS Publications. ISBN 978-0866984751.
- Flood, Finbarr Barry; Necipoglu, Gulru, eds. (2017). A Companion to Islamic Art and Architecture (Vol. 1). John Wiley & Sons, Inc. səh 955. ISBN 978-11