Ted Bandi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ted Bandi
ing. Theodore Robert Bundy
Doğum adı Theodore Robert Cowell
Doğum tarixi
Doğum yeri Burlinqton, Vermont
Vəfat tarixi (42 yaşında)
Vəfat yeri Bradford, Florida
Vəfat səbəbi edam edilmişdir
Dəfn yeri
  • Kaskad sıra dağları[d]
Vətəndaşlığı
Qətllər
Qurbanların sayı 30 – 45+
Qətllərin dövrü 1974 - 1978
Qətllərin yeri Vaşinqton, Yuta, Florida
Qətl üsulları Boğma və başa küt alətlə zərbə vurma
Həbs tarixi 16 avqust, 1975 və 30 dekabr, 1977
Cəzası Elektrik stulu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ted Bandi (ing. Theodore Robert Bundy; 24 noyabr 1946[1][2][…], Berlinqton[d], Vermont[3]24 yanvar 1989[1][2][…], Florida Dövlət Həbsxanası[d], Florida) — Amerikalı seriyalı qatil, nekrofil və təcavüzkar. Bandi 1974–1978-ci illər arasında ABŞ-nin müxtəlif şəhərlərində çoxlu sayda gənc qadını öldürmüşdür. Qurbanlarının dəqiq sayı bilinməyən Bandi 10 il ərzində törədikləri cinayətləri inkar etmişdir. Ancaq təkzib olunmaz faktlardan sonra 30-dan çox cinayəti törədiyini qəbul etmişdir. Ted Bandi Amerika seriyalı qatillərinin arasında ən məşhuru hesab olunur və seriyalı qatil termini də ilk dəfə olaraq Bandinin məhkəməsi zamanı işlədilmişdir. Ted Bandi xarici görkəmi ilə qadınları kimsəsiz ərazilərə gətirir, onları zorlayır, ölümcül şəkildə döyür, sonda isə cəsədlərini zorlayaraq parçalayırdı.

Ted Bandi 24 noyabr 1946-cı ildə ABŞ-nin Vermont ştatının Burlinqton şəhərində anadan olmuşdur. Anası Eleanor Luis Kouel satıçı işləyirdi. Atasının kim olması barədə dəqiq məlumat yoxdur. Bandi doqquz yaşına qədər anası və babasının yanında, ailə mülklərinin yerləşdiyi Filadelfiyada yaşadı. Qohumları Bandinin ruhi xəstə olduğunu hesab edirdilər. Elenor Luis Kouel, atası olmayan uşağın cəmiyyətdə mənfi qarşılanmasında qorxduğu üçün Bandini öz oğlu kimi yox qardaşı kimi təqdim edirdi. Bəzi mənbələrə görə Bandi uşaqlıq və gənclik illərinə qədər özüdə bu iddiaya inanmışdır. Bandi və anası Vaşinqton ştatında yaşayan xalasının yanına köçürlər. Elenor Luis qısa müddət ərzində xəstəxanada aşpaz olan Con Kulper Bandi ilə tanış olur və onunla evlənir.

Ted Bandi orta təhsilini Vilson orta məktəbində almışdır. Dərslərini yaxşı oxuyan Bandi, hər zaman müəllimlərinin sevimli şagirdi olmuşdu. O, hətta məktəbin yaxınlığında yerləşən medodist kilsəsi üçün bir müddət könüllü fəaliyyət göstərmişdir. Bandinin orta məktəbdə olan şənliklərə getmədiyi və məktəbdən heç kimlə dostluq etmədiyi məlumdur. Bandi məktəbi bitirdikdən sonra oğurluq və dələduzluq kimi xırda cinayətlər törətməyə başlayır. Gənc yaşlarında seks və şiddət görüntülərinə qarşı böyük marağı olan Bandi, daxilində olan mənin bu dövrdən etibarən dəyişdiyini söyləmişdir. Bandi xarici görünüş baxımdan bir çoxlarının diqqətini cəlb edirdi. Xarici görünüşünün baxımlı olması ona yeni sevgililər tapmasını daha da asanlaşdırırdı.

Ted Bandi Vaşinqton ştatında ABŞ Respublikaçılar Partiyasına qoşulur. Sietl şəhərində kriz mərkəzində depressiv vəziyyətdə olan şəxslərə telefonla məsləhətlər verməyə başlayır. Həmin mərkəzdə birlikdə işlədikləri iş yoldaşı An Rul şəhərdə baş verən cinayətlər barədə müntəzəm şəkildə məqalələr yazırdı. An Rul hətta bəzi məqalələrin hazırlanmasında Bandinin fikirlərinidə öyrənmişdir. An Rul yalnız bir neçə ildən sonra həmin qatilin Bandi olduğunu öyrənmişdir. An Rul sonralar Ted Bandi haqqında yazdığı kitabında Bandinin Stefan Broks adlı bir qadınla birlikdə olduğunu Bandidə cinsi zəiflik olması səbəbindən çütlük arasında ki, münasibətin iki ildən sonra bitdiyini yazmışdır.

Bir neçə ildən sonra Bandi yenidən Stefan ilə münasibətlərini bərpa etmiş və ona evlənmək təklifi etmişdir. Stefan Broks təklifi qəbul etmiş, ancaq evlənmə təklifindən iki gün sonra Bandi qadını tərk etmişdir. Bu son ayrılıqdan qısa müddət sonra Bandi üç il davam edəcək cinayətlər seriyasına başlamışdır. An Rulun iddasına görə Ted Bandi Stefan Broksa bənzəyən qadınları seçmiş və onları öldürmüşdür.

Ted Bandinin törədiyi cinayətlərdə istifadə etdiyi 1968-ci istehsalı Volkswagen Betl.

An Rul və istefada olan polis məmuru Robert Kepelin ümumi fikirlərinə əsasən Bandi ilk cinayətini yeniyetməlik dövründə törətmişdir. Taxoma şəhərində 8 yaşlı qızın itməsi şəhərdə böyük həyəcana səbəb oldu. Həmin hadisə zamanı Ted Bandi 15 yaşıda idi və anası ilə birlikdə Taxoma şəhərində olmuşdur. Bandinin rəsmi şəkildə qeydiyyata alınmış ilk cinayəti isə 1974-cü ildə 27 yaşında olarkən törətmişdir. 4 yanvar, 1974-cü ildə Vaşinqton Universitetinin tələbəsi 18 yaşlı Con Lensin zirzəmidə yerləşən otağının açıq pəncərəsindən daxil oldu. Bandi yatmış vəziyyətdə olan Lensi ağac parçası ilə amansız şəkildə döydü. Daha sonra isə intim əlaqə zamanı istifadə olunan əlatlərlə ilk qurbanını zorlamağa başladı. Ted Bandi qurbanını bir müddət zorladıqdan sonra yenidən döymüş və hadisə yerindən qaçmışdır. Con Lensi hadisə nəticəsində ölməsə də ağır beyin travması aldı və ömürlük şikəst qaldı.

Bandinin ikinci qurbanı Vaşinqton Universitetinin sonuncu kurs tələbəsi olan Linda An Hili olmuşdur. 31 yanvar 1974-cü ildə Bandi, Hilinin yataq otağına daxil oldu. Qurbanını ölümcül döydükdən sonra, Lindanı soyundurdu və ona özü ilə gətirdiyi, əsasən yüngül əxlaqlı qızların geyindiyi paltarlardan geyindirdi. Bandinin bu müddət ərzində masturubasiya ilə məşğul olduğu ehtimal olunur. Daha sonra qurbanını parçaya sarımış və özü ilə birlikdə aparmışdır. Linda An Hilinin cəsədinin qalıqları Sietl şəhərinin şərqində yerləşən dağlarda, hadisədən bir il sonra aşkar edilmişdir. Ted Bandi 1974-cü ilin yanvar və iyun ayları arasında Vaşinqton ştatının müxtəlif ərazilərində ən azı səkkiz qadını aldadaraq özü ilə aparmış və daha sonra amansızlıqla öldürmüşdür.

Ted Bandi xarici görünüşü baxımından cəlbedici olması çoxlu sayda cinayət törətməsinə səbəb olmuşdur. Bandi eyni zamanda sadə bir eynək və ya plaşla öz görünüşünü asanlıqla dəyişdirə bilirdi. O, bu xüsusiyyətinə görə buqələmun adlandırılmışdır. Bandi Vaşinqtonda ələ keçəcəyindən qorxub hüquq təhsili almaq adı ilə Solt Leyk Siti şəhərinə getdi. Bandi cinayətlərini bu şəhərdədə davam etdirdi. Bandinin Solt Leyk Siti şəhərində ki, ilk qurbanı Melissa Smit adlı azyaşlı qız olmuşdur. Bandi onu təcavüz etdikdən sonra boğmuşdur. Melisanın cəsədi doqquz gündən sonra tapılmışdır. Bandinin bir başqa qurbanı 17 yaşlı Luara Eim olmuşdur. Laura Eim Hellovin şənlikləri əsnasında itmiş, cəsədi itdikdən bir ay sonra çay kənarında tapılmışdır.

İlk məhkəməsi və Bandinin həbsdən qaçması

[redaktə | mənbəni redaktə et]
Ted Bandi Mayamidə

8 noyabr 1974-cü il tarixində Bandi Yuta ştatının Murrey şəhərində yerləşən bir ticarət mərkəzindən çıxan Karol Danrok adlı qadına polis geyimində yaxınlaşdı. Bandi Danroka özünü polis əməkdaşı kimi təqdim etdi və Karola məxsus maşının az əvvəl qaçırılmağa cəhd göstərildiyini bildirdi. Bandi və Karol maşının gəldikdə hər şeyin qaydasında olduğunu gördülər. Bandi maşından heç bir əşyanın oğurlanmamsına baxmayaraq Karolu onunla birlikdə polis bölməsinə getməyə dəvət etdi. Karol Bandinin maşınına minərkən ondan şüphələndi və anidən özünü maşından bayıra ataraq hadisə yerindən qaçdı. Həmin Karol polisə getmiş və Ted Bandinin fotorobotunun çıxarılmasında iştirak etmişdir.

Karol eyni zamanda Bandiyə məxsus avtomobilin markasını və nömrəsinidə polisə dedi. 1975-ci ilin 16 avqust tarixində Bandi həbs edildi. Karol Bandi ilə qarşılaşma zamanı onu dərhal tanıdı və 1 mart, 1976-cı ildə Danroku qaçımaqda günahkar bilinən Bandi 15 il müddətinə azadlıqdan məhrum edildi. Polis törədilən digər cinayətlərdə Ted Bandidən şübhələnirdi, ancaq orada da hələki bir sübut yox idi. 7 iyun 1977-ci ildə Bandi Kolorado ştatının Pitkin Kounrti ərazisinə növbəti məhkəmə prosesi üçün göndərildi. Bandi məhkəmə prosesinin fasiləsində kitabxanaya getmək üçün icazə aldı və ikinci mərtəbənin pəncərəsindən tullanaraq qaçdı. Bandi hündür ərazidən tullandığı üçün ayağının bilək hissəsini əzmişdi bu səbəbdən uzağa gedə bilmədi və bir həftə sonra təkrar həbs olundu.

Bandi həbsxanada məhkəməsini gözləyərəkən yenidən qaçmışdır. Həbsxanadan tapdığı dəmir mişar ilə saxlanıldığı kameranını divarında dəlik açmış və 30 oktyabr 1977-ci ildə həbsxanadan ikinci dəfə qaçmışdır. Bandi yolda tapdığı ilk maşını qaçıraraq yola düşdü.

Ted Bandi ikinci dəfə həbsxanadan qaçan vaxt yanına gələn dostlarından aldığı 500 dollarla Çikaqo şəhərinə bir nəfərlik bilet aldı. Daha sonra isə dəmiryolu ilə Çikaqodan Miçiqan ştatına getdi və burada bir maşın oğurladı. Maşını Atlanta şəhərində atıb qaçdı. Bandi Floridaya getmək üçün Talahase şəhərinə gedən avtobusa mindi. 1978-ci ilin yanvar ayında yatmış vəziyyətdə olan iki qadını bita ilə döyərək öldürdü, iki qızı isə ağır şəkildə yaraladı. 1978-ci ilin 9 fevral tarixində Leyk Siti şəhərinə getdi. Burada 12 yaşlı Kimerli Linçi qaçıraraq öldürdü. Kimerli Ted Bandinin son qurbanı olmuşdur. 15 fevral tarixində Bandi Pensakola şəhərinə gedərkən polis tərəfindən saxlanıldı. Maşının oğurluq olduğu məlum olandan sonra Bandi həbs olundu. İlkin dindirmə zamanı Bandi bir neçə cinayəti etiraf etdi və Pensakoladan Mayami şəhərinə göndərildi.

Məhkum olunması və edamı

[redaktə | mənbəni redaktə et]

İkinci dəfə başlayan məhkəmə 1979-cu ilin 25 iyun — 29 iyul tarixlər boyunca davam etdi. Bandiyə vəkil ayrılsada o özü özününü müdafiə etmiş və vəkildən imtina etmişdir. Hakim Edvard Kovart məhkəməyə təqdim olunan sübutları, hadisə şahidlərinin ifadələrini qəbul etdi və Ted Bandini elektrik stolunda edam edilməsi qərarını verdi. Məhkəmə prosesləri davam edərəkən Bandi Karol An Bon ilə məhkəmə salonundaca evləndi. Proses müddətində Ted Bandi öz fanatlarından yüzlərlə açıqca və məktub almışdır.

Hakim Edvard Kovart edam qərarının açıqlayarkən bu fikirləri söyləmişdir:

" Edam olunmanız barədə ümumi qərar qəbul edilmişdir. Ölənə qədər bədəninizə elektrik veriləcəkdir. Cavan oğlan, özünüzü qoruyun. Bunu sizə səmimi şəkildə söyləyirəm, özünüzü qoruyun. Bu anda insanlığın bu şəkildə məhv olmasına şahidlik etmək, bir vətəndaş kimi mənim və eyni zamanda bu zalda oturanlar üçün dəhşətdir. Savadlı, gənc bir adamsınız. Yaxşı bir vəkil ola bilərdiniz, sizi mənimlə birlikdə işləyərkən görmək məni sevindirərdi, ancaq siz səhv yolu seçdiniz. Özünüzü qoruyun, sizə qarşı heç bir kinimin olmadığını bilməyinizi istəyirəm. Özünüzü qoruyun. "

1982-ci ildə An Bon və Ted Bandinin qız övladları dünyaya gəldi. Ancaq sonralar Bon Bandidən boşanmış, özününü və qızının soyadının dəyişdirmişdir. Ted Bandi Florida Dövlət Həbsxanasına göndərildi və burada öz ölüm sırasının gözdəməyə başladı. Bandi həbsdə olarkən bir çox cinayətin açılmasında FBİ agentlərinə köməklik etmişdir. Ted Bandi edam edilməsindən bir gün əvvəl verdiyi müsahibəsində vəziyyətin bu həddə gəlməsində cəmiyyətdə olan zorakılıqları göstərmişdir. Bandi edam günün səhərisi yüngül səhər yeməyi yedi. 1989-cu ilin 23 yanvar tarixində saat 7:06 Ted Bandi elektrik stolunda Kimerli Linç cinayətinə görə edam edildi. Bandinin son sözləri Ailəmə və dostlarıma sevgilərimi çatdırın oldu.

  1. 1 2 Jenkins J. P. Ted Bundy // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Ted Bundy // GeneaStar.
  3. Catalog of the German National Library (alm.).
  • The Stranger Beside Me, Ann Rule, W. W. Norton, 2000, ciltli, 456 sayfa, ISBN 0-393-05029-7 20. yıl yeni baskısı
  • Bundy: The Deliberate Stranger, Richard W. Larsen, 1980, ciltli, ISBN 0-13-089185-1
  • The Phantom Prince, Liz Kendall
  • The Only Living Witness, Stephen Michaud ve Hugh Aynesworth, Authorlink 1999, 344 sayfa. ISBN 1-928704-11-5
  • The Riverman: Ted Bundy and I Hunt for the Green River Killer, Robert Keppel, 1995, ciltli , 448 sayfa, ISBN 0-09-472210-2
  • Ted Bundy: Conversations with a Killer, Stephen Michaud ve Hugh Aywnesworth
  • Defending the Devil: My Story as Ted Bundy's Last Lawyer, Polly Nelson
  • Seri Katiller, Fikret Topallı (2006), ithaki yayınevi, 400 sayfa, ISBN 975-273-237-2

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]