Tecime
Tecime (手締め?) və ya teuçi (手打ち?) – Yaponiyada tədbirin sonunda ritmik əl çalmaq adəti. Tədbirin problemsiz başa çatdığını bildirmək üçün yerinə yetirilir. Festivallarda, mərasimlərdə, işgüzar görüşlərdə və ümumi görüşlərdə istifadə olunur.
Xüsusiyyətlər
[redaktə | mənbəni redaktə et]Tecime adətinin əsas məqsədi tədbirin uğurla başa çatmasından ötrü iştirakçılara təşəkkür etməkdir.[1] Ona görə də tecimeni tədbiri təşkil edən şəxs aparır.[1] Bu adətin şintoizmdə mövcud olan kaşivade adətindən yarandığı güman olunur.[2] Kansay regionunda tecime əvəzinə teuçi sözü daha çox işlədilir.[1]
Tecime səsi "şan-şan" ilə ifadə olunur.[1] Soğrusuz-sualsız və qısa müddətdə başa çatan şirkət görüşlərini lağa qoymaq üçün "şan-şan görüşü" ifadəsindən istifadə olunur.[1]
Üslublar
[redaktə | mənbəni redaktə et]Tecimenin bir neçə üslubu var.[1] Edo-cime və Osaka-cime əsas tecime üslubları olsa da, Edo-cime ən çox istifadə olunan tecime hesab olunur.[1] Edo-cimenin ippon-cime və sanbon-cime kimi iki növü var.[1] İppon-cime üç dəfə üçlük əl çalmadan və axırda tək əl çalmadan ibarətdir (3-3-3-1).[1] Üç dəfə üçlük əl çalmaq "doqquz" heroqlifini (九), axırda bir əl çalma isə "dairə" heroqlifini (丸) əmələ gətirir.[1] Bu isə dostluq içərisində oturmağı təmsil edir.[1]
Sanbon-cime üç dəfə yerinə yetirilən ippon-cimedən ibarətdir.[1] Əl çalmalar arasında "iyoo", "yo", "moiçho" kimi nidalar səsləndirilir.[1] İppon-cimenin bir növü içço-cime adlanır.[1] Bu, bəzən Kanton ippon-cime adlandırılır.[1] İçço-cime sadəcə bir əl çalmadan ibarətdir.[1]
Yaponiyanın digər regionlarının özünəməxsus tecime üslubları mövcuddur.[1] Fukuoka şəhərində keçirilən Hakata-Qion Yamakasa festivalında yerinə yetirilən tecime Hakata teippon adlanır.[1] Hakata teippon Fukuoka birja bazarının açılış və bağlanış mərasimlərində və yerli mərasimlərdə də yerinə yetirilir.[1] Date no ippon-cime isə Date Masamune ilə əlaqədar yaranmış tecime üslubudur.[1] Date Masamune "üç əyalətin ən yaxşı komandiri" hesab edildiyi üçün bu tecime üç və bir əl çalmadan ibarətdir ("üç əyalət, bir komandir").[1] Bu tecime ilk dəfə Masamunenin qızı Şahzadə İrohanın toyunda və Hasekura Tsunenaqanın Avropaya gedişi zamanı yerinə yetirilmişdir.[1] Hazırda isə Senday şəhərində populyardır.[1]
Tokionun Tama rayonunda, Saytama prefekturasının qərbində və Qunma prefekturasının qərbində tecimenin unikal formaları yerinə yetirilir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z). Tokio: Kodansha. 1983. səh. 16. ISBN 0-87011-628-2. İstifadə tarixi: 7 oktyabr 2022.