T1 (kiberidman)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
T1
Klubun loqosu.
İdmankiberidman
Yaranma tarixi13 aprel 2004
RegionCənubi Koreya
Rənglər             ağ-qırmızı-qara
CEOCo Marş
BölmələrLeague of Legends, Valorant
Sayt

"T1"nın "League of Legends" komandası dünyanın ən uğurlu komandalarından biri hesab olunur: 5 dəfə dünya çempionu (2013, 2015, 2016, 2023, 2024), 10 dəfə Cənubi Koreya çempionu və 2 dəfə Mövsüm Ortası Turnirinin (2016, 2017) qalibi olmuşdur.

"T1" klubunun əsası 2002-ci ildə "StarCraft" oyunçusu Lim "BoxeR" Yo-hvan tərəfindən "Team Orion" adı ilə yaradılmışdır. 2003-cü ilin dekabrında klub "4 Union" adlanmışdır.[1] 13 aprel 2004-cü ildə Cənubi Koreyanın simsiz telekommunikasiya şirkəti "SK Telecom" komandanın sponsoru olmuş və komandanın adı "SKT T1" olmuşdur.[2][3]

Klubun müxtəlif vaxtlarda "Heartstone", "PUBG", "Fortnite", "Apex Legends", "Dota 2" komandaları olmuşdur.[4][5][6] 2019-cu ilin oktyabrında komanda rebrendinq edərək "T1" adını almışdır. 9 mart 2020-ci ildə "Valorant" komandası yaradılmışdır.[7]

League of Legends

[redaktə | mənbəni redaktə et]
"T1" 2015-ci ildə dünya çempionluğu titulunu qeyd edərkən.
Faker.

"T1"nın "League of Legends" komandası 13 dekabr 2012-ci ildə "Eat Sleep Game" klubunun heyəti əsasında yaradılmışdır. Komanda qatıldığı ilk dünya çempionatında qalib olsa da,[8] 2014-cü ildəki turnirə vəsiqə qazana bilməmişdir. 2015-ci ildə keçirilmiş dünya çempionatında 15 qələbə və 1 məğlubiyyətlə növbəti çempionluğu qazanmışdır.[9]

Cənubi Koreya çempionatında 2016-cı ilin yay splitində 3-cü yeri tutsa da, dünya çempionatına vəsiqə qazanmışdır. Dünya çempionatında finala qədər irəliləyərək "Samsung Galaxy" komandasına 3–2 hesabı ilə qalib gəlmiş və 3-cü dəfə dünya çempionu olmuşdur.[10][11] Faker turnirin ən dəyərli oyunçusu seçilmişdir.[12]

2022-ci ildəki dünya çempionatında finala qədər irəliləmiş, lakin "DRX" komandasına 2–3 hesabı ilə uduzmuşdur.[13] 2023-cü ildə keçirilmiş dünya çempionatında finalda "Weibo Gaming" klubuna 3–0 hesabı ilə qalib gələrək 4-cü dünya çempionluğunu qazanmışdır.[14] 2024-cü ildə keçirilmiş dünya çempionatında finalda "Bilibili Gaming" klubuna 3–2 hesabı ilə qalib gələrək 5-ci dünya çempionu olmuşdur.[15]

T1 "League of Legends" heyəti
Oyunçular Məşqçilər
Rol Ləqəb Ad Ölkə
Üst  Zeus  Çuhve Vu-ce    Cənubi Koreya 
Meşə  Oner  Mun Hen Çjun    Cənubi Koreya 
Orta  Faker  Li San Hyok    Cənubi Koreya 
Alt  Gumayusi  Li Min Hen    Cənubi Koreya 
Dəstək  Keria  Ryu Min Sok    Cənubi Koreya 
Baş məşqçi

Kim "kkOma" Çon Qyun

Köməkçi məşqçi(lər)

İm "Tom" Çje Hen
Kim "Roach" Kan Hyue


Legenda:
  • (Q) Qeyri-aktiv
  • (Ç) Çıxarılıb
  • Ehtiyat oyunçu Ehtiyat
  • Zədəli Zədə / Xəstəlik
  

Ən son heyət tarix: 3 may 2024.

  1. 游戏开发之旅:初入游戏职场的必修课 (çin). Beijing Book Co. Inc. July 1, 2017. ISBN 978-7-121-32029-3. March 25, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
  2. Jin, Dal Yong. Korea's Online Gaming Empire (ingilis). MIT Press. October 1, 2010. səh. 95. ISBN 978-0-262-28896-5. March 25, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
  3. e스포츠, 나를 위한 지식 플러스 (koreya). 넥서스BOOKS. August 21, 2017. ISBN 979-11-6165-103-3. March 25, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
  4. Lee, Si-hoon. "SKT T1, 하스스톤 프로게임단 공식 창단! '서렌더'-'식소'-'호이' 영입". 인벤 (koreya). July 30, 2018. March 26, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
  5. Oak, Yudae. "SK Telecom T1 Announces Their New PUBG Team". InvenGlobal (ingilis). August 13, 2018. March 26, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
  6. "Comcast Spectacor, SK Telecom launch T1". ESPN (ingilis). Reuters. October 15, 2019. February 24, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
  7. Geracie, Nick. "TSM joins Cloud9, Ninjas in Pyjamas & T1 in the hunt for VALORANT players". InvenGlobal (ingilis). April 20, 2020. March 26, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
  8. "League Of Legends' Best Team Streamrolls Yet Another Challenger". Kotaku (ingilis). March 7, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
  9. Dyer, Mitch. "Worlds: How SK Telecom T1 Won the 2015 League of Legends Championship". IGN (ingilis). November 2, 2015. March 6, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
  10. "Worlds: SKT clinches third world championship 3-2". ESPN.com (ingilis). 2016-10-30. March 21, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
  11. Joshtaylor. "Worlds 2016: SKT Make It A Repeat". Dot Esports (ingilis). 2016-10-30. March 7, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
  12. Lam, Kien. "SK Telecom T1 wins World Championship again". LoL eSports. Riot Games. October 31, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
  13. Scales, Kali. "DRX Defeats T1 to Win Worlds 2022". Esports Illustrated. November 6, 2022. March 25, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
  14. Stubbs, Mike. "T1 Wins The 'League Of Legends' World Championship For A Fourth Time". Forbes (ingilis). November 19, 2023. November 19, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
  15. "T1 win Worlds 2024 final as Faker secures fifth title and 14,700 fans fill London's O2 Arena". Esports News (ingiliscə). 2 noyabr 2024. İstifadə tarixi: 2 noyabr 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]