Tərəvəzçilik
Naviqasiyaya keç
Axtarışa keç
Tərəvəzçilik — insanı qiymətli qida məhsulları və konserv sənayesini xammalla təmin edən bitkiçiliyin ən mühüm sahələrindən biri.
Tərəvəzçiliyin inkişafında iri fermer təsərrüfatları ilə bərabər şəxsi həyətyanı sahələrdə becərilən məhsullarda mühüm rol oynayır. Ancaq qeyd edək ki, iri fermer təsərrüfatlarında daha ucuz tərəvəz becərilir, yüksək əmək məhsuldarlığına nail olurlar. Tərəvəzçiliyin inkişafında istixanalar əvəz edilməzdir. Belə ki, ilin soyuq fəsillərində Respublika əhalisini tərəvəzlə təmin edilməsi üçün istixanalarda müxtəlif tərəvəzlər becərilir.
Tərəvəz yetişdiriciləri badımcan, bibər, kartof, pomidor, qarpız, sarımsaq, soğan, və xiyar kimi tərəvəz yetişdirirlər.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Tərəvəzçilik". 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.