Türyançay Dövlət Təbiət Qoruğu
Türyançay Dövlət Təbiət Qoruğu | |
---|---|
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 12,63 ha |
Yaradılma tarixi | 6 may 1958 |
İdarəetmə orqanı | AETSN |
Çaylar | Türyançay və Alıcançay |
Florası | palıd, qarağac, qovaq, qızılağac |
Faunası | qonur ayı, qaban, meşə pişiyi, porsuq, dovşan, kəklik, qırqovul |
Yerləşməsi | |
40°46′09″ şm. e. 47°24′54″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Yevlax |
Yaxın şəhər | Ağdaş, Yevlax |
|
|
|
Türyançay Dövlət Təbiət Qoruğu — 1958-ci il mayın 6-da Ağdaş və Yevlax rayonlarının ərazisində dəniz səthindən 400 – 650 m. hündürdə təşkil olunmuşdur. Ümumi sahəsi 22488-ha – dır və burada təbii landşaft (mənzərə) bərpa olunur və qorunur. Böyük Qafqazın cənub ətəyində Bozadağın ərazisində yerləşir. Qərbdən şərqə-35 km, şimaldan cənuba 5 km davam edir. Qoruğun ərazisində 60-dan çox ağac növü mövcuddur. Qoruqda bitən ardıc və dərman bitkisi kimi "Qırmızı kitaba" düşmüşdür. Müasir faunaların 200-ə yaxın növünə rast gəlinir.[1] Bu mənada püstə ağacı meşələrinə, ardıc kolluğuna, heyvanlar aləminə, torpaqların aşılaşmasına (eroziya) və Bozdağın (Turyançay və Əliciançay çaylarının arasında) təbii mənzərəsinə diqqəti nəzərə almaq lazımdır. Boz dağın tərkib hissəsini kiçik təpələr təşkil edir. Dağın cənub sahələrində torpaqlar erroziyaya uğramışdır və bitki aləmi, demək olar ki, yoxdur.
İqlimi mülayim-isti, qışda qurudur. Qoruq sahəsinin 73%-ni meşə zolaqları təşkil edir, qalan sahələr meşəsizdir. 4 növ ardıc kolları mövcuddur. Vaxilə kəsilmiş, doğranmış ağacların sahəsində yovşan, dənli bitkilər, çoxillik və cürbəcür ardıc kolluqları, palıd, qarağac, qovaq ağacı, qızılağac, söyüd ağacı, iydə ağacı, doqquzdon kolu və başqa bitkilər yetişdirilmişdir. Qoruğun sahəsində 60 növ ağac və kolluqlar mövcuddur. Qoruğun heyvanlar aləmi sayca az olsa da, tərkibi çox müxtəlifdir. Burada 24 növ məməlilər, 20 növ sürünənlər, 112 növ quşlar, 3 növ suda-quruda yaşayan heyvan mövcuddur. Müsbət halların çox olmasına baxmayaraq, bir çox növlər: adi nar, cır üzüm, qonur ayı, qaban, meşə pişiyi, porsuq, dovşan, kəklik, qırqovul, müşkül quşu, keçəl kərkəs, gürzə ilanı Qırmızı kitaba salınmışlar.
Üçüncü dövrün relikt ağac cinsi olan ardıcın Azərbaycanda 6 növü vardır, onun da 4 növü Türyançay Dövlət Təbiət Qoruğunun ərazisində yayılmışdır. Bir hektar ardıc meşəsi 10-15 min əhalisi olan sənaye şəhərinin havasını təmizləmək gücünə malikdir. Yuxarıda adıçəkilən meşələrin qorunmasında qoruğun yaradılmasının əhəmiyyəti əvəzsizdir. Qoruqda sürünənlərin 10 növü, quşların 95 növü, məməlilərin 14 növü qeydə alınmışdır. Burada çöl donuzu, qonur ayı, cüyür, vaşaq, porsuq, dələ, tülkü, dovşan, məməli vəhşi və çöl heyvanları məskunlaşmışdır. Qış aylarında Böyük Qafqazın yamaclarının sərt hava şəraiti, qalın qar örtüyü heyvanların nisbətən aşağı dağlıq sahələrə, xüsusi ilə qoruğun ərazisində toplaşmağa məcbur edir. Qış aylarında qoruğun ərazisi heyvanların ən əlverişli qışlaq yeridir. Bu da heyvanların həyatının təhlükəsizliyini təmin edir və artmasına şərait yaradır.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Məzahir Təhməzov.Ensiklopedik məlumatlar. Toponimlər, fotoşəkillər, xəritələr.
- ↑ "Ağdaş rayonu qoruqları". 2017-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-22.
Mənbə
[redaktə | mənbəni redaktə et]Biologiya lüğəti. Bakı,2011, səh.435
- QORUQLAR (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanası)
- Qoruqlar Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine