33°53′34″ şm. e. 35°30′58″ ş. u.HGYO

Sursok muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sursok muzeyi
ərəb. قصر سرسق
Xəritə
Əsası qoyulub 1961
Açılış tarixi 1961
Mövzu Müasir incəsənət muzeyi
Ölkə
Yerləşir Livan, Beyrut
Kolleksiyası 5 000
Direktor İbrahim M. Beyxum
33°53′34″ şm. e. 35°30′58″ ş. u.HGYO
sursock.museum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sursok muzeyi - Livanın paytaxtı Beyrutda müasir incəsənət muzeyi. Muzey Beyrutun Əşrəfiyyə rayonunda tarixi Ru Sursok küçəsində yerləşir. Bu küçədə XVIII əsrdə Sursoklar və Bustroslar ailələri tərəfindən əzəmətli binalar inşa edilmişdir.

Sursok muzeyinin binası italyan və xüsusilə VenesiyaOsmanlı arxitektyrasının güclu təsiri altında olan Livan arxitekturasının ən gözəl nümunələrindən biridir. Beyrutun zadəgan dairəsi içərisində daha çox müvəffəqiyyət qazanan varlı Nikola Sursok XIX əsrin sonlarında bu muzeyin binasını öz villası kimi tikdirmişdi. 1961-ci ildə vəfat edən Nikola Sursok öz villasını Beyrut şəhərinə vəsiyyət etmişdir [1]. Onun arzusuna uyğun olaraq villa muzey kimi yenidən qurulmuşdur [2].

Muzey 1961-ci ildə müasir Livan rəssamlarının əsərləri ilə öz qapılarını tamaşaçılar üçün açdı. Bu hadisə Livanın mədəni həyatında böyük əks-səda doğurdu [3]. Bu günədək muzeydə Livan və xarici ölkə rəssamlarının əsərlərindən ibarət yüzdən çox sərgi təşkil edilmişdir. Muzeyin kolleksiyası Yaponiya qravürləri və islam incəsənətinin nümunələri ilə daha da zənginləşdirilmişdir [4].

Muzeyin genişləndirilməsi

[redaktə | mənbəni redaktə et]
Sursok muzeyinin mərmər pilləkənləri

Muzeyi genişləndirmək məqsədilə Fransa arxitektoru Jan-Mişel Vilmott və Livan arxitektoru Jak Əbu Xalid layihə hazırlamışlar [5]. Layihəyə əsasən muzeydə 12 milyon ABŞ dolları həcmində 4 yeni yeraltı mərtəbə və bağça tikilməsi planlaşdırılmışdır [6]. Bu genişləndirmə işləri muzeyin sahəsinin 2 000 kv. metrdən 7 000 kv. metrədək genişləndirilməsinə, yeni sərgi zallarının, kitabxananın, kitab mağazasının və musiqi otaqlarının təşkilinə imkan yaratdı [7]. Layihənin həyata keçirilməsi 2012-ci ildə başa çatdırılmışdır [8].

Muzey kolleksiyası

[redaktə | mənbəni redaktə et]

Muzeyin kolleksiyasında XVIII-XX əsrlərə aid 5 000-dən artıq rəssamlıq, heykəlrəraşlıq, keramika əsərlərindən, ikonalardan, şüşədən hazırlanmış nümunələrdən ibarət eksponat yer almışdır [6]

  1. "Daratalfunun.org". 2007-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
  2. Guides.hotelbook.com Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine, Events Guide: Sursock Museum (Sursock Museum, Beirut, Lebanon)
  3. "Galleries Beirut, Sursock museum, Georges Guv Aref Rayess, John Haddian, Levon Moumjian. Madi Hussein". 2007-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
  4. "Lebanon-tourism.gov.lb". 2021-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
  5. "Jadesigns-architects.com". 2015-11-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
  6. 1 2 "Annahar.com". 2008-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
  7. http://www.dailystar.com.lb/News/Local-News/Jul/14/Mitri-presents-project-to-expand-Sursock-
  8. "Sursock Museum to reopen its doors in 2012 | Culture , Travel & Tourism | THE DAILY STAR". 2012-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.