Su nəqliyyatı
Su nəqliyyatı — yüklərin (və ya sərnişinlərin) su yolları (okean, dəniz, göl, çay həmçinin süni kanallar və s.) üzrə daşınmasıdır. Gəmi əsas nəqliyyat vasitəsidir. Su nəqliyyatı ən ucuz nəqliyyat növüdür.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Yer kürəsinin 71%-inin Dünya okeanından ibarət olması və materiklərarası iqtisadi əlaqələrin inkişafı dəniz nəqliyyatının həddən çox əhəmiyyət daşımasını müəyyən edir. Yük dövriyyəsinə görə son 50 il ərzində dünyada birinci yeri məhz dəniz nəqliyyatı tutur. Belə ki, dünyada ümumi yük dövriyyəsinin 60%-i dəniz nəqliyyatının payına düşür. Bu nəqliyyat növü yük daşımalarının orta uzunluğu ilə də fərqlənir. Bu göstərici 7 min km-dən çoxdur.[1]
Su nəqliyyatı haqqında
[redaktə | mənbəni redaktə et]Su nəqliyyatı — yüklərin (və ya sərnişinlərin) su yolları (okean, dəniz, göl, çay həmçinin süni kanallar və s.) üzrə daşınmasıdır. Gəmi əsas nəqliyyat vasitəsidir.Su nəqliyyatı ən ucuz nəqliyyat növüdür. Azərbaycanın bütün dəniz yollarının başladığı Bakı,Xəzərin ən iri limanıdır. Bakıdan Həştərxana, Mahaçqalaya, Mərkəzi Asiyaya, İranın Ənzəli limanına üzmək olar. Azərbaycan Xəzər dənizi → Volqa çayı → Volqa — Don kanalı → Don çayı → Azov dənizi vasitəsilə dünya okeanına çıxa bilər. Azərbaycan gəmiləri Volqa-Don kanalından başqa Volqa-Baltik və Baltik-Ağ dəniz kanalları ilə də dünya okeanına çıxa bilər.Bakı-Türkmənbaşı, Bakı-Aktau və Bakı-Bekdaş arasında işləyən dəmiryol-bərə keçidi 11 saata iki sahil arasında əlaqə yarada bilir.Xəzərdə tankerlər vasitəsilə neft də daşınır.Qışda Xəzərin şimalı donduğundan Bakı-Həştərxan yolunda hərəkət kəsilir. Bu zaman bu xətt üzrə işləyən gəmilərin çoxu Qara və Aralıq dənizlərində yerləşən limanlara yük daşımaqla Azərbaycan büdcəsinə xeyli valyuta gətirirlər.Azərbaycanın su nəqliyyatında Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) və Bakı Dəniz Ticarət Limanı (BTTL)xüsusi rol oynayır.İstifadə edilən akvatoriyalar üzrə aşağıdakı tiplərə bölünür:
- Çay nəqliyyatı — çaylar və göllər üzrə daşınmalar adətən çay nəqliyyatı ilə (ən böyük göl — Xəzər dənizində bu nəqliyyatdan istifadə edilir.) aparılır;
- Dəniz nəqliyyatı.
Dəniz gəmiləri dəniz səfərinə yararlı (üzmə qabiliyyətinə malik) olmalıdır; Dəniz gəmiləri çaylarda hərəkət edən gəmilərdən daha böyük olur.
Yükləmə və boşaltma üçün sahildə limanlar xidmət göstərir; sərnişinlər üçün sahildə vağzal olur.
Su nəqliyyatı yüksək daşıma qabiliyyətiylə və daşınmaların çox aşağı maya dəyəriylə fərqlənir; bundan başqa, o demək olar ki, istənilən iri qabaritli yükləri daşımağa imkan verir.Su nəqliyyatından ən çox quru nəqliyyatı az olan yerlərdə, qitələrarası adalarda, həmçinin sahilyanı rayonlarda istifadə olunur.Bərələr su nəqliyyatının əhəmiyyətli növüdür.
Su nəqliyyatında hərəkət sürəti aşağıdır, buna görə demək olar ki, işgüzar sərnişin daşınmalarında istifadə olunmur. Aktiv istirahət etmək üçün əlverişlidir və turistlərin maraq dairəsindədir. Bunun üçün böyük turizm gəmilərindən,müxtəlif katerlər, yaxtalar və qayıqlardan istifadə edilir.
Su nəqliyyatının xüsusi növü — Buyer — suyun donmuş səthi üzərində küləyin təsiri altında hərəkət edir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- http://azerbaijans.com/
- http://www.traceca-org.org/az/countries/azrbaycan/azrbaycan-respublikasinin-nqliyyat-sektoru/su-nqliyyati/ Arxivləşdirilib 2017-09-13 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Su nəqliyyatında nə qədər adam daşımaq olar". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.