Streyzand effekti
Streyzand effekti (ing. Streisand effect) — müəyyən məlumatların ictimaiyyət üçün əlçatan olmasının qarşısını almaq cəhdinin (senzura)[1] onun daha da geniş miqyasda yayılmasına (adətən internet vasitəsilə) səbəb olması ilə ifadə olunan sosial fenomen. Məsələn, fotoşəklə, fayla, mətnə və ya nömrəyə girişi məhdudlaşdırmaq cəhdi (məsələn, qanuni üsullarla) bu məlumatın digər serverlərdə təkrarlanmasına, fayl paylaşma şəbəkələrində görünməsinə və ya digər təkrarlanmasına səbəb olur.[2][3]
Mənşəyi
[redaktə | mənbəni redaktə et]"Streyzand effekti" termini 2003-cü ildə ABŞ aktrisası və müğənnisi Barbra Streyzand ilə fotoqraf Kennet Adelman arasında baş verən hadisədən sonra populyarlıq qazanmışdır. Streyzand, onun evinin şəkli Kaliforniya sahillərini təsvir edən 12,200-dən çox digər fotoşəkil ilə birlikdə internetdə yerləşdirildiyi üçün Adelman və "Pictopia.com" saytından 50 milyon ABŞ dolları təzminat alması üçün məhkəməyə müraciət etmişdir.[4][5][6] Adelman evin fotoşəklini sahil eroziyasının hökumət tərəfindən sifarişli tədqiqatı olan Kaliforniya Sahil Hesabatları Layihəsinin bir hissəsi olaraq sahildə yerləşən digər evlərlə birlikdə çəkdiyini iddia etmişdir.[7][8]
Streyzandın vəkilləri iddia qaldırmazdan əvvəl 3850 nömrəli (Streyzandın evini təsvir edən) fotoşəkil layihənin saytından cəmi 6 dəfə endirilmişdi ki, bunlardan ikisini vəkillərin özləri etmişdir.[9] 10 may 2004-cü ildə məhkəmə Streyzandın iddialarını rədd etdi və Streyzanddan Adelmanın 154,000 ABŞ dolları məbləğində məhkəmə xərclərini ödəməsini tələb etmişdir.[10]
Daha sonra jurnalist Pol Rocers iddia ilə bağlı məlumatların yayılması nəticəsində Streyzandın evinin fotoşəklinin internetdə çox populyarlaşdığını qeyd etmişdir. Xüsusilə, iddianın məhkəməyə verilməsindən bir ay sonra görüntüyə 420,000-dən çox insan baxmışdır.[11]
Adelman iddia ilə bağlı məlumatın onun internet saytına milyondan çox ziyarətçi gətirdiyini və fotoşəkildən "Associated Press" xəbər agentliyi tərəfindən onun foto arxivində istifadə edildiyini, bunun da öz növbəsində dünyanın bir çox qəzetləri tərəfindən onun yenidən nəşrinə səbəb olduğunu söyləmişdir.[12]
Termin özü ilk dəfə 2005-ci ilin əvvəlində "Techdirt.com" bloqunu yaradan və idarə edən Mayk Masnik adlı bloger tərəfindən istifadə edilmişdir.[13][14]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://ro.uow.edu.au/lhapapers/1884/ Arxivləşdirilib 2017-10-19 at the Wayback Machine The Streisand Effect and Censorship Backfire, International Journal of Communication 9 (2015): 656—671.
- ↑ Canton, David, "Today's Business Law: Attempt to suppress can backfire", London Free Press, November 5, 2005, 2006-02-17 tarixində arxivləşdirilib, İstifadə tarixi: July 21, 2007,
The 'Streisand effect' is what happens when someone tries to suppress something and the opposite occurs. The act of suppressing it raises the profile, making it much more well known than it ever would have been.
Şablon:Архивировано - ↑ Mugrabi, Sunshine. "YouTube—Censored? Offending Paula Abdul clips are abruptly taken down". Red Herring. 2007-01-22. 2007-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-07-21.
Another unintended consequence of this move could be that it extends the kerfuffle over Ms. Abdul's behavior rather than quelling it. Mr. Nguyen called this the 'Barbra Streisand effect', referring to that actress's insistence that paparazzi photos of her mansion not be used
- ↑ California Coastal Records Project — Image 3850 — «Streisand Estate, Malibu» Arxivləşdirilib 2013-01-20 at the Wayback Machine — оригинальная фотография на сайте проекта California Coastal Records.
- ↑ Josh Bernoff; Charlene Li. Groundswell: Winning in a World Transformed by Social Technologies. Boston, Mass: Şablon:Нп3. 2008. 7. ISBN 1-4221-2500-9.
- ↑ Since When Is It Illegal to Just Mention a Trademark Online? Arxivləşdirilib 2012-11-30 at the Wayback Machine, techdirt.com.
- ↑ "Barbra Sues Over Aerial Photos". The Smoking Gun. 2003-05-30. 2011-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-22.
- ↑ http://www.californiacoastline.org/streisand/lawsuit.html Arxivləşdirilib 2008-04-07 at the Wayback Machine Информация об иске на сайте California Coastal Records Project. Включает чек с требованием к Аделману оплатить Şablon:Число судебных расходов.
- ↑ Tentative ruling Arxivləşdirilib 2015-08-24 at the Wayback Machine, SC077257, 3 Dec 2003, page 6: «Image 3.850 was download six times, twice to the Internet address of counsel for plaintiff».
- ↑ EXAMPLES OF FRIVOLOUS LAWSUITS / United States House Committee on the Judiciary, September 13, 2004 (ing.).
- ↑ Rogers, Paul. "Photo of Streisand home becomes an Internet hit". San Jose Mercury News, mirrored at californiacoastline.org. 2003-06-24. 2013-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-06.
- ↑ Andy Greenberg. "The Streisand Effect". Forbes. 2007-05-11. 2008-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-29.
The phenomenon takes its name from Barbra Streisand, who made her own ill-fated attempt at reining in the Web in 2003. That's when environmental activist Kenneth Adelman posted aerial photos of Streisand's Malibu beach house on his Web site as part of an environmental survey, and she responded by suing him for $50 million. Until the lawsuit, few people had spotted Streisand's house, Adelman says—but the lawsuit brought more than a million visitors to Adelman's Web site, he estimates. Streisand's case was dismissed, and Adelman's photo was picked up by the Associated Press and reprinted in newspapers around the world.
- ↑ For 10 Years Everyone’s Been Using 'The Streisand Effect' Without Paying; Now I’m Going To Start Issuing Takedowns Arxivləşdirilib 2016-04-15 at the Wayback Machine // Techdirt[[Special:Permalink/|]]
- ↑ Streisand Effect Arxivləşdirilib 2016-10-10 at the Wayback Machine // Know Your Meme
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Эффект Стрейзанд. Parkinson, Justin. BBC News, 31 июля 2014 (ing.)