Sofiya Kianni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sofiya Kianni
Doğum tarixi 13 dekabr 2001(2001-12-13) (23 yaş)
Təhsili
Fəaliyyəti ətraf mühit fəalı, yazıçı, uşaq aktrisa[d], ətraf mühit fəalı[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sofiya Kianni — Amerikalı iqlim fəalı. O, iqlim dəyişikliyi məlumatlarını 100-dən çox dilə tərcümə edən beynəlxalq gənclər qeyri-kommersiya təşkilatı Climate Cardinals-ın təsisçisi və direktorudur. O, Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin İqlim Dəyişikliyi üzrə Gənclər Məsləhət Qrupunun ən gənc üzvü kimi Birləşmiş Ştatlarını təmsil edir. O, həmçinin Gələcək üçün cümə günündə Milli Strateq, Extinction Rebellion üzrə beynəlxalq sözçü və “This is Zero Hour” mövzusunda milli tərəfdaşlıq koordinatoru kimi fəaliyyət göstərir.

Kianni anası, atası, kiçik bacısı və iki məhəbbət quşu ilə birlikdə Virciniya ştatının Maklin şəhərində yaşayır. O, komandasının ümummilli Elm Olimpiadasının qalibi olduğu Henri Uodsvord Lonqfello Liseyində və Milli Təqaüd Proqramında yarımfinalçı olduğu Tomas Cefferson Elm və Texnologiya Liseyində oxuyub[1].

Kianni bir yeniyetmənin COVID-19 pandemiyası ilə bağlı sosial uzaqlaşdırma tədbirlərinə reaksiya nümunəsi olaraq medianın geniş diqqətini çəkir: CNN, Time jurnalı və The Washington Post onun və dostlarının üz-üzə ünsiyyəti, hətta onların ünsiyyəti necə təşviq etdiyi haqqında yazır[2][3].

Sofiya Tehranda orta məktəbdə oxuyarkən, bir gecə ulduzların dumanla örtüldüyü zaman iqlim fəallığı ilə maraqlanmağa başlayır və bu “dünyamızın həyəcan verici sürətlə istiləşməsinin siqnalına çevrilir”[4]. Daha sonra o, Qreta Tunberqin "Gələcək üçün cümə günləri" qrupuna qoşulur və iqlim fəaliyyətinə dəstək olmaq üçün dərslərdən vaxt ayırır[5]. 2019-cu ildə Qara cümə iqlim tətilinin təşkilində kömək edir[6]. 2019-cu ilə qədər o, Gələcək üçün cümə günlərində milli strateq və başqa bir ekoloji təbliğat qrupu olan Zero Hour üçün milli tərəfdaşlıq koordinatoru idi[7].

2019-cu ilin noyabr ayında Kianni Vaşinqtonda Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ofisində bir həftəlik aclıq aksiyası və oturaq aksiya keçirmək niyyətində olan “Extinction Rebellion” təşkilatının təşkil etdiyi etirazçılar qrupuna qoşulmaq üçün məktəbi buraxır və ondan bir neçə saat ərzində onlarla kamera qarşısında iqlim dəyişikliyi haqqında danışmasını tələb edir[8]. Orada onlarla iştirakçı var idi. 17 yaşlı Sofiya Kianni ən gənc və gələn iki qadından biri idi. Kianni Extinction Rebellion üzvü deyildi[9] və yalnız oturaq aksiyanın ilk günündə iştirak etmişdi, lakin sonradan mətbuata bildirdi ki, o, aclıq aksiyasını uzaqdan davam etdirdiyini iddia edib. Kianni Teen Vogue üçün etiraz aksiyasında iştirakından yazıb. 2020-ci ilin fevralında Kianni Extinction Rebellion-ın sözçüsü seçilir.

2020-ci ilin yazında, Kianninin fiziki fəaliyyəti COVID-19 pandemiyası səbəbindən məktəbin bağlanması və sosial məsafə tələbləri səbəbindən məhdudlaşdırıldı və Stenford Universiteti, Prinston Universiteti və Duke Universiteti də daxil olmaqla kolleclərdə planlaşdırılan çıxışlar təxirə salınır[10]. Kianni çıxışını uzaqdanda olsa Miçiqan Texnologiya Universitetində davam etdirə bilir. Bundan əlavə, Sofiya iqlim dəyişikliyi haqqında məlumatları müxtəlif dillərə tərcümə edəcək Climate Cardinals veb-saytının hazırlanmasını sürətləndirməyə qərar verir[11].

2020-ci ilin iyul ayında BMT-nin Baş katibi Antoniu Quterreş Kiannini iqlim böhranına reaksiyası ilə bağlı ona məsləhətlər verən yeddi gənc iqlim liderindən ibarət İqlim Dəyişikliyi üzrə yeni Gənclik Məsləhət Şurasının üzvü təyin edir. Yaş həddi 18 ilə 28 arasında olan qrupda Sofiya ən gənc şəxs olur. O, ABŞ-nin yeganə nümayəndəsi, eləcə də Yaxın Şərq və İrandan olan yeganə şəxs idi[12].

2020-ci ilin dekabr ayında Sofiya Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Gənclik Məsləhət Şurasında ABŞ nümayəndəsi olduğuna və İqlim Kardinallarını təsis etdiyinə görə Vice jurnalı tərəfindən 2020-ci ilin 20 İnsanından biri seçilir.

İqlim kardinalları

[redaktə | mənbəni redaktə et]

İqlim kardinalları iqlim dəyişikliyi haqqında bütün dillərdə məlumat vermək üçün 2020-ci ildə Sofiya Kianni tərəfindən təsis edilmiş beynəlxalq gənclər qeyri-kommersiya təşkilatıdır[13]. Layihə şimal kardinalının, dünya üzrə uçan məlumat üçün metafor olan Virciniya quşunun şərəfinə adlandırılıb. Kianni iqlim dəyişikliyi ilə bağlı ingilis dilli məqalələri iranlı qohumları üçün fars dilinə tərcümə etməklə keçirdiyi illərdən ilhamlanıb, çünki İran mediası demək olarki bunu işıqlandırmayıb. Onun sözlərinə görə, o qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı məlumat məzmunu ya yalnız ingilis, ya da ən yaxşı halda çin və ispan dillərində mövcuddur ki, bu da onu digər dillərdə danışanlar üçün əlçatmaz edib.

İqlim kardinalları proqramı 2020-ci ilin may ayında başlamışdır və fəaliyyətə başladığı ilk gündə 1100 könüllü tərcüməçi olmaq üçün qeydiyyatdan keçmişdir. Onlar həmçinin qrafika və tərcümələri iranlılarla bölüşmək üçün 10 milyondan çox abunəçisi olan irandilli Radio Cavanla ilə əməkdaşlıq ediblər. İqlim kardinalları Beynəlxalq Tələbə Ekoloji Koalisiyası tərəfindən qeyri-kommersiya təşkilatı kimi maliyyələşdirilir ki, bu təşkilat köçürmələrində iştirak edən tələbələrə işlərinə görə ictimai xidmət saatları qazanmağa, məktəb tələblərinə cavab verməyə və ya kollec qəbulunu yaxşılaşdırmağa imkan verir. 2020-ci ilin avqust ayına qədər qrupda orta yaş həddi 16 olan 5000-dən çox könüllü var idi. Təşkilatın 2020-ci ilin dekabr ayına kimi onun 8000 könüllüsü, UNICEF və Sərhədsiz Tərcüməçilər ilə tərəfdaşlığı var idi.

Jurnalist fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2019-cu ildə Kianni Teen Vogue üçün Pelosinin ofisində aclıq aksiyası haqqında məqalə yazır. 2020-ci ildə o, Cosmopolitanın Yaxın Şərq nəşri üçün koronavirusun geniş ailəsində Novruz şənliklərinə təsiri haqqında iki məqalə və bir aktivist kimi iqlimin onun gündəlik iş rejiminə təsiri haqqında Refinery29 üçün bir məqalə dərc edir. O, Yer Gününün 50-ci ildönümü üçün MTV News üçün məqalə yazır və onun əlaqələndirilməsinə kömək edir[14].

  1. Lena Felton. "Meet the 17-year-old climate activist who skipped school to hunger strike at the Capitol". https://www.thelily.com (ingilis). 2020-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
  2. Sophia Kianni. "Why I Went on Hunger Strike at Nancy Pelosi's Office". Teen Vogue (ingilis). 2020-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
  3. Anika Nayak. "Best Sustainable Gift Ideas for Your Environmentally-Conscious Friends". Teen Vogue (ingilis). 2020-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
  4. Will, K. Sophie. "Extinction Rebellion aims to turn up political heat with hunger strikes". Reuters. 2019-11-21. 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
  5. "Hunger strikers target Pelosi in push for Democrats to take action on climate crisis". the Guardian (ingilis). 2019-11-18. 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
  6. "No Food No Future: Hunger Strike for Climate Action" (rus). 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
  7. Natanson, Hannah. "Their schools and streets empty, teen climate activists find new ways to strike". Washington Post. 0190-8286. 2020-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
  8. "How Extinction Rebellion is using social media and marketing to grow a movement". Digiday (ingilis). 2020-03-18. 2020-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
  9. "Extinction Rebellion Congratulates Oscar Winner and Collaborator Joaquin Phoenix". Extinction Rebellion NYC (ingilis). 2020-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
  10. Gili Malinsky. "Less Taco Bell, more investing: How a high school senior is learning about money while at home". Grow from Acorns + CNBC (ingilis). 2020-04-01. 2020-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
  11. "Michigan Tech virtual World Water Day". mininggazette.com (ingilis). 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
  12. Vesna Blazhevska. "Young leaders tapped to invigorate UN's climate action plans, hold leaders to account". United Nations Sustainable Development (ingilis). 2020-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
  13. "Climate Cardinals - The Shorty Awards". shortyawards.com. 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
  14. "First Person: Turning 'apathetic people into climate activists'; a young person's view". UN News (ingilis). 2020-08-03. 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.