Skat (PUA)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Skat
Tipi Hərbi təyyarə, Pilotsuz uçuş aparatı
Hazırlayan MiG
İstehsalçı MiG
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Skat (rus. Скат) — MiQ şirkəti tərəfindən Rusiya Müdafiə Nazirliyi üçün 2005-ci ildən bəri Stels texnologiyası əsasında yaradılmış pilotsuz uçuş aparatıdır.

Dizayn və inkişaf

[redaktə | mənbəni redaktə et]

Skat pilotsuz uçuş aparatının kökü 2005-ci ildə Mikoyan şirkətinin layihə üzərində işə başlamasına kimi gedir. Radarlara mümkün qədər az tutulması ehtimalı xüsusilə vurgulanmış və buna görə də, aparat uçan qanad konfiqurasiyasında, üçbucaq şəklində, kompozit materiallardan istifadə edilməklə və iki daxili silah çuxurunda gizlənmiş silahlanma yuvaları ilə hazırlanmışdır. Yalnız tam ölçülü maketi ilk dəfə MAKS 2007 beynəlxalq hava şousunda təqdim edilmişdir. Bununla birlikdə, pilotsuz təyyarə istehsal mərhələsindən keçmədi və maliyyə çatışmazlığı səbəbindən layihə üzərində iş daha sonra 2012-ci ildə dayandırıldı.[1][2]

Skat, Klimov RD-93 mühərrikinin bir variantı olan Klimov RD-5000B turbofan mühərriki ilə işləyən Kh-31 kimi raketlər üçün kifayət qədər böyük olan iki ventral silah bölməsində silah aparmaq üçün nəzərdə tutulmuş, radarlara tutulma ehtimalı aşağı olan səs sürətindən aşağı sürətlə (subsonik) uçan PUA-dır. Tək mühərrikli subsonik dizaynı 11.5 metr (37.7 fut) qanad sahəsinə malikdir və uzunluğu 10.25 metr (33.6 fut) təşkil edir. PUA maksimum hündürlük ağırlığında saatda maksimum 800 kilometr (497 mil) sürətə və 10 ton ağırlığında qalxma ağırlığına (yəni maksimum 10 tonluq yük ilə havaya qalxa bilər) malikdir. Döyüş radiusu 2000 km (1240 mil) təşkil edir və iki tona qədər döyüş yükünün daşınması nəzərdə tutulmuşdur.[3]

Mümkün rollar arasında düşmənin hava hücumundan qorunması və düşmənin hava sahəsinə hücum daxildir. Skatın ilk uçacaq variantının Rusiya uçuş qaydalarına əməl edilərək pilot olaraq istifadə edilməsi planlaşdırıldı. Kiçik əkiz qapaqları da, bir sıra aerodinamik konfiqurasiyalı külək tuneli testlərindən keçirilmişdir. Bu testlərin sonunda MiG, quyruqsuz bir dizayn konfiqurasiyasına üstünlük vermişdir.

Cari vəziyyəti

[redaktə | mənbəni redaktə et]

MiG şirkətinin Baş icraçı direktoru Sergei Korotkov "Skat" layihəsinin inkişafının dayandırıldığını əvvəlcədən mediada bildirmişdi. Rusiya Müdafiə Nazirliyinin qərarı ilə Sukhoi Holding Strike PUA layihəsinin yeni əsas istehsalçısı olmuşdur. Yenə də Skat təcrübəsindən Suxoy şirkəti istifadə edəcəkdir. "MiG" mütəxəssislərinin yeni layihə üzərində işləyəcəkləri gözlənilir. 3 iyun 2013-cü ildə MiG Skat dizaynına əsaslanan yeni bir PUA istehsal etmək üçün bir tədqiqat və inkişaf müqaviləsi imzalamışdır.[4]

Suxoy şirkəti, Skat layihəsinin R&D məlumatlarından istifadə edir, həmçinin bunu eksperiment şəklində yeni nəsil təyyarə olan Suxoy Su-57 və yeni yaratmış olduğu 20 tonluq Suxoy S-70 Oxotnik layihələrində də, istifadə etməyi planlaşdırır.[5][6]

2018-ci ilin sentyabr ayında, MiG şirkətinin proqramı canlandırdığı və hazırda Mikoyan Skat Pilotsuz uçuş aparatı üzərində işlərin davam etdirildiyi bildirilmişdir.[2] MiG şirkətinin baş icraçı direktorunun sözlərinə görə, Skat üçün taktiki və texniki tapşırıqların 2019-cu ilin sonunadək Rusiya Müdafiə Nazirliyi tərəfindən təsdiqlənməsi planlaşdırılır və dronun hazırlanmasına 2020-ci ildə başlanacaqdır.[7].

Xüsusiyyətləri (Layihə halındadır)

[redaktə | mənbəni redaktə et]
Mikoyan Skat Pilotsuz uçuş aparatının eskizi

Ümumi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Maksimum sürət: 850 km/saat (497 mph)
  • Servis tavanı: 15.000 m (39,370 ft)

Daxili bölmələrdə 2 tona qədər silah

  1. "Источник: РСК "МиГ" возобновила работы над ударным беспилотником "Скат"". TASS. 11 September 2018. 10 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2019.
  2. 1 2 "MiG reportedly resumed work on Skat UCAV". airrecognition.com. 12 September 2018. 13 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2018.
  3. "First look at Mig Skat", Aviation Week[ölü keçid].
  4. RAC MiG to design Skat-based unmanned combat air vehicle Arxivləşdirilib 2019-12-07 at the Wayback Machine — Flightglobal.com, June 3, 2013
  5. [1] Arxivləşdirilib 2020-07-24 at the Wayback Machine — deagel.com, 2018
  6. Trimble, Steve. "New Photo May Reveal Russian Unmanned Strike Aircraft". Aviation Week. January 23, 2019. January 27, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 17, 2019. (#apostrophe_markup)
  7. "Arxivlənmiş surət". 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]