Skafandr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Skafandr — insanı (və ya heyvanı) xarici mühitdən təcrid etmək üçün nəzərdə tutulmuş xüsusi avadanlıqdır. Avadanlığın hissələri xarici mühitin komponentləri (mayelər, qazlar, radiasiya) üçün keçilməz bir təbəqə yaradır. Skafandrlar əsasən dalğıc, aviasiya və kosmik skafandrlara bölünür.

Kosmik skafandr "Şahin"

Dalğıc skafandrı

[redaktə | mənbəni redaktə et]
Dalğıcın məşq etməsi

Normobarik skafandr — suyun dərinliklərində (600 metrə qədər) dalğıc əməliyyatları üçün nəzərdə tutulmuş avadanlıqdır, bu müddət ərzində skafandr pilotu normal atmosfer təzyiqində saxlayır və bu, müvafiq olaraq dekompressiya narahatlığını aradan qaldırır, azot, oksigen və s. zəhərlənmələrin qarşısını alır.

Aviasiya skafandrı

[redaktə | mənbəni redaktə et]

Kosmik skafandr

[redaktə | mənbəni redaktə et]

Skafandr astronavtın kosmik gəmidə və kosmosda təhlükəsiz qalması və işləməsi üçün nəzərdə tutulub və iki əsas növü var:

  • yumşaq kostyum
  • sərt kostyum

Kosmik skafandrların (kostyumların) ilk nümunələri 1950-ci illərin sonlarında SSRİ-də yaradılmışdır. Əvvəlcə onlar kosmosdakı ilk canlılar — itlər üçün yaradılmışdır (ilk dəfə 24 iyun 1954-cü ildə sınaqdan keçirilmişdir).

1969–1972-ci illərdə Apollon proqramı çərçivəsində ayın səthinə eniş üçün Apollo A7L skafandrı yaradılmışdır. Bu yumşaq tip kostyum idi. O, 17 qatdan ibarət müxtəlif möhkəm materiallardan ibarət idi. Üst skafandrın altına içərisiylə su dövr edən borular şəbəkəsi deşilmiş termotənzimləyici kombinezonlar geyindirilir. Ay skafandrının kütləsi təxminən 90 kq idi. Avtonom həyat dəstəyi sistemi Ay səthində altı saat işləmək və əlavə 30 dəqiqəlik təcili ehtiyat üçün nəzərdə tutulmuşdur.

Açıq kosmosda gəzintilər üçün kosmik geyimlər (skafandrlar) "Berkut" dövründən bəri əhəmiyyətli bir təkamül keçirdi. Kosmonavtlar və astronavtlar çoxlu konstruksiyalar yığılıb. İnsanın açıq kosmosda uğurla işləməsinin mümkünlüyü sübuta yetirilib.

Hal-hazırda (2021-ci ilə kimi) açıq kosmosa yüzlərlə səfər həyata keçirilib. Bir çox elmi məsələlər həll olunub, kosmik gəmilərdə, stansiyalardapeyklərdə təmir işləri aparılıb (ən məşhuru astronavtların etdiyi Habbl teleskopunun təmiridir).

Açıq kosmosa səfərlərin təhlükələri

[redaktə | mənbəni redaktə et]

Kosmosa səfərlər müxtəlif səbəblərdən təhlükəlidir. Dərin vakuum, mənfi 150 °C-dən müsbət 150 °C-ə qədər olan ekstremal temperatur, günəş radiasiyası, kosmik tullantı və ya mikrometeoritlərlə toqquşma ehtimalı. Açıq kosmos şəraitində astronavtı skafandr qoruyur. Kosmik gəmidə itmə və ya yolverilməz bir şəkildə kosmik gəmidən uzaqlaşma ehtimalı potensial təhlükədir və tənəffüs qarışığı ehtiyatının tükənməsi səbəbindən ölümə səbəb ola bilər. Skafandrın mümkün zədələnməsi və ya deşilməsi də təhlükəlidir. Skafandrın germetikliyinin pozulması, astronavtlar vaxtında gəmiyə qayıtmağa imkan tapmasa dekompressiya və sürətli ölümə səbəb ola bilər. "Atlantis" STS-37 şatlının uçuşu zamanı skafandrın zədələnməsi halı baş vermişdi — kiçik çubuq astronavtlardan birinin əlcəyini deşmişdi; xoş təsadüf nəticəsində germetiklik pozulmamışdı, çubuq ilişərək yaranan dəliyi qapamışdı. Hətta, astronavtlar gəmiyə qayıdıb kostyumları yoxlayana qədər dəlik hiss olunmamışdı[1].

İlk olduqca təhlükəli hadisə 1965-ci ildə astronavtın ilk kosmosa çıxması zamanı baş vermişdir. İlk çıxış proqramını başa vurduqdan sonra Aleksey Arxipoviç Leonov gəmiyə qayıtmaqda çətinlik çəkdi, çünki tutacaqları buraxdıqdan sonra çəkisiz şəraitdə ayaqları ilə "Vosxod" kosmik gəmisinin hava kilidinin lyukuna girə bilmədi. Buna səbəbi Leonovun skafandrının yumşaq tipdə olması idi. Onun kostyumu şişmişdi. Həmçinin, "Berkut" skafandrının menteşələri lazımi dərəcədə hərəkətli deyildi, bu da birbaşa skafandrdakı təzyiq səviyyəsindən asılıdır. Şlyuza ayaqlarını salaraq girmək üçün bir neçə cəhd edən kosmonavt, şlyuza başını salaraq daxil olmaq qərarına gəldi hansı ki, təlimatla qəti şəkildə qadağan edilmişd. Təzyiq tənzimləyicisini çevirərək kosmonavt skafandrdakı həddindən artıq təzyiqin səviyyəsini 0,4 atm-dən 0,27 atm-a endirdi və bu, onun kilid kamerasına qayıtmasına imkan verdi. Təzyiqlərin azaldılması ehtimalı skafandrın dizaynında nəzərdə tutulurdu. Kameranın içərisində kosmonavt çox çətinliklə çevrildi və lyuku öz arxasınca bağladı. Sonra kilid kamerası şişirildi, onun içindəki təzyiq gəminin kabinəsindəki təzyiqə bərabər oldu. Kosmonavt Leonov gəmiyə qayıtdı.

Digər potensial təhlükəli hadisə "Discovery" gəmisinin astronavtlarının açıq kosmosa ikinci çıxması zamanı baş vermişdi (STS-121 uçuşu, 2006-cı il iyul). Pirs Sellersin (ing. Piers John Sellers) skafandrından, astronavtın kosmosa uçmasının qarşısını alan və astronavta stansiyaya qayıtmağa kömək edən xüsusi bucurqad ayrılmışdı. Problemi vaxtında görən Sellers və onun tərəfdaşı cihazı yerinə bərkidə bilirlər və kosmosa çıxış təhlükəsiz şəkildə tamamlanır.

  • Алексеев С. М., Уманский С. П. Высотные и космические скафандры, Машиностроение, 1973, 282 с.
  • William Ayrey. ILC Space Suits and Related Products. 2007.. История разработки космических скафандров в США.

Hava keçirməyən dəbilqə Ekzoskelet