Sen Arevşatyan
Sen Arevşatyan | |
---|---|
erm. Սեն Արևշատյան | |
Doğum tarixi | 7 yanvar 1928[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 25 iyul 2014[3] (86 yaşında) |
Vəfat yeri | |
Əsas maraqları | fəlsəfə, tarix |
Vikianbarda əlaqəli mediafayllar |
Sen Sureni Arevşatyan (erm. Սեն Սուրենի Արևշատյան; 7 yanvar 1928[1][2], İrəvan, Ermənistan SSR, SSRİ[1][2] – 25 iyul 2014[3], İrəvan) — Ermənistan filosofu, tarixçisi. O, 1982–2007-ci illərdə Matenadaranın direktoru olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Sen Sureni Arevşatyan 7 yanvar 1928-ci ildə Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində, yazıçı Suren Qəhrəmani Arevşatyanın (1896–1972) və Suzanna Xristoforovnanın (1902–1992) ailəsində anadan olmuşdur. Böyük qardaşı Eduard Arevşatyan (1926–2007) Ermənistan SSR-nin əməkdar memarı olmuşdur. Sen Arevşatyan 1946–1951-ci illərdə İrəvan Dövlət Universitetində təhsil almışdır. O, 1954–1957-ci illərdə Ermənistan Milli Elmlər Akademiyasının (EMEA) Fəlsəfə şöbəsinin kiçik elmi işçisi, 1957–1959-cu illərdə isə böyük elmi işçisi olmuşdr. Arevşatyan 1972–1979-cu illərdə EMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun baş elmi işçisi, 1990-cı ildən isə qrup rəhbəri olmuşdur. O, 1975–1978-ci illərdə İrəvan Dövlət Universitetində dərs demişdir. Arevşatyan 1959–1982-ci illərdə şöbə müdiri, 1982–2007-ci illərdə isə Matenadaranın direktoru olmuşdur. O, 1986–1989-cu illərdə Ermənistan Mədəniyyət Fondunun təsisçi sədri olmuşdur. Arevşatyan 1972-ci ildə fəlsəfə doktoru adını qazanmışdır. 1978-ci ildə Ermənistan SSR Dövlət Mükafatına layiq görülən Arevşatyan 1996-cı ildə EMEA-nın akademiki olmuşdur. O, 25 iyul 2014-cü ildə Ermənistanın paytaxtı İrəvan şəhərində vəfat etmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ 1 2 3 4 Հայկական համառոտ հանրագիտարան (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 1.
- ↑ 1 2 Արևշատյան Սեն Սուրենի // http://am.hayazg.info/index.php?curid=2152.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Директор Матенадарана
- Академик С. С. Аревшатян (erm.)
- Аревшатян С. С. "Армянская письменность — феномен духовной культуры". Телеканал «Культура». 2011. 23 sentyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2022.