46°38′28″ şm. e. 8°25′06″ ş. u.HGYO

Sen-Qotard massivi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sen-Qotard massivi
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3.192 m
Uzunluğu
  • 30 km
Süxurları Metamorfik süxurlar
Yerləşməsi
46°38′28″ şm. e. 8°25′06″ ş. u.HGYO
Ölkə
Sen-Qotard massivi xəritədə
Sen-Qotard massivi
Sen-Qotard massivi

Sen-Qotard massiviİsveçrədə dağ silsiləsi, Alp dağlarının bir hissəsi. Are çayının mənbəyidir. Mərkəzi Alp dağlarında kristal kütləsidir. Arhornda 4,275 metrə qədər yüksəlir.

Vadilərlə bir qədər girintili olan Sen-Qotard massivinin hündür zirvələri var. Bunlara Yunqfrau (4,166 m), Mönx (4,105 m), Fişerhorn (4,049 m), Alexhorn (4,182 m) və nəhayət ən yüksək zirvə olan Finsterarborn (4,275 m) aiddir.[1]

Alp dağlarının bu hissəsi çox yüksəkdir və eroziya nəticəsində kənarları tamamilə yuyulmuşdur, nəticədə çox güclü kristal-metamorfik (xüsusilə qneys) təməl əmələ gəlmişdir. Sen-Qotard massivi kütləvi suların dağılma mərkəzi rolunu oynayır. Burada hündür vadilər çox girintili deyil, dar vadilər və geniş hövzələr bir-birini əvəz edir. Bu vadilər hərəkət etmək üçün əlverişli olmayan kiçik bölgələri təşkil edir. Massivin buzlaqları Alp dağlarının ən mühüm kristallarından biridir. Alx buzlağının uzunluğu 22 kilometrdir. Qrindelvald, Unterar, Oberaar buzlaqları çoxsaylı tədqiqat ekspedisiyalarının obyektidir. Onlar həm də qlyasioloji biliklərin inkişafında mühüm rol oynamışlar. 2 min metrə yaxın yüksəklikdəki aşırımlar dağların ətraf ərazilərdən dərələrlə ayrılmış müxtəlif vadilərini birləşdirir.[1]

Sen-Qotard yolu XII əsrdə salınmışdır, lakin burada yaşayan insanların həyat tərzi son vaxtlara qədər primitiv olaraq qalmışdır. Bugünkü müasir yollar həm də yüksək RonaReyn vadilərini birləşdirən Furka-Oberalp dəmiryolunu tamamlayır. Nəqliyyatın inkişafı dağ heyvandarlığına əsaslanan kənd təsərrüfatını zəiflətmiş və turizmə regionun iqtisadiyyatında daha mühüm yer vermişdir.[1]

  1. 1 2 3 AAR veya SAINT-GOTHARD masifi // Meydan Larousse (türk). 1. Meydan Yayınevi. 1960. səh. 3.