Sekulyarizm
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Sekulyarizm — dinin insanların düşüncə və hərəkətlərində və cəmiyyətdəki institutlar üzərində təsirinin azalması.
Sosiologiya elmində XX əsrin ortalarından bəri qızğın şəkildə müzakirə olunan bu mövzuda iki təzadlı cəbhədə yerləşən sosioloqlar var. Brayan Vilson, Maks Veber, Ziqmund Freyd kimi mütəfəkkirlər dünyada iqtisadi inkişaf və elmin dirçəlişi ilə dinin təsirinin azalacağını desə də, Peter Berger və Tomas Lukman kimi müasir dövrün sosioloqları sekulyarizm yox, tam əks prosesin baş verdiyini iddia edirlər. Hər iki tərəfin də olduqca tutarlı arqumentləri var. Məhz bu iki fərqli düşüncələrin mövcudluğu dinin cəmiyyət üzərindəki təsiri mövzusuna müxtəlif prizmalardan baxmağa kömək olur.
Dinin elm üzərində üstünlük təşkil etdiyi dövrlərdə, daha dəqiq XVII əsrə kimi, dini dəyərlər dövlətdən tutmuş insanların şəxsi həyatına qədər bütün sahələrə kəskin dərəcədə təsir göstərirdi. Dövlət siyasətinə dini liderlər təsir edirdilər. Dini məclislər və dəyərlər insanların gündəlik həyatında olduqca vacib statusa malik idi. İnsanlar dini inanclar və hissləri ilə hərəkət edirdilər, rasional (məntiqli) düşüncə əksər hallarda mövcud olmurdu. Lakin XVII əsrdə baş verən mədəni və elmi inqilablar vəziyyəti köklü şəkildə dəyişdirməyə başladı. Elm adamları apardıqları araşdırmaların nəticəsində bir çox miflərin, kök salmış dəyərlərin əsassız olduğunu sübut edə bildilər. Elmli insanların sayı artdıqca dini izləyənlərin sayı azaldı, çünki elmli adamlar artıq dini metaforları, mifləri və bəzi yerlərdə yayılan xurafatları saymamağa, nəticədə isə dindən uzaqlaşmağa başladılar. Bu vəziyyət tək elm adamlarının dairəsində yox, həmçinin dövlət təbəqəsinə və tədricən sadə camaata da təsir etdi. Elm adamlarının gördükləri işlərdən agah olan bir çoxları ya dindən tam uzaqlaşmağa, ya da dini kor-koranə izləməkdən qaçmağa başladılar. Bütün bu dəyişikliklər dinin cəmiyyətdəki təsirini zəiflətməyə başladı. Bu zəifləməni məşhur amerikan sosioloq Brayan Vilson apardığı intensiv müşahidə və araşdırmalar nəticəsində göstərərək sekulyarizm prosesinin həqiqətən də baş verdiyini sübut etmişdir, baxmayaraq ki onu Tomas Lukman və Peter Berger cütlüyü tənqid edir.
Brayan Vilson 5 müxtəlif cəhəti analiz edərək sekulyarizmin baş verdiyini göstərmişdir.
- Miflərin yox olması və elmin mifləri açıqlaması — Elmin təsiri artdıqca elmi araşdırmalar miflərin köksüz-əsassız olduğunu açıqlaya bilmişdir. Məhz bundan sonra miflərə inananların sayı kəskin şəkildə azalmışdır. Eyni zamanda çox sayda insan hətta dindən də uzaqlaşmağa başlamışdır. Çünki, elmli insanların əksəri materialist (yalnız gözlə görünən və hiss olunan maddiyyəti qəbul edən mövqe) mövqeyini seçir, bu da ki, gözlə görülə bilməyən Allahın və digər fövqəlqüvvələrin inkar olunmasına gətirib çıxarır.
İstinadlar
[redaktə | mənbəni redaktə et] Din haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |