Saqqal vergisi
Saqqal vergisi (rus. Налог на бороду) — müxtəlif dövrlərdə saqqal saxlayan kişilərə tətbiq olunan vergidir.
5 sentyabr 1698-ci ildə Rusiya çarı I Pyotr saqqal saxlayanlardan saqqal vergisi ödəmələrini tələb edən fərman vermişdi. Keşişlərdən və kəndlilərdən başqa bütün əhali ya saqqalını qırxmalı, ya da vergi verməliydi. Kəndlilər şəhərə daxil olduqda və ya çıxdıqda saqqal rüsumu ödəyirdilər. Vergini ödəyənlər xüsusi ödəmə tarifi olaraq "saqqal sikkələri" (və ya "saqqal nişanələri", "saqqal tarifi") alırdı. "Saqqal sikkə"lərinin ayrı-ayrı vaxtlarda 3 müxtəlif növü olmuşdu. 1705-ci il göstərişilə, saqqala görə ödəmələrin 4 forması ayırd edilmiş, 10 il sonra adambaşına 50 rubl olmaqla, vahid formaya salınmış, 1772-ci ildə isə bu ödəmələr tamamilə ləğv edilmişdi.
Saqqal vergisi Rusiyadan əvvəl XVI əsrdə İngiltərə və Fransada tətbiq edilmişdi.