Sahibkarlıq
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sahibkar termini ilk dəfə XVIII əsrin əvvəllərində yaşamış fransız iqtisadçısı Risar Kantilon tərəfindən işlənilmişdir.
Sahibkar — işin faydalığını qiymətləndirən, yeni müəssisənin təşkili, yaxud yeni ideyanın (məhsulun), yaxud xidmətin işlənib hazırlanması ilə bağlı riski və məsuliyyəti öz üzərinə götürə bilən insandır. Sahibkarlıq ondan ibarətdir ki, işin mənfəətliliyini qiymətləndirməyi və mövcud resursların daha faydalı bölüşdürülməsi qabiliyyəti bacarmaqdır.
İqtisadi ədəbiyyatda və praktiki fəaliyyətdə "biznes" "sahibkarlıq" anlayışları sinonim kimi işlədilir. Bu anlayışlar bir-birinə çox yaxın olsalar da kəsb etdiyi mənalara görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Biznes daha geniş məfhumdur. Əslində sahibkarlıq biznesin ayrılmaz tərkib hissəsidir. Biznes bütöv bir sistemdir, onun tərkibinə sahibkarlıq, istehlak, əmək və dövlət biznes növləri daxildir. Sadalanan biznes növləri öz aralarında bir-birilə sıx əlaqədardır və qarşılıqlı fəaliyyət göstərirlər, lakin öz maraqlarını reallaşdıraraq öz rollarını dəqiq yerinə yetirirlər. Biznesin mühüm əlamətləri aşağıdakılardan ibarətdir: — iqtisadiyyat subyektləri arasında fəaliyyətin dəyişməsi, biznesin ayrı-ayrı növlərinin qarşılıqlı fəaliyyətinə tələbat;
— öz maraqlarının reallaşdırılmasına cəhd, öz maraqlarını biznes üzrə tərəfdaşına təkid edilməsi;
— şəxsi və kollektiv təşəbbüskarlığın təzahürü; — qarşıya qoyulan məqsədə çatmaq üçün riskə getmək qabiliyyəti.
"Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanununda yazılmışdır: "Sahibkarlıq fəaliyyəti(sahibkarlıq) fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir". Bu tərif təkmildir, sahibkarlıq fəaliyyətinin məzmununu dəqiq əks etdirir. İqtisadi ədəbiyyatda "sahibkar" anlayışı haqqında müxtəlif fikirlərə rast gəlinir, ancaq onların hamısında müəyyən oxşarlıq nəzərə çarpır. Sahibkar haqqında çoxsaylı baxışları ümumiləşdirərək, belə bir nəticə çıxarmaq olar: sahibkar — risk şəraitində fəaliyyət göstərən, təşəbbüskar, yaradıcı və sosial-iqtisadi mexanizmi təşkil edən insandır. Düzdür, "sahibkar və sahibkarlıq" anlayışlarında yaxınlaşma hiss olunur. Əslində sahibkar — sahibkarlıq fəaliyyəti ilə məşğul olan insandır.
Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə aşağıdakılar məşğul ola bilərlər:
— fəaliyyət qabiliyyəti olan respublikanın hər bir vətəndaşı; — mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər; hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs:
— xarici hüquqi şəxslər. Sahibkarlığın subyektləri həm fərdi adamlar və ya həm də partnyorların birliyi ola bilər. Sahibkarlığın subyekti kimi fərdi adamlar şəxsi, yaxud ailə müəssisəsi təşkil etmək yolu ilə çıxış edirlər. Bu cür sahibkarlar öz əmək məsrəfləri ilə məhdudlaşa bilər, yaxud isə qəbul etdiyi adamların əməyindən istifadə edə bilər. Sahibkarlığın obyekti kimi tərəfdaşların birlikləri müxtəlif təsərrüfat assosiasiyaları; icarə kollektivləri, səhmdar cəmiyyətləri, yoldaşlıq formasında çıxış edə bilərlər.
Sahibkarlıq fəaliyyətinin ən mühüm cəhətlərinə aid etmək olar;
1. Təsərrüfat subyektlərinin sərbəst və müstəqil olması. Hər bir sahibkar istənilən məsələ üzrə qərar qəbul edərkən sərbəstdir. Əlbəttə, hüquqi norma çərçivəsində;
2. İqtisadi maraq. Sahibkarın başlıca məqsədi yüksək mənfəət əldə etməkdir. Bununla bərabər, sahibkar öz şəxsi məqsədinə çatmaq üçün ictimai mənafeyə nail olunmasına da səbəb olur;
3. Təsərrüfat riski və məsuliyyət, istənilən hər hansı dəqiq hesablamalarda, əsaslandırılmış, düşünülmüş proqnozlarda, idarəetmə qərarlarında qeyri-müəyyənlik, risk qalır.
Sahibkarlığın sözügedən mühüm əlamətləri bir-birilə sıx qarşılıqlı əlaqədardır və eyni vaxtda fəaliyyətdə olurlar.
Xüsusi sahibkarlığın başlıca məqsədi qazanc, mənfəət götürməkdir. Lakin cəmiyyətin ümumi İqtisadi tərəqqisi baxımından xüsusi sahibkarlığa başqa meyarla da baxmaq lazımdır. A. Smit bunu açıqlayaraq yazmışdır ki, xüsusi sahibkar bilavasitə mənfəət götürmək naminə fəaliyyət göstərsə də o, eyni zamanda həm də qeyri-şüurlu olaraq, bilavasitə Öz əmlakına aid olmayan başqa bir zəruri, vacib amala, cəmiyyətin ümumi mənafeyinə (məsələn, məhsul istehsalının artmasına və keyfiyyətinin yüksəldilməsinə, səmərəli fəaliyyətə, mədəni ticarət xidmətinə, istehsalın modernləşdirilməsinə, iqtisadiyyatın demokratikləşməsinə və s.) də xidmət etmiş olur. Deməli, xüsusi sahibkarlıq yalnız şəxsi mənafe məsələsi deyil, eyni zamanda ictimai məsələdir.[mənbə göstərin]
Sahibkarlığın növləri
[redaktə | mənbəni redaktə et]Sabihkarlığın aşağıdakı növləri vardır:
- Fərdi sahibkarlıq
- Kollektiv sahibkarlıq
- Koporativ sahibkarlıq