Səudiyyə-Yəmən müharibəsi
Səudiyyə-Yəmən müharibəsi | |||
---|---|---|---|
Tarix | 6 fevral—23 iyun 1934 | ||
Yeri | Ərəbistan yarımadası | ||
Nəticəsi | Səudiyyə Ərəbistanının qalibiyyəti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Səudiyyə-Yəmən müharibəsi — Səudiyyə Ərəbistanı və Yəmən arasında 1934-cü ildə başvermişdir.
Münaqişənin tarixi
[redaktə | mənbəni redaktə et]1930-cu illərdə Ərəbistan yarımadasının cənubunda vəziyyət imam Yəhyaın ələhinə işləyirdi. Onun Ədəndə yerləşən ingilis koloniyaları ilə münasibətləri normallaşdıra bilməməsi və «nə müharibə, nə sülh» ingilislərin lehinə işləyirdi. Belə ki, sərhəddə daim gərginlik saxlanılırdı. Üstəlik ingilis kolonizatorları imam Yəhya və Əbdül Əziz ibn Səud arasında münasibəti pisləmdirməyə çalışırlar. Bu isə Yəmənin şimal rayonlarında gərginliyi artırdı. Artıq getdikcə Səudiyyə Ərəbistanı və Yəmən arasında münaqişə yaranırdı. Hər iki ölkənin başçısı ilk öncə türklərə qarşı mübarizə apararaq Birinci Dünya müharibəsindən sonra müstəqillik əldə etmişdilər. Hər ikisi ölkələrinin birləşdirilmədi xəttini götürmüşdü. Hər iki dövlət başçısı ingilislərin daimi təzyiqini hiss edirdi.
1932-ci il
[redaktə | mənbəni redaktə et]- 1932-ci ildə Əsir əmirliyinin əmiri Muhammed əl-İdrisi Səudiyyə Ərəbistanının tərkibindən çıxaraq müstəqil olduğunu edir.
- İki ölkə arasında münaqişə Muhammed əl-idrisinin uğursuz addımındann sonra Əbdül Əziz ibn Səud əmirliyin hüquqi statusunu aradan qaldıraraq onu Səudiyyə krallığının tərkibinə qatması olur.
- Uğursuz üsyandan sonra Muhammed əl-İdrisi Yəmənə qaçır.
- Bundan sonra Səudiyyə-Yəmən danışıqları başlayır.
1933-cü il
[redaktə | mənbəni redaktə et]- Mart. İmam Yəhya və kral Əbdül Əzizin nümayəndələri əl-İdrisinin hakimiyyətinin bərpa olunmasını müzakiyə edirdilər. Ancaq Əbdül Əziz Şimali Əsirin ona verilməsini və əl-İdrisinin ailə üzvlərinin geri qaytarılmasını tələb edirdi.
- Səudiyyə-yəmən danışıqlıqları 1932-ci ilin sonları — 1933-cü ilin əvvəllərində aparılmış danışıqlar dayandılır.
- Mübahisəyə Nacran vilayəti səbəb olur. 1933-ci ilin aprelində şahzadə Əhməd Yəmənin şimalında antimam hərəkətini başladır. İmama italyanlar yardım edirdilər. Onlar həm də onun hakimiyyətinin güçləndirilməsinə yardım edəcəklərini boynuna alırlar. Üstəlik ingilis kolonistləri fikirləri ədən protektoratından uzaqlaşdırnağa çalışırdı.
- May. Yəmən Nacran vilayətini ələ keçirərək Əsirdən Necdə gedən yolu bağlayır.
- Payız. Yəmən qoşunları Nacranın bir necə yaşayış məntəqəsini tutaraq vilayətin daxilinə irəliləyir.
1934-ci il
[redaktə | mənbəni redaktə et]- Fevralda səudiyyə-yəmən danışıqlıqları başlayır. Bu müharibə öncəsi son döyüş olur.
- İki cəbhədə mübarizədə aparmaq istəməyən İmam Yəhya ingilislərlə danışıqları bərpa edir. Artıq ingilislərin şərtlərini fevralda qəbul etdiyindən sonra «dostluq və qarşılıqlı anlaşma» haqqında müqavilə imzalanır. Xırda detalların işlənilməsi isə 40 il ərzində həll edilməli idi. Bununla da Böyük Britaniya Ərəbistan yarımadasının cənubunda 40 il müddətində qalmağı təmin etmiş olur.
- Böyük Britaniya ilə məsələləri sülhkə həll etdikdən sonra fikri şimala yönəldir. Açıq şəkildə Əsir əmirliyinin ərazisinin Yəmənə məxsusluğunu bildirir. Əbdül Əziz ibn Səud öz növbəsində Mohaya qədər olan əraxilərə idia qaldırır. Ütəlik hələ 1923-cü ildən Səudiyyə qoşunları tərəfindən qoşun yerləşdirilən Nacran vilayətini öz ərazisi hesab edirdi.
Tərəflərin güçü
[redaktə | mənbəni redaktə et]Səudiyyənin əsas qüvvələri köçəri-bədəvilər idi. Onların silahları Birinci Dünya müharibəsi dönəmindəki kimi idi. Bu baxımdan onların qalibiyyətinə inam az idi. Ancaq 30-cu illərdə ordu yeni siıahlarla təmin edilmişdi. Bu səbəbdən müharibə öncəsi vəziyyət Səudiyyə ordusunun lehinə idi. Onların əsas qüvvələri əsasən sərhəd qoşunları xüsusiyyətini daşıyırdı. Onların əsas silahları "Li-Enfild" və "Ross-Enfild" tüfəngləri idi. Onların böyük hissəsi Birinci Dünya müharibəsindən qalmışdı. Üstəlik türklərdən qənimət olaraq Mauzer 98k tüfəngləri qalmışdı. Britaniya "Vikkers" pulemyotu və "Rolls-roys" zirehli avtomobili almışdı. Britaniyadan Vickers Mk. II və Vickers Carden-Loyd Mk. VIb tankları alınmışdı.
Osmanlı dönəminin 300 yüksək rütbəli hərbçilərinin köməyi ilə ordu təşkil olunmuşdur:
- Daimi qoşunlar 50000 nəfərdən ibarət idi.
- İmamın xüsusi qvardiyası. 5000 nəfərdən ibarət idi
1920-ci ildə Yəmən Almaniya və İtaliyadan silahlar alırdı. Almaniyadan Mauzer 98k tüfənkləri alınmışdı. İtaliyadan isə 1926-cı ildə 4 zenit qurğusu və 2000 tüfənq alır. Müharbənin gedişində Britaniya və İtaliya daim Yəmənə silah tədarük edirdi.
Müharbənin gedişi
[redaktə | mənbəni redaktə et]- 1934-ci ildə Səudiyyə Əsir vilayətinin cənubunu və Tihamın bir hissəsini işğal edir.
- İkinci cəbhədə isə onlar Nacranın bir hissədini işğal efərək Saada istiqamətlənirlər.
- Qərb dövlətlərinin hədəfi öz gəmilərini Hodeydeyə və Səudiyyənin qərb sərhədlərinə yönəlmək olur.
- Mart-aprel 1934-ci ildə Səudiyyə qoşunları nəinki mübahisəli əraziləri həm də Yəmənin sahil bölgələrini ələ keçirirlər.
- 1934-cü ilin aprelinin əvvələrində,Əbdül Əziz ibn Səudun imama öz qoşunlarını,Nacrandan çıxarmağı əmr etsədə cavab gəlməməsi səbəbindən Yəmənin daxilinə hərəkəti davam etdirir. Əmir Veydəlin qüvvələri Tihamı, əmir Səudun qüvvələri isə Hodeydəni işğal edərək Saaadanı yandırırlar. Bununla da müharibənin bu hissəsində məsələ Səudiyyənin lehinə həll edilir.
- Müharibəyə artıq Avropa ölkələri qoşulur. İtaliya Yəməni açıq şəkildə dəstəklədiyini bildirir. Hodeydənon işğalından dərhal sonra bölgədə ingilis, italyan və fransız qüvvələri görünür. Formal olsa da, Britaniya birtərəfliyini elan edir. Ancaq xaricilərin təzyiqi ilə Səudiyyə daha irəliyə gedə bilmir.
1934-vü il sülh danışıqları və nəticəsi.
[redaktə | mənbəni redaktə et]İki ölkə arasında danışıqlar başlayır. Nəticəsi olaraq 20 may 1934-cü ildə «Müdəlman dosluğu və ərəb qardaşlığı» adlı müqavilə imzalanır. Bununla da müharibə bitir iki ölkə arasında sülh bərqarar olunur.
23 iyunda İki ölkə arasında imzalanan müqavilə ilə İmam Yəhya Əsir, Cizan və Nacranın bir hissəsinə olan iddiasından əl çəkir. Əvəzində isə Səudiyyə işğal etdiyi Yəmən torpaqlarından çəkilir.
1936-ci ildə Qaif anlaşması ilə sərhəd məsələsini həll edirlər:
- Cizan Səudiyyə tərkibinə keçir.
- Nacran vilayəti iki ölkə arasında bölünür. Sərhəd olaraq Vadi-Nacran olaraq götürülür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Rongxing Guo. Cross border resource management, theory and practice. Ed. S. V. Krupa. Elsevier, 2005: p.115.
Mənbə
[redaktə | mənbəni redaktə et]- http://www.diphis.ru/content/view/182/#2
- http://forum.axishistory.com/
- http://mailer.fsu.edu/~akirk/tanks/ Arxivləşdirilib 2013-10-30 at the Wayback Machine
- http://members.tripod.com/~marcin_w/index-2.html
- http://www.al-bab.com/yemen/pol/int1.htm Arxivləşdirilib 2012-02-05 at the Wayback Machine
- http://www.tivolijardim.com/yemen/konflikt Arxivləşdirilib 2014-07-18 at the Wayback Machine
- http://www.tivolijardim.com/yemen/sovetsko-yemenskiy-dogovor-o-druzhbe Arxivləşdirilib 2014-07-20 at the Wayback Machine
- http://www.tivolijardim.com/saudovskaya-araviya/dogovor-ob-ustanovlenii-saudovskogo-protektorata Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine
Mənbə
[redaktə | mənbəni redaktə et]- Twitchell, K. S. "The Operations in the Yemen". Journal of The Royal Central Asian Society. 21 (3). 1934: 445–49.