Səttar Səfərov
SƏTTAR SƏFƏROV | |
---|---|
Səttar İsmayıl oğlu Səfərov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Baki |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahəsi | İqtisadiyyat |
Elmi dərəcəsi | İqtisad elmləri doktoru |
Elmi adı | Professor |
İş yerləri | |
Təhsili | |
Mükafatları |
Səttar İsmayıl oğlu Səfərov (18 iyul 1937, Şirazlı, Vedi rayonu – 21 may 2011, Bakı) — dövlət xadimi, iqtisad elmləri doktoru, professor; Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycanın müasir iqtisadi sisteminin nəzəri və praktiki əsasların yaradılmasında öz fəsilini yazan iqtisadçı-alim.
Həyatı
[redaktə | mənbəni redaktə et]Səttar İsmayıl oğlu Səfərov 1937-ci il iyulun 18-də Qərbi Azərbaycanın Vedi rayonunun Şirazlı kəndində anadan olmuşdur.
1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş və 1964-cü ildə müvəffəqiyyətlə bitirmişdir. 1966-cı ildən Azərbaycan Neft və Kimya İnstitutunun siyasi iqtisad kafedrasında müəllim işləmişdir.
1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda aspirant olmuşdur. 1970-ci ildə aspiranturasını bitirmişdir. Elmi rəhbəri Azərbaycan EA müxbir üzvü, iqtisad elmləri doktoru, professor Teymur Vəliyev olmuşdur.
1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Elmi Şurasında İş gününün qısaldılmasının iqtisadi əsaslarına dair namizədlik dissertasiyası müdafiə etmişdir.
1984-cü ildə Moskvada İctimai Elmlər Akademiyasının Elmi şurasında Üstqurum amillərinin iqtisadi münasibətlərin təkmilləşdirilməsi və inkişafına təsiri probleminə aid doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun elmi məsləhətçisi Rusiya EA həqiqi üzvü, professor Leonid Abalkin olmuşdur. 1986-cı ildə ona professor elmi adı verilmişdir.
1966–1971-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Siyasi iqtisad kafedrasının müəllimi, baş müəllimi, 1971–1995-ci illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında baş müəllim, dosent, kafedra müdiri, tədris işləri üzrə prorektor, 1989-cu ildən rektor və 1990–1995-ci illərdə həmin filialın bazasında yaradılmış Azərbaycan Kooperasiya İnstitutunun rektoru vəzifələrində işləmişdir.
1995-ci ildə Ucar-Göyçay seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir, 1995-ci ilin dekabrında isə Milli Məclis onu Büdcə məsələləri Daimi Komissiyasına sədr seçmişdi. Onun rəhbərliyi ilə maliyyə-kredit, büdcə-vergi siyasətinə dair 100-dən çox qanun layihəsi və ya mövcud qanunlara dəyişikliklər və əlavələr Milli Məclisdə müzakirə olunaraq qəbul edilmiş və hazırda iqtisadi fəaliyyətin müxtəlif sahələrində istifadə edilir.
2000-ci ilin noyabrında 49 saylı Ağdaş seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə seçilmiş, 2000-ci ilin dekabrından isə Milli Məclis onu İqtisadi Siyasət Daimi Komissiyasına sədr seçmişdi. 2000–2005-ci illərdə S. Səfərovun sədr olduğu İqtisadi siyasət komissiyası 386 sənədi Milli Məclisin müzakirəsinə çıxarmışdır.
1995–2005-ci illər ərzində ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuşdur. Dağlıq Qarabağ problemilə bağlı vacib sualları müzakirəyə qaldırırdı və düşmənlərimiz tərəfindən qaldırılan polemikadan uğurla çıxırdı. Səttar Səfərov həm də Azərbaycan–Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri kimi uğurlu fəaliyyət göstərmişdir.
1996-cı ildən 2004-cü ilə kimi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisadiyat və hüquq şuranın sədri, 2004-cü ildən 2009-cu ilə kimi həmən Şuranın fəal üzvü olmuşdur.
Həmçinin 1996-cı ilin martından 1999-cu ilin martına kimi Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda aparıcı elmi işçisi idi.
1997-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki seçilmişdi. 2004-cü ildə "KONSULTİNQ & BUSİNESS" jurnalının təsis etdiyi "Uğur" Milli Mükafatının biznesin inkişafına və təşəbbüslərin dəstəklənməsinə töhfəsinə görə laureatı olmuşdur.
2007-ci il iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Səttar İsmayıl oğlu Səfərov "Şöhrət" ordeni ilə təltif edilmşdir. Sərəncamda bildirilir ki, Səttar Səfərov Azərbaycanın iqtisadi inkişafındakı xidmətlərinə görə təltif edilir[1][2].
Həyatının son illərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının professoru olmuşdur.
Səttar Səfərov Azərbaycan iqtisadçılarından biri idi. O iqtisad elmində ilk dəfə iqtisadi inkişafa qeyri-iqtisadi amillərin təsirini tədqiq edənlərdən biri olmuşdur[3][4][5][6].
26 kitabın və 350-dən artıq elmi məqalənin müəllifidir[7][8]. Evli idi, iki övladı var.
21 may 2011-ci ildə Bakı şəhərində vəfat etmişdir[9].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "S. İ. Səfərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-24.
- ↑ S. İ. Səfərovun "Şöhrət" ordeni ilə təltif edilməsi
- ↑ "Fədakar alim ömrü". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-24.
- ↑ "İqtisad elminin nümayəndəsi". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-24.
- ↑ Ömürdən bir yarpaq [ölü keçid]
- ↑ Şərq qəzeti [ölü keçid]
- ↑ Kitabları və dərslikləri [ölü keçid]
- ↑ Məqalələri [ölü keçid]
- ↑ Milli Məclisinin keçmiş deputatı vəfat edib [ölü keçid]
- 18 iyulda doğulanlar
- 1937-ci ildə doğulanlar
- Vedi rayonunda doğulanlar
- 73 yaşında vəfat edənlər
- 21 mayda vəfat edənlər
- 2011-ci ildə vəfat edənlər
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimləri
- Bakı Dövlət Universitetinin məzunları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- Bakıda vəfat edənlər
- Vedibasarda doğulanlar
- Azərbaycan iqtisadçıları
- Professorlar
- Azərbaycanlı alimlər
- Azərbaycan Milli Məclisinin I çağırış deputatları
- Azərbaycan Milli Məclisinin II çağırış deputatları