Rona üzərində ulduzlu gecə
Rona üzərində ulduzlu gecə | ||
---|---|---|
fr. Nuit étoilée sur le Rhône | ||
| ||
Rəssam | Vinsent Van Qoq | |
Tarixi | Sentyabr 1888 | |
Üslubu | peyzaj | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 720 mm × 921 mm | |
Materialı | yağlı boya[d][1] | |
Saxlanıldığı yer | Orse muzeyi | |
Saytı | vggallery.com/painting/p… | |
İnventar nömrəsi | RF 1975 19 | |
Vikianbarda əlaqəli mediafayllar |
Rona üzərində ulduzlu gecə (sentyabr 1888, fransızca: Nuit étoilée sur le Rhône), Vinsent van Qoq-un gecə saatlarında Arl şəhərini təsvir etdiyi rəsmlərindən biridir. Əsər Van Qoqun kirayə qaldığı "Place Lamartine"dəki Sarı evdən cəmi bir-iki dəqiqəlik məsafədəki Rona sahilində rəngləndi. Gecə səması və gecə işığının təsiri onun Kafe terasındakı gecə (eyni ayda rənglənmişdir), Sen-Remi-də çəkilən Ulduzlu gecə kimi daha məşhur rəsmlərinin bəzilərini mövzuyla təmin etmişdir.[2]
Əsərin eskizi, Van Qoq-un dostu Ejen Boş-a, 2 oktyabr 1888-ci ildə göndərdiyi məktubda yer alır.[3]
Hal-hazırda Parisdəki Orse muzeyində olan Rona üzərində ulduzlu gecə ilk dəfə 1889-cu ildə Parisdə "Müstəqil Rəssamlar Cəmiyyəti"nin(Société des Artistes Indépendants) illik sərgisində nümayiş etdirildi.[4] Əsər Vinsentin qardaşı Teo tərəfindən əlavə edilmiş Van Goqun "Süsənlər" ilə birlikdə nümayiş olundu, baxmayaraq ki, Vinsent rəsmlərindən birini Arldakı bağlardan götürməyi təklif etmişdi.
Mövzusu
[redaktə | mənbəni redaktə et]Görünüş Ronenin şərq tərəfindəki çay sahilindəki bir küçədən, çayın qərb sahilindəki bir küncdən gəlir: şimaldan enən Rone Arlın tikildiyi qayaları bağlamaq üçün sağa dönür. Sent-Culyen və Sent-Trofim qüllələri solda, sağda isə şəhərətrafı bir məhəllədə Arl və Trinquetailleni bağlayan dəmir körpüdür. Bu, Lamartinin cənub-qərbinə doğru bir nöqtənin olduğunu izah edir.
Gecənin rəngləri
[redaktə | mənbəni redaktə et]Gecə boya çəkmənin çətinliyi van Qoq-u maraqlandırdı. Ronanın üzərindəki ulduzlu gecə üçün seçdiyi nişan nöqtəsi, Ronasın parlaq mavi suyu boyunca Arldakı qaz işıqlarının əksini almağa imkan verdi. Ön planda çayın sahilində iki aşiq gəzir.
Rəngin təsvir edilməsi Vinsent üçün böyük əhəmiyyətə malik idi; qardaşı Teoya yazdığı məktublarda, şəkillərindəki əşyaları rəng baxımından tez-tez təsvir edirdi. Rona üzərində ulduzlu gecə də daxil olmaqla gecə şəkilləri, gecə səmasının, parlaq rənglərini və dövr üçün yeni olan süni işıqlandırmanı istifadə etməyə verdiyi əhəmiyyətini vurğulayır.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ RKDimages (nid.).
- ↑ "Ulduzlu gecə/Starry Night" (ing. ). vggallery.com. 2019-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2019.
- ↑ "Vinsent van Qoq-dan Ejen Boş-a 2 oktyabr 1888-ci il tarixli məktub" (ing. ). eugeneboch.com. 29 iyul 2012 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ Martin Bailey. Ulduzlu Gecə: Sığınacaqda Van Qoq/Starry Night: Van Gogh at the Asylum. London: White Lion Publishing. 2018. səh. 167. ISBN 9780711239203.
- ↑ "The Starry Night Over The Rhone, 1888 by Vincent Van Gogh" (ing. ). vincentvangogh.org. 2019-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2019.