Senat

Vikipediya, azad ensiklopediya
(Roma senatı səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

Qədim Roma tarixi

lat. Senatus Populusque Romanus
Senat və Roma xalqı
Dövrlər
Roma çarlığı

( e. ə. 754 e. ə. 509)

Roma Respublikası

( e. ə. 509 e. ə. 27)

Roma İmperiyası

( e. ə. 271453-cü illər)

Respublika konstitusiyası
Magistratlar
Fövqəladə magistratlar
Titullar
Sülalələr
Əhali, inzibati və sosial tərkib
Qədim Romada hüquq
Senat iclası

Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi.

Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi.

Senat üzvlərinin (e.ə. 88 ilədək 300 nəfər, sonra 600) siyahısını senzor tərtib edirdi. İmperiya dövründə senatın hüquqları daha da məhdudlaşdırılmış, Diokletianın dövründə Roma şəhər şurasına çevrilmişdi.

Senator adı ömürlük verilirdi. İmperiya dövründə irsən keçir, yaxud imperator tərəfindən bəxş edilirdi.

İndiki zamanlarda bəzi dövlətlərdə, məsələn ABŞ KonqresininFransa Respublikası Milli Məclisinin yuxarı palatası Senat adlanır.