Reyqan doktrinası
Reyqan doktrinası (ing. Reagan Doctrine) — Amerika Birləşmiş Ştatları prezidenti Ronald Reyqanın Soyuq müharibənin son illərində Sovet İttifaqı və kommunistlərin dünya üzərindəki təsirini yox etməyi qarşısına məqsəd qoyan xarici siyasət strategiyasıdır. Bu doktrina 10 ildən az bir müddət istifadə olunsa da 1980-ci illərdən SSRİ-nin dağıldığı 1991-ci ilə qədər ABŞ xarici siyasətinin mərkəzində olmuşdur.
Reyqan doktrinası çərçivəsində ABŞ SSRİ-nin dəstəklədiyi Afrika, Asiya və Latın Amerikasındakı sosialist ölkələrdəki anti-kommunizm meyilli hərəkatlara açıq və ya gizli dəstək vermişdir. Doktrinanın əsas məqsədi Sovet İttifaqının təsirinin güclü olduğu ölkələrdə bu təsiri azaltmaqdan ibarət olmuşdur. Bu çərçivədə Əfqanıstanda mücahidlər, Anqolada Jonaş Savimbinin rəhbərlik etdiyi UNİTA və Nikaraquada Kontras kimi hərəkatlar ABŞ hökuməti tərəfindən dəstəklənmişdir.[1]
Doktrina Corc Buşun hakimiyyəti dövründə də davam etmiş, lakin Soyuq müharibənin sonlarına doğru təsiri azalmışdır. Doktrinanın sona çatmasına SSRİ-nin dağılması və prezident Buşun iqtisadi məsələlərlə bağlı olaraq hərbi xərcləri azaltması qərarı səbəb olmuşdur.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Case concerning military and paramilitary activities in and against Nicaragua (Nicaragua v. United States of America), International Court of Justice, Order of 26 september 1991" (PDF). 24 September 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2017.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- The Reagan Doctrine: Sources of American Conduct in the Cold War's Last Chapter, by Mark P. Lagon, Praeger Publishers, 1994.
- "A U.S. Strategy to Foster Human Rights in Ethiopia" Arxivləşdirilib 2006-08-23 at the Wayback Machine, by Michael Johns, Heritage Foundation Backgrounder # 692, February 23, 1989.
- "The Contras, Cocaine, and Covert Operations", by Gary Webb, National Security Archive, George Washington University, August 1996.