Bu, seçilmiş məqalədir. Daha çox məlumat üçün klikləyin.

Reynhard Heydrix

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Reynhard Heydrix
alm. Reinhard Tristan Eugen Heydrich
Reyx Təhlükəsizliyinin Baş İdarəsi rəisi
Reyx Təhlükəsizliyinin Baş İdarəsi rəisi
bayraq
Bohemiya və Moraviyanın imperiya protektoru vəzifəsini icra edən
bayraq2
Vəzifədədir
27 sentyabr 1941 - 4 iyun 1942-ci ildən
ƏvvəlkiKonstantin Fon Neyrat
SonrakıKurt Dalyuqe
27 sentyabr 1939-cu il – 4 iyun 1942-ci il
Əvvəlkivəzifə birləşdirilib
SonrakıHenrix Himmler
22 aprel 1939-cu il – 27 sentyabr 1939-cu il
ƏvvəlkiRudol Dils
SonrakıHenrix Müller
bayraq
İnterpol prezidenti
24 avqust 1940-cı il – 4 iyun 1942-ci il
ƏvvəlkiOtto Ştaynhoylxs
SonrakıArtur Nebe
Şəxsi məlumatlar
Doğum adı Reinhard Tristan Eugen Heydrich
Doğum tarixi
Doğum yeri Halle, Merzeburq, Saksoniya, Prussiya krallığı
Vəfat tarixi (38 yaşında)
Vəfat yeri Praqa, Bohemiya və Moraviya protektoratlığı, Üçüncü Reyx
Vəfat səbəbi güllə yarası[d], sepsis
Dəfn yeri
  • İnvalidenfridhof[d]
Partiya Nasional Sosialist Alman Fəhlə Partiyası
Təhsili Münhen Texniki Universiteti
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu, pilot, əsgər
Atası Bruno Heydrix
Anası Elizabet Heydrix (qız soyadı Karanç)
Həyat yoldaşı Lina Heydrix
Uşaqları oğulları Klaus (17.06.1933 — 24.10.1943) və Hayder (28.12.1934), qızları Zilke (Silke) (09.04.1939) və Marta (23.07.1942)
Dini katolik
Hərbi xidmət
Xidmət illəri 1926—1931
Mənsubiyyəti Veymar Respublikası
Qoşun növü Reichsmarine
Rəhbərlik edib Gestapo
Döyüşlər İkinci Dünya Müharibəsi
Rütbəsi SS Oberqruppenfüreri və polis generalı

Təltifləri

Almaniya ordeni, Qan ordeni,
Döyüşdə yaralanma döş nişanı,
Dəmir xaç ordeni,
Dəmir xaç ordeni,
Xidmətə görə Alman qartalı ordeni

"13 mart 1938-ci il xatirəsi" medalı
"1 oktyabr 1938-ci il xatirəsi" medalı
"22 Mart 1939cu il xatirəsi" medalı
"Atlantik divarının inşasına görə" medalı
NSAFP-nın qızıl döş nişanı
NSAFP-da illərlə xidmətə görə medal
Dansiq Xaçı
Dansiq Xaçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Reynhard Tristan Oyqen Heydrix (alm. Reinhard Tristan Eugen Heydrich‎; 1904-cü il martın 7-si Halle, Merzeburq, Saksoniya, Prussiya krallığı — 1942-ci il iyunun 4-də Praqa, Bohemiya və Moraviya protektoratlığı, Üçüncü Reyx) — Nasist Almaniyasının siyasətçisi və dövlət xadimi, Reyx Təhlükəsizliyinin Baş İdarəsi rəisi (1939-1942), Bohemiya və Moraviyanın imperiya protektorunun müavini (vəzifəsini icra edən; 1941-1942). SS Oberqruppenfüreri və Polis generalı (1941-ci ildən).

“Yəhudi məsələsinin son həlli”nin təşəbbüskarlarından biri,[1][2][3] və yəhudilərin soyqrımına təkan vermiş Vanze konfransının əsas təşkilatçısı və sonradan onun qərarlarının icraçısı olmuşdur. Heydrix Üçüncü Reyxin daxili düşmənləri ilə mübarizə üzrə fəaliyyət koordinatoru vəzifəsini yerinə yetirmişdir.

Bir çox tarixçilər onu Nasist rejiminin ən müəmmalı üzvlərindən biri hesab edirlər.[4][5][6] Hətta Adolf Hitler onu "dəmir ürəkli adam" adlandırmışdı.[7] Heydrix həbslər, deportasiyalar və qətllər yolu ilə Nasist Partiyasına qarşı müqaviməti axtaran və zərərsizləşdirməkdə ittiham olunan Təhlükəsizlik xidmətinin (SD) qurucusu və rəhbəri idi. O, 1938-ci il 9-10 noyabr tarixlərində Nasist AlmaniyasındaAvstriyanın bir hissəsində "Büllur gecə" adı almış yəhudilərə qarşı hücum və talanların təşkilində bir başa əlaqəsi olan şəxs idi. Bu talanlar SA-nın hücum bölükləri və mülki şəxslər tərəfindən həyata keçirilmiş və Holokostun başlanğıcı sayılır. Bohemiya və Moraviya protektoru təyin olunduqdan sonra Praqaya gəldikdə isə Heydrix çex mədəniyyətini boğaraq, Çexiya müqavimətinin üzvlərini sürgün edib edam edərək nasist işğalına qarşı olan müxalifəti aradan qaldırmaqla məşğul oldu. Bunun üçün o ən qədar üsullardan belə çəkinməmişdir. O, Avropa ölkələrini bir-birinin ardınca istila edən alman ordularının arxasınca gedən və 1,3 milyon yəhudi də daxil olmaqla kütləvi qırğınlar törədən, iki milyondan çox insanın ölümünə səbəb olan xüsusi təyinatlı qüvvələr olan "Einsatzgruppe"nin yaradılmasında birbaşa məsuliyyət daşıyırdı.

Heydrix Böyük Britaniya xüsusi xidmət orqanı "Xüsusi Əməliyyatlar İdarəsi" və Çexoslovakiyanın Qurtuluş Milli Komitəsi (Mühacir Çexoslovakiya hökuməti) tərəfindən hazırlanan və həyata keçirilən "Antropoid" diversiya əməliyyatı nəticəsində sui-qəsd cəhdindən sonra ölmüşdür. Sui-qəsdin birbaşa icraçıları agentlər Yozef Qabşik və Yan Kubiş idilər. Heydrixin ölümü günü nasistlər çex əhalisinə qarşı kütləvi terror kampaniyasına başladılar. Praqada kütləvi axtarışlara başlanıldı və 201 qadın da daxil olmaqla 1331 çex öldürüldü. 1942-ci il iyunun 9-da Heydrixin dəfni günü qisas olaraq Lidiçe və Lezaki kəndləri təmamilə məhv edildi. Əhalisi güllələndi və konsentrasiya düşərgələrinə göndərildi. Sui-qəsdçiləri gizlətdiyi üçün Çex Pravoslav Kilsəsinin yepiskopu və bir çox ruhaniləri güllələndi. Çex Pravoslav Kilsəsinin özü isə qadağan edildi.[8]

Uşaqlıq və gənclik illəri

[redaktə | mənbəni redaktə et]

Reynhard Tristan Oyqen Heydrix 1904-cü il martın 7-də Halledə anadan olmuşdur.[9] Reynhardın anası Elizabet, qızlıq soyadı Krans varlı ailəyə mənsub idi. Onun atası Oyqen Krans Drezdendəki Kral Konservatoriyasına rəhbərlik edirdi.[10] Reynhardın atası Bruno Heydrix opera müğənnisibəstəkar idi. Bruno Heydrixin operaları KölnLeypsiq teatrlarında səhnəyə qoyulmuşdu. Musiqi Heydrix ailəsinin gündəlik həyatının bir hissəsi idi. 1899-cu ildə Bruno Hallede orta təbəqə nümayəndələri uşaqları üçün musiqi məktəbi açdı, ancaq yenə də şəhərin yüksək cəmiyyətinə daxil ola bilmədi. Reynhardın anası burada fortepiano dərsi deyirdi.[11] Reynhard gənc illərdən skripkada ifanı xüsusi ehtiras ilə edirdi. Yetkinlik yaşında olarkən Heyndrixin musiqi istedadı dinləyiciləri heyran qoyurdu.[12]

Erkən yaşlarından Reynhard siyasətlə maraqlanırdı. Onun valideynləri irq nəzəriyyəçisi Hyuston Çemberlenin "irqlərin mübarizəsi" mövzusuna həsr olunmuş əsərini oxumuşdu.[13] Birinci Dünya Müharibəsi başlayanda Reynhardın 10 yaşı var idi. Müharibənin sonunda Reynhard Halledəki nümayişləri və küçə qarşıdurmalarını izləmək imkanı əldə etdi.[14]

1919-cu ildə 15 yaşlı məktəbli olan Reynhard Heydrix siyasətlə məşğul olmağa başladı və "Georg Lüdvig Rudolf Merker" adlı hərbçi millətçi təşkilata qoşuldu.[15] Heydrix özündə döyüş ruhunu inkişaf etdirərək idmanla fəal məşğul olmağa başlayır.

1918-1919-cu illərdə Halle şəhərində pan alman gənclər birliyi olan "Milli Alman Gənclər Birliyi" təçkilatına üzv olur.[16] Bu təşkilat Reynharda çox mülayim göründüyündən, o 1920-ci ildə "Alman Xalq Müdafiə və Hücum Birliyinə" qoşulur[17] (alm. Deutschvölkischer Schutz- und Trutzbund‎). Elə həmin il siyasi həyatda daha fəal iştirak etməyə can atan Heydrix "Lyuçius" diviziyasına qoşulur.[18] Bu diviziyaya Haledə yerləşən gənclərin militarist vətənpərvər hərəkat ideyalarının yayıldığı könüllü qrupların bir hissəsi daxil idi.[3] 1921-ci ildə o, yeni bir təşkilat yaratdı. Təşkilat "Alman milli gənclər dəstəsi" adlanırdı.[3]

Hərbi donanmada xidmət

[redaktə | mənbəni redaktə et]

Müharibədən sonrakı Almaniyanı bürüyən iqtisadi böhran Bruno Heydrixin musiqi məktəbini iflas vəziyyətinə gətirdi.[19] Reynhard əla skripka ifa etsə də, musiqiçi karyerası indi heç bir yaxşı gələcək vəd etmirdi. Həmçinin Heydrixin xəyalını qurduğu kimyaçı karyerası da maddi cəhətdən perspektivsiz görünürdü.[20]

1922-ci il martın 30-da[14] Heydrix Kil şəhərindəki hərbi-dəniz məktəbinə daxil oldu. Donanma sərt şərəf kodeksi ilə gənc Heydrixə millətin elitası kimi görünürdü. 1926-cı ildə kolleci bitirdikdən və leytenant rütbəsi aldıqdan sonra, Heydrix donanma kəşfiyyatında xidmətə göndərildi. Gələcək Abver lideri və gələcək admiral Vilhelm Kanaris Berlin kruizerində yüksək rütbəli zabit olarkən onun karyera yüksəlişinə töhfə verməyə başladı. Kanaris ailəsi ilə Heydrix arasında münasibətlər çox yaxın idi. Məsələn, Heydrix tez-tez Kanarisin həyat yoldaşı ilə simli kvartetdə ifa edirdi.[21]

Ancaq Heydrixin xidmət yoldaşları ilə münasibətləri o qədər də yaxşı deyildi. Bir vaxtlar atası kimi, ona da yəhudi əcdadları haqqında şayiələr mane olurdu. Hərbi Dəniz Qüvvələrində xidmət etdiyi müddətdə Heydrix daha çox idmanda, xüsusən də beşnövçülükdə fəal idi.[22]

Heydrixin arvadbaz olması barədə şayiələr yayılmağa başlamışdı.[21] 1930-cu ilin dekabrında rəqs gecələrinin birində Heydrix gələcək həyat yoldaşı, kənd müəlliməsi Lina von Ostenlə tanış oldu.[23] Başqa bir daha romantik versiyaya görə, Reynhard və dostları qayıqda üzən zaman yaxınlıqda iki qızın olduğu bir qayığın çöndüyünü gördülər. Sözsüz ki, gənclər qəhrəmanlıq göstərərək köməyə tələsdilər. Xilas olunan qızlardan biri Lina von Oste idi.[21]

Heydrix daha əvvəl başqa bir qadınla Kil şəhərindəki dəniz gəmiqayırma zavodunun sahibinin qızı ilə (başqa mənbələrə görə, ən böyük metallurgiya holdinqi "İG Fabernim"in sahibinin qızı) münasibət qurmuşdu. Heydrix Lina ilə nişanlandığı barədə qəzetdən kəsilmiş elanı ona yollayaraq bu əlaqəni kəsdi. Qızın atası Hərbi Dəniz Qüvvələrinin rəhbəri admiral Erix Rederə Heydrixə təzyiq etmək istəyi ilə müraciət etdi. Hərbi Dəniz Qüvvələrinin şərəf kodeksinə görə, Heydrix eyni vaxtda iki sevgi macərası yaşadığına görə ağır əxlaq pozuntusuna yol vermişdi. Gənc leytenantın davranışı Rederin özünün başçılıq etdiyi şərəf məhkəməsində baxıldı. Şərəf məhkəməsinin iclasında Rader "belə bir insanın" qızının "kəndli qızına" dəyişməyə layiq olmadığını bildirdi, Heydrix isə seçiminin şəxsi işi olduğunu və heç kimin qarışmamaq hüququ yoxdur deyə

SS-ə daxil olma

[redaktə | mənbəni redaktə et]

1931-ci ilin iyunun 1-də Reynhard Heydrix Hamburqda Nasional Sosialist Alman Fəhlə Partiyasına daxil olaraq 544 916 nömrəli partiyaya üzvlük vəsiqəsi aldı.[24][25] Cəmisi altı həftə sonra iyulun 14-də o, SS-ə daxil oldu (bilet nömrəsi 10 120).[26][27] SS hücum dəstəsinin yaraqlıları ilə birlikdə Heydrix sosialistlər və kommunistlərlə döyüşlərdə iştirak etdi.[28]

Eyni zamanda Henrix Himmler SS-in fəaliyyətini tənzimləməyə başlayır. SS fəaliyyətinin daha yaxşı koordinasiyası, eləcə də siyasi rəqibləri izləmək və SS-in güc tədbirlərində iştirak etmək üçün təlim keçmiş kəşfiyyat xidməti tələb olunurdu.[29] Dostu Karl fon Eberştayn vasitəsi ilə, Heydrix Himmlerlə görüşə nail oldu və ona SS kəşfiyyat xidməti yaratması üçün təkliflərini irəli sürdü.[29] Himmler bu təklifləri bəyəndi və Heydrixə sonradan SD olaraq tanınan təhlükəsizlik xidməti yaratmağa başlamağı tapşırdı.[30][31] Əvvəlcə SD-nin əsas vəzifəsi cəmiyyətdə nüfuzlu mövqe tutan insanlar barədə ittiham xarakterli materiallar toplamaq, həmçinin siyasi rəqibləri ləkələmək üçün məlumat kampaniyaları aparmaq idi.[32]

Tezliklə Heydrix Nasist partiyası üçün vacib bir şəxsə çevrildi və karyerası sürətlə yüksəldi. 1931-ci ilin dekabrında SS oberşturmbannfüreri (mayor),[33] 1932-ci ilin iyulunda isə SS ştandartenführeri rütbəsini aldı. Eyni zamanda, Heydrix öz adının yazılışını Reynhardtdan Reynharda dəyişdi.

1933-1934-cü illərdə siyasi mübarizə

[redaktə | mənbəni redaktə et]
Reynhard Heydrix (1934-cü ildə)

Adolf Hitlerin 1933-cü ildə Reyxskansler vəzifəsinə təyin edilməsi hücum dəstələrinin (SA) və SS-in hakimiyyətə gəlməsi və müxalifətə qarşı repressiyaların başlanğıcı demək idi. Veymar Respublikası dövründə vəzifələri tutan məmurlar tədricən hücum dəstələri və SS-dən olanlar əvəz etdi.

Bununla belə, Ernst Röm rəhbərliyindəki hücum dəstələri (SA) getdikcə Hitleri daha çox narahat etməyə başlayırdı. Hitlerin hakimiyyətə yüksəlməsində müstəsna rol oynayan SA zabitləri və əsgərlərinin fikrincə fürer onlara layiq olduqları qədər səlahiyyət verməmişdir. Vəziyyəti Nasional Sosialist Alman Fəhlə Partiyasının daxilində iki qanadın olması ağırlaşdırırdı. Bunlar milli siyasətə daha çox meylli (Adolf Hitler) və digəri partiyanın ilk növbədə sosialist proqramını (Gregor Strasser) həyata keçirməli olduğuna inananlar idi. Hücum dəstələrinin üzvləri arasında daha çox ikinci, həqiqətən sosialist inqilabına ehtiyac barədə danışılırdı. Bu arada, Heydrixin SD-si[34] Röm və onun yaxın silahdaşları haqqında gizli material toplamaqla məşğul idi. Heydrix tərəfindən toplanan materiallar SA-nın dövlət çevrilişinə hazırlaşmasına işarə edirdi. "Uzun bıçaqlar gecəsi"ndə SA-nın SS qüvvələri tərəfindən darmadağın edildikdən və Römün özü öldürüldükdən sonra, 1934-cü il iyunun 30-da Heydrix SS gruppenfüreri rütbəsini aldı.[35] Bu aksiyada 200 nəfərə qədər insan həlak oldu. Viktor Lutse SA-nın yeni rəhbəri təyin edildi və qrum idman və təlim təşkilatına çevrildi.[36]

Heydrix və digər SS zabitləri həyat yoldaşları ilə birlikdə, 1937-ci il

İki güc idarəsi - SSVermaxt arasındakı aparat daxili mübarizədə Heydrixin rəhbəri olduğu SD ciddi şəkildə iştirak edirdi. Bu mübarizənin də nəticəsi olaraq Quru Qoşunlarının baş komandanı general-polkovnik Verner fon Frits və Müdafiə naziri Verner fon Blomberqin vəzifələrindən kənarlaşdırıldı. Heydrix bu məsələdə xüsusi rol oynadı. Hər iki hərbçi haqqında xüsusi kompromat toplanmışdır. Fon Blombergin gənc arvadı əvvəllər fahişəliklə məşğul olmuşdu. Bu informasiya böyük qalmaqala səbəb oldu və Hitler onu istefaya göndərdi. Frits isə saxta dəlillərə homoseksual əlaqədə günahlandırılaraq vəzifəsindən uzaqlaşdırıldı. Eyni zamanda, onlarla yüksək rütbəli hərbi zabitlərdə işdən çıxarıldı və ya vəzifədən azad edildi.[37].

Heydrixin SD-sı və onun keçmiş himayədarı Vilhelm Kanarisin rəhbərlik etdiyi hərbi kəşfiyyat xidməti Abver arasında da ciddi çəkişmələr də mövcud idi. İctimaiyyət arasında hər iki şəxs mehriban münasibət saxlayır və hətta hər gün səhər gəzintisində görüşürdülər. Ancaq gizlində hər biri digərini oyundan çıxartmağa çalışırdı: Heydrix Kanrisin tabeliyində olan təşkilatlarda gizli axtarışlar aparmaq əmrini verir, Abver rəhbəri isə Heydrixin yəhudi mənşəli olduğunu sübut edən dəllilər toplamaqda idi.

Daxili təhlükəsizlik orqanlarının rəhbərliyində

[redaktə | mənbəni redaktə et]
Noyabrın 8-də Himmlerin qəbulunda Hitlerə qarşı edilən sui-qəsdin istintaqının nəticələrinin müzakirəsi. 1939-cu ilin noyabr ayı. Heydrix Himmlerin sağında əyləşib.

SS Reyxfürerinin təhlükəsizlik xidməti (SD) (alm. Der Sicherheitsdienst des Reichsführers-SS‎) 1934-cü ilin mart ayında yaradıldı.[38] 1936-cı ildə Himmler Almaniya polisinin başçısı oldu[39] və Heydrix cinayət polisini ("kripto") və gizli dövlət polisini (Gestapo) özündə birləşdirən SD-ninAlman təhlükəsizlik polisinin («zipo», alm. Sicherheitspolizei, Sipo‎) rəisi təyin edildi.[40] Təhlükəsizlik polisinin agentləri yəhudilərə, kommunistlərə, liberallara və dini azlıqlara qarşı casusluq edirdilər. SD-nin heyətinə 3000-ə yaxın agent daxil idi; 100.000-ə qədər adam isə məlumat verənlər idi.[41] Anşlussdan sonra Heydrix Himmler ilə birlikdə Avstriyada rejim əleyhdarlarına qarşı terror təşkil etdi və Linz yaxınlığında Mauthauzen həbs düşərgəsini yaratdı.[42]

Heydrix Almaniyanın Sudet əyalətinin və Çexiyanın işğalına hazırlıq işlərində yaxından iştirak edirdi. Hələ işğaldan əvvəl həbs olunacaq Alman mühacirlərinin, Çex kommunistlərin və Sosial Demokratlarının, yəhudilərin, keşişlərin və "Qara Cəbhə"nin üzvlərinin siyahısı tərtib edilmişdi. 1938-ci ilin yayında hər iki ölkə ümumi səfərbərlik elan etdi.[43] Daha əvvəl həbs planlarını həyata keçirmək üçün Heydrix iki aynatsqrup (Üçüncü Reyxin hərbiləşdirilmiş ölüm eskadronları) yaratdı. Böyük Britaniya, Fransaİtaliya 1938-ci il Münhen Konfransı zamanı Hitlerin ekspansionist siyasətinin sona çatması üçün zəmanət müqabilində Sudetin ilhaqına razılıq verdilər.[44] Buna görə Heydrix fəaliyyətini Sudetlə məhdudlaşdırdı; 10 mindən çox çex və alman "Reyxin düşmənləri" kimi tanındı və onlardan 7000-i düşərgələrə göndərildi.[43] Heydrix Hitleri "Praqa qəsri" üzərində Reyxin bayrağı qaldırılan zaman müşayyiət etdi.

1939-cu ildə SD, zipo və Gestapo yeni yaradılan Heydrixin rəhbərlik etdiyi Reyx Təhlükəsizliyinin Baş İdarəsinə (alm. Reichssicherheitshauptamt, RSHA‎) tabe edildi.[45] RTBİ müxalifəti sıxışdırmaqla yanaşı, məlumat toplamaq və təhlil etmək üçün güclü bir təşkilata çevrildi.[46]

İkinci Dünya müharibəsi dövrü

[redaktə | mənbəni redaktə et]

Qleyvits təxribatı adını alan sərhəd münaqişəsinin planını hazırlayan Heydrix olmuşdu.[47] Təxribatın məqsədi Almaniyanın Polşaya hücumunun yalnız Almaniyanın Polşa tərəfinin alman sakinlərinə qarşı zorakılıq aktlarına reaksiya göstərməsi kimi təqdim etmək idi. 1939-cu ilin avqustunda Polşa ordusunun formasını geyinən SS döyüşçüləri Qleyvits şəhərində alman radio yayımçısına hücum etdilər.[48] Beynəlxalq ictimaiyyətə öldürülmüş "polyak əsgərlərin" meyitləri təqdim edildi. Əslində qətlə yetirilən "polyak əsgərlər" Zaksenhauzen həbs düşərgəsində ölən əsirlər idi.[47] 1 sentyabr 1939-cu il tarixində Alman qoşunları Polşaya hücum etdi və İkinci Dünya Müharibəsi başladı.[49] Polşanın işğalı zamanı Heydrixə tabe olan SS ayntsqrupları Polşa ziyalılarını, kommunistləri və yəhudiləri məhv edirdilər.[50]

İkinci Dünya Müharibəsinin ilk illərində Heydrix təkcə təşkilati işlərlə məşğul deyildi. Hərbi Hava Qüvvələrinin ehtiyatda olan zabiti olaraq, Heydrix Fransa, NorveçSSRİ-yə qarşı aparılan hərbi kampaniyalar zamanı Alman aviasiyasının döyüş təyyarələrində (əvvəlcə bombardmançı təyyarələrdə radist, sonra qırıcı təyyarəsi pilotu kimi) iştirak etmişdir.[51] Belə davranış yalnız kabinetdə oturmayan, həm də hərbi əməliyyatlarda iştirak edən ideal SS zabitinin göstəricilərinə uyğun gəlirdi. Heydrixin təyyarəsi Berezina çayının şərqində vurulduqdan və Heydrix yalnız vaxtında çatan alman əsgərləri tərəfindən xilas edildikdən sonra Himmler şəxsən ona hərbi əməliyyatlarda iştirak etməyi qadağan etdi.[52]

"Yəhudi məsələsinin son həllində" iştirak

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Son həll
border=none Əsas məqalə: Vanze konfransı
Polşa ərazisindəki gettoya göndərilən yəhudi uşaqlar.

Heydrix Xolokostun əsas memarlarından biri və Almaniyada və işğal olunmuş ölkələrdə yəhudilərin soyqırımı planının icraçılarından idi.[53] Həmçinin tarixçilər Heydrixi nasist elitasının ən qorxulu üzvlərindən hesab edirlər.[4][5][6] Əbəs yerə Hitler onu "dəmir ürəkli adam" adlandırmırdı.[7]

Nasist ideologiyasına görə, yəhudilər dünya kommunist hərəkatının aparıcı qüvvəsi, Reyxin düşmənləri və düşmən obrazının təcəssümü idi. Qaraçılar, zəncilər, Şərq slavyanları və digər ari irqinə daxil olmayan xalqlarla birlikdə yəhudilər "adamcıq" elan edilmişdi (alm. Untermenschen‎).[54][55][56][57][58][59]

Heydrix tərəfindən imzalanan Kristal gecənin keçirilməsi ilə əlaqədar təlimatlar teleqramın ilk səhifəsi

Hələ müharibədən əvvəl Heydrix yəhudi təşkilatları haqqında məlumat toplayır və SD onları diqqətlə izləyirdi.[60] 1938-ci il noyabrın 7-də Parisdə polyak yəhudisi Herşel Qrinşpan noyabrın 9-da vəfat edən alman diplomatı Ernst fon Rata qarşı sui-qəsd etdi.[61] Fon Ratın ölümünə cavab olaraq eyni gecədə Almaniyanın müxtəlif şəhərlərində "Billur gecəsi" kimi tanınan kütləvi iğtişaşlar baş verdi.[62] Heydrix bu ixtişaşların əsas əlaqələndiricisi idi və şəxsən regional polis və SS bölmələri üçün teletayp ilə əmrlər verirdi.[63] "Billur gecə"dən dərhal sonra keçirilən Görinqlə görüşdə Heydrix yəhudiləri mühacirətə məcbur edəcək ayrı-seçkilik tədbirlərinin artırılmasına, "Nürnberq qanunları"nın inkişafına və yəhudi siyasətinə dair təkliflər paketini təqdim etdi. Heydrix həmçinin Vyanada tabeçiliyində olan Adolf Eyxmanın rəhbəri olduğu "Yəhudi mərkəzi mühacirət bürosu" (alm. Zentralstelle für jüdische Auswanderung‎) timsalında Berlində də "İmperiya yəhudi mərkəzi mühacirət bürosu"nu (Reichszentrale für jüdische Auswanderung) yaratmağı təklif etdi. Bütün bu tədbirlər bir neçə ay ərzində həyata keçirildi.[64]

Heydrix Polşanın işğalından sonra kəndlərdən, habelə Almaniyanın özündən köçürülən yəhudilər üçün böyük şəhərlərdə, kompakt məskunlaşma yerləri gettolar yaratmaq əmrini verdi.[65] O, həmçinin yerli yəhudi əhalisindən yəhudi işləri ilə məşğul olan "yəhudi şuraları"da yaratmağı bu əmrə daxil etmişdi (alm. Judenräte‎).[66] Bununlada, Heydrix yəhudilərin özlərini məhv etmək siyasətinə iştiraka cəlb etməyə nail oldu. 1939-cu ilin dekabrında Heydrix Adolf Eyxmanı Reyx Təhlükəsizliyinin Baş İdarəsinin yəhudi məsələləri üzrə xüsusi şöbənin rəhbəri təyin etdi.[67] Sonra elə onun köməyi ilə sonra AlmaniyadanAvstriyadan yəhudilərin Polşa gettolarına kütləvi köçürülmələrini həyata keçirdi. Ancaq yəhudilərin gettoya göndərilməsi, son hədəfə - Avropanın yəhudi əhalisini tamamilə məhv etmək məqsədində Heydrix üçün yalnız ara bir mərhələ idi.[68]

Şərqi Avropa ölkələrinin və Sovet İttifaqının böyük ərazilərinin işğalı zamanı nasistlərin nöqteyi-nəzərindən məhv edilmək üçün irqi baxımdan aşağı insanlar olan çox sayda yəhudi alman hakimiyyətinin altına düşdü.[69] Eyni zamanda, terror və milli qırğın siyasətini həyata keçirmək üçün yaradılan xüsusi ölüm dəstələri (ayzenqruplar) artıq bu qədər çox sayda insanı məhv etmək vəzifələrinin öhdəsindən gələ bilmirdilər.[70] 1940-cı ilin dekabrında Hitler Himmler və Göring vasitəsilə Heydrixə yəhudi məsələsinin "son həlli" (alm. Endlösung‎) üçün bir plan hazırlamağı tapşırdı. Heydrixin hazırladığı planın əsli məhv edildiyindən, bəzi sənədlərdən bu planın 1941-ci il yanvarın sonunda Hitlerə göndərildiyi məlum olur.[71]

1941-ci ilin yayında Hitler Reyxin ali rəhbərliyinə "yəhudi məsələsinin universal həlli" üçün əmr verdi.(alm. Gesamtlösung der Judenfrage‎) Əmrin sürəti məhv edilməsinə baxmayaraq, belə bir sənədin mövcudluğu Nürnberq məhkəmələrindəki sübut və ifadələrdən məlumdur.[72] İyulun 31-də Görinq Heydərrixə Almaniyanın nəzarəti altında olan ərazilərdə hazırlıq tədbirlərinin həyata keçirilməsini nəzərdə tutan bir təlimat göndərdi.[73] Bu planı həyata keçirmək üçün Heydrix çox sayda nazirlik və idarənin işini əlaqələndirməli idi.[74] 1942-ci il yanvarın 20-də Berlin ətrafındakı Vanze gölünün kənarında yerləşən Marlir Villasında konfrans çağırıldı.[75][76] Onun çağırılmasında əsas məqsəd yəhudilərin Avropa miqyasında qətlə yetirilməsi planını hazırlamaq idi.[77]

Hedrixin layihəsinə görə Avropanın hər yerindən yəhudilərin toplanması və şərqdəki ağır şəraitdən öləcəkləri əmək düşərgələrinə köçürülməsi planlaşdırıldı. Bura da sağ qalanlar isə "müvafiq tərbiyyədən" keçməli idilər (alm. Sonderbehandlung‎).[78] Hesablamalara görə təxminən on bir milyon yəhudi məhv etməyə məruz qalmalı idi.[79].

Beləliklə də, "yəhudi məsələsinin son həlli"nin əsasının memarı məhz Heydrix olmuşdur.(alm. Endlösung der Judenfrage‎) Polşa yəhudilərini məhv etmək üçün tətbiq edilən əməliyyatın adının "Reynhardt əməliyyatı" (alm. Aktion Reinhardt‎)[80] adlandırılmasının Heydrixin və ya dövlət katibi Fritz Reynhardtın adından götürüldüyü hələ də məlum deyil. Vanze konfransının qərarlarının əksəriyyəti, Heydrixin ölümündən sonra həyata keçirilməyə başlandı.[81]

Bohemiya və Moraviyanın imperiya protektoru

[redaktə | mənbəni redaktə et]

1939-cu ildə Alman qoşunları Çexoslovakiyanın bir hissəsini işğal etdikdən sonra, Üçüncü Reyxin protektoratı altına keçən Bohemiya və Moraviya bölgələrinin idarə edilməsi üçün iqamətgahı Praqa şəhərinin Hradçan rayonunda yerləşən imperator protektoru vəzifəsi yaradıldı. Əvvəlcə Almaniyanın keçmiş xarici işlər naziri Konstantin fon Neurat protektor vəzifəsinə təyin edildi.[82] Onun vəzifədə olduğu müddətdə hakimiyyətin müxtəlif sahələrinin səlahiyyətlərinin toqquşması, xüsusi xidmət və ona sadiq partiya təşkilatlarının arasındakı rəqabət ilə müşayiət olunurdu.[83] Heydrixin iştirakı ilə xüsusi xidmət orqanları Hitlerə Çex müqavimətini yatırmaqda kifayət qədər sərtlik göstərmədiyinə görə Neuratı tənqid edən hesabat hazırladılar.[84]

Praqada Hradçan meydanı.

1941-ci ilin sentyabr ayının sonunda Hitler Neuratı yanına çağırdı və Heydrixi ona müavin təyin etmək qərarına gəldiyini bildirdi. Bunu eşidəndə Neurat istefa etdiyini açıqladı. Buna cavab olaraq Hitler onu "qeyri-müəyyən məzuniyyətə" göndərdi və Heydrixi "Bohemiya və Moravia reyxsprotektor vəzifəsini icra edən" (alm. «Stellvertretender Reichsprotektor von Böhmen und Mähren»‎) təyin etdi. Beləliklə, Reynhard Reyx Təhlükəsizliyinin Baş İdarəsi rəhbəri vəzifəsini qoruyaraq, həm də de-fakto imperiya protektoru oldu (fon Neurat heç vaxt vəzifəsinə geri dönmədi).

27 sentyabr 1941-ci il tarixində Heydrix Hradçandakı iqamətgahına gəldi.[82] O, şəhərətrafı iqamətgahı kimi Praqadan 15 km şimalda yerləşən Panske-Brzezçani qəsəbəsindəki "Aşağı Saray" adlanan ərazidə, yəhudi mənşəli şəkər istehsalçısı Ferdinand Blox-Bauerdən müsadirə edilən mülkü seçdı və ailəsini də oraya köçürdü.[82]

Təyinatından bir həftə sonra, Heydrix müqavimət hərəkatı ilə əlaqədə olmaqda şübhəli bilinən Çexiyanın Baş naziri Alois Eliaşa qarşı məhkəmə prosesini başlatdı. Otto Tirakın sədrliyi ilə keçirilən məhkəmə dörd saat davam etdi və Eliaş edam cəzasına məhkum edildi.[85] Hökm Heydrix öldürüldükdən sonra icra edildi.[86][87][88]

Heydrixin gəlişindən sonra Çexiya hökuməti yenidən quruldu, bütün çex mədəniyyət müəssisələri bağlandı. Gestapo həbslərə və edamlara başladı. Heydrixin qərarı ilə 4000-5000[89] arasında adam həbs edildi və 1942-ci ilin fevral ayına qədər 400 ilə 500 arasında şəxs edam edam edildi.[89] Onun təyinatından sonra ilk hərəkətlərindən biri protektorat ərazisindəki bütün sinaqoqları bağlamaq əmri idi və 1941-ci ilin noyabrında onun əmri ilə ölüm düşrgələrinə göndərilməzdən əvvəl Çex yəhudilərinin saxlanlması üçün Terezienştadt konsentrasiya düşərgəsi yaradıldı.[90] Eyni zamanda Heydrix əhalinin yaşayışını yaxşılaşdırmaq, sosial təminat sistemini yenidən təşkil etmək, işçilərin əmək haqqı və qidalanma normalarını artırmaq üçün tədbirlər görməyə başladı.[91]

Heydrixə sui-qəsd zamanı olduğu "Mercedes Benz". 1942-ci il mayın 27-si.
Reynhard Heydrixin öldürüldüyü "Antrapoid" əmməliyyatının iştirakçıları
Yozef Qabçik, 1942-ci il
Yozef Qabçik, 1942-ci il
Yan Kubiş, 1942-ci il
Yan Kubiş, 1942-ci il

Heydrixin həyatına sui-qəsd Edvard Beneşin Çexoslovakiyanın “sürgündə olan hökumət”i tərəfindən Britaniya "Xüsusi Əməliyyatlar İdarəsinin" iştirakı ilə planlaşdırılmışdı və "Müqavimətin" nüfuzunu artırmağa yönəldilmişdi. Eyni zamanda, almanların cəza tədbirləri qaçılmaz idi, lakin güman edilirdi ki, onlar da öz növbəsində əhalinin işğalçılara qarşı müqavimətini artıracaq.[92][93] "Antropoid" adlanan əməliyyatın birbaşa icraçıları ingilislər tərəfindən hazırlanan agentləri Yozef QabçikYan Kubiş oldu.[94]

Əməliyyat 1942-ci il may ayının 27-də səhər Praqa ətrafındakı Liban bölgəsində Heydrixin şəhərətrafı iqamətgahı Yungfern Breşandan Praqanın mərkəzinə gedən yolda edildi.[95] Heydrx saat 10:32-də üstü açıq avtomobildə döngəni dönərkən (cangüdənlər olmadan, yalnız bir sürücü ilə hərəkət etməyi üstün tuturdu), Qabçik "STEN" tapança-puleymotunu çıxararaq Heydrix tərəfə atəş açmağa çalışdı, ancaq silah ilişdi.[96] Heydrix sürücüyə maşını saxlamağı əmr etdi və xidməti silahını çıxartdı.[97] Bu anda Kubiş qumbara atdı, amma düz atmadığından qumbara maşının sağ arxa təkəri arxasında partladı. Qabırğası qırılan və dalağı partlayan Heydrix (dalağına bir metal parçası və avtomobil oturacağının döşəməsinin bir parçası sancılmışdı) maşından düşdü, lakin çox keçmədən yerə sərildi. Sui-qəsd hadisəsi baş verən vaxt oradan keçən çex polisinin yük maşını tərəfindən Reynhard Bulovka hospitalına çatdırıldı.[98][99].

Günorta saatlarında Heydrix əməliyyat olundu. Cərrah onun zədələnmiş dalağını çıxardı.[100] Mayın 27-də Himmlerin şəxsi həkimi Karl Qebhard hospitala gəldi. O, xəstəyə böyük dozada morfin təyin etdi.[101] İyunun 3-də səhər saatlarında Heyrixin vəziyyətinin yaxşılaşması barədə məlumat gəldi, amma günorta saatlarında o, komaya düşdü və ertəsi gün öldü. Ölümün səbəbi kimi "septik orqan çatışmazlığı" qeyd edildi.[102] 1972-ci ildə ölüm səbəbi "anemik şok" göstərildi. Son diaqnoz bu günə qədər hələ də qoyulmayıb.[103].

Heydrixin ölümündən dərhal sonra həm Reyxin, həm də Sovet-Alman cəbhəsinin hərbi rəhbərlərindən və mütəffiq ölkələrinin nümayəndələrindən (o cümlədən İtaliyaBolqarıstan polislərindən) Himmlerə çoxlu başsağlığı teleqramları gəldi. Praqada cəsədlə iki günlük vidalaşmadan sonra tabutu Berlinə gətirildi. 9 iyun 1942-ci il tarixində cənazə mərasimi keçirildi. Mərasimdə Reyxin bütün yüksək vəzifəliləri iştirak edirdi. Adolf Hitler şəxsən özü vida nitqini söylədi və nitqində Heydrixi "dəmir ürəkli adam" adlandırdı. Daha sonra çıxış edən Himmler Heydrixi "parlayan böyük bir insan" adlandırdı və alman xalqının "azadlıq mübarizəsinə fədakar töhfə verdiyini", "ürəyinin və qanının dərinliyi ilə Adolf Hitlerin dünyagörüşünü hiss etdi"yini söylədi.[104]

Heydrixin dəfni.

Londonda nəşr edilən "Times" qəzeti Üçüncü Reyxdə ən təhlükəli insanlardan birinə “qanqster cənazəsi” keçirildiyini yazdı.[105] Hitler ölümündən sonra Heydrixi yüksək səviyyəli partiya rəsmiləri üçün nadir mükafat olan "Alman ordeni" ilə təltif etdi (əksəriyyəti ölümündən sonra bu ordenlə təltif edildi). Anenerbe Cəmiyyəti, Heydrixin xatirəsinə cənazə kitabçası nəşr etdi.[106].

Heydrixin ölümündən sonra Reyx Təhlükəsizliyinin Baş İdarəsi rəhbərliyini əvvəlcə Himmleri şəxsən öz üzərinə götürdü, lakin sonra 30 yanvar 1943-cü il yanvarın 30-da onu Ernst Kaltenbrunnerə təhvil verdi.[107] Bohemiya və Moraviyanın imperator protektoru vəzifəsinə isə SS oberstqrupenfüreri, polis general-polkovniki Kurt Dalyuge təyin edildi.[108][109]

Heydrixin qəbri Berlindəki İnvalidenfridxof qəbiristanlığında, təxminən “A” zonasının mərkəzində yerləşir. Müharibədən sonra onun qəbirüstü abidəsi neo-nasistlərin ibadət yerinə çevrilməməsi səbəbindən dağıdılmışdır və hazırda onun məzarının dəfn yeri dəqiq məlum deyil.[110].

Heydrixin ölümünün birinci ildönümündə sui-qəsdin yerində onun büstü qoyulmuşdu. Praqa Sovet qoşunları tərəfindən azad edilməsindən sonra həmin büst dağıdıldı. 2009-cu il mayın 27-də Praqada sui-qəsdin baş verdiyi yerdə Heydrix öldürülən yerdə müqavimət qəhrəmanlarının abidəsi açıldı[111].

Qisas əməliyyatı

[redaktə | mənbəni redaktə et]

Heydrixin ölümü günü nasistlər çex əhalisinə qarşı kütləvi terror kampaniyasına başladılar. Nasisitlər Heydrixi aradan götürənlərin harada olduğunu bilən və onların yerini deməyən hər kəsin bütün ailə üzvləri ilə birlikdə güllələnəcəyini elan etdilər. Praqada kütləvi axtarışlara başlanıldı. Bu axtarışlar zamanı evlər və mənzillərdə sığınan müqavimət üzvləri, yəhudilər, kommunistlər və digər təqib olunan kateqoriyalı şəxsləri müəyyən edildi. 1331 min çex o, cümlədən 201 qadın güllələndi.[112].

1942-ci il iyunun 9-da Heydrixin dəfni günü qisas olaraq Lidice kəndi məhv edildi.[113] 16 yaşdan yuxarı bütün kişilər (172 nəfər) yerindəcə güllələndi, 195 qadın Ravensbrük həbs düşərgəsinə göndərildi, uşaqlar Litzmannstadt (alm. Umwandererzentralstelle Litzmannstadt‎) şəhərinin Miqrantlar Mərkəzi İdarəsinə aparıldı (Alman Umwandererzentralstelle Litzmannstadt) və sonradan alman ailələrinə paylandı və hələ də onların əksəriyyəti haqda məlumat yoxdur.[114]

Britaniya agentlərinin gizlədikləri yer (Çexiya və Slovakiya Pravoslav Kilsəsinin Praqadakı Kiril və Mefodiy kafedral kilsəsi), müqavimət hərəkatının iştirakçısı paraşütçü Karel Çurdanın xəyanəti nəticəsində Gestapoya məlum oldu.[115] İyunun 18-də kilsəyə basqın oldu, bu müddət ərzində bütün agentlər ciddi müqavimət göstərərək sonda intihar etdilər.[116] Daha sonra kafedral kilsənin bütün keşişləri, Praqa Qorazd yepiskopu və Çex Pravoslav Kilsəsinin digər ruhaniləri güllələndilər. Çex Pravoslav Kilsəsinin özü isə qadağan edildi.[8].

Heydrix bir çox stereotipik nordik keyfiyyətlərə sahib idi: buzlu sakit və uzun boylu, hündür bir sarışın. Bu görüntüyə baxmayaraq çox yüksək səsə sahib idi, buna görə "keçi" ləqəbini almışdı.[21] Bəlkə də buna görə onun nitqlərinin çox az saysa səs yazısı qorunub saxlanılmışdır.

Heydrix rəisi Himmler üçün çox yaxşı bir köməkçi oldu (29 yaşından SD-də rəhbər vəzifələr tutdu və 35 yaşında Reyx Təhlükəsizliyinin Baş İdarəsinə rəhbərlik etdi). Məsələn, siyasi polisin partiya aparatına inteqrasiyası üçün demək olar ki, bütün işləri o görmüşdür. German Göringinə aid edilən bir zarafatda deyildiyi kimi: alm. HHHH, Himmlers Hirn heißt Heydrich‎ "Himmlerin beyni Heydrixdir."

Reynhard Heydrix və Lin fon Osten

Xatirələrində xarici kəşfiyyat idarəsinin rəisi Valter Şellenberg həmkarı Heydrixi belı təsvir etmişdir:[3]

" Görünüşü cəlb edici təsir bağışlayırdı: hündür, geniş, qeyri-adi yüksək alnı, kiçik narahat gözləri vardı, içində ağıllı bir hiyləgər və fövqəltəbii güc, uzun, yırtıcı burun, geniş ağız və ətli dodaqları nəzərə çarpırdı; əllər nazik və bəlkə də çox uzun olmaqla adama hörümçək əllərini xatırladırdı. Yalnız geniş budları onun möhtəşəm simasını korlayırdı və onu qadınlara bənzədən bu xoşagəlməz cəhət onun ümumi görünüşünü xöşagəlməz edirdi. Səs tonu böyük cüssəyə malik olan bir adam üçün çox yüksək idi. Danışığı əsəbi və rabitəsiz idi, amma demək olar ki, heç vaxt cümlələrini bitirməməsinə baxmayaraq, yenə də fikrini olduqca açıq şəkildə ifadə edə bilirdi.

...Heydrix əla skripkaçı idi...

Bu adam nasist rejiminin ətrafında çevrildiyi görünməz bir nüvəydi. Bütöv bir millətin inkişafını dolayı yolla da olsa o, yönləndirirdi. O, böyük SD kəşfiyyat vasitəsini idarə etdiyi kimi, həmkarlarından da üstün olmuş və onları daima nəzarətdə saxlamışdır. Heydrix insanların mənəvi, insani, peşə və siyasi zəif cəhətlərini inanılmaz dərəcədə dərindən dərk edirdi və eyni zamanda bütövlükdə siyasi vəziyyəti anlamaq bacarığı ilə fərqlənirdi. Qeyri-adi inkişaf etmiş zehni, həmişə təhlükə gözləyən, tez və amansız davranmağa hazır olan yırtıcı bir heyvanın inkişaf etdirilməmiş yuxusuzluq instinkti ilə tamamlanırdı.

"

Heydrixin gəncliyi siyasi düşmənləri tərəfindən istifadə edilən yəhudi mənşəli şayiələr ilə müşayiət olunurdu. Belə ki, Heydrixin atası Bruno Heydrix 1916-cı ildə "Rimann Musiqili Ensiklopediyası"nda “Bruno Heydrix, əsl soyadı kimi Zyuss” olaraq göstərilir. 1932-ci ildə Nasist partiyasının liderlərindən biri Qregor Strasser partiyanın şəcərə mütəxəssisi Axim Qerkeyə Heydrixin yəhudi qanı daşıması haqqında məlumatları araşdırmağı əmr etdi. Qerke "Rimannın Musiqili Ensiklopediyası"ndakı məlumatların səhv olduğunu və Heydrixin nənəsinin ikinci həyat yoldaşının (Bruno Heydrix ilk evlilikdən dünyaya gəlmişdi) Zyuss soyadını daşımasını müəyyənləşdirmişdir. Müharibədən sonra Heydrixin yəhudi mənşəli olması barədə hipotez elmi araşdırmaların mövzusu olmuşdur. İsrail tarixçisi Şlomo Aronson 1966-cı ildə nəşr olunan "Heydrix və Gestapo ilə SD-nin yaranma dövrü" mövzusunda doktorluq dissertasiyasında, Heydrixin ailə səcərəsini ata tərəfində 1738-ci ilə qədər, ana səcərəsini isə 1688-ci ilə qədər müəyyənləşdirmişdir. O, onların arasında yəhudi mənşəli adam tapmamışdır.[21] Heydrixin yəhudi əcdadlara sahib olması fikrini tarixçilərdən Üçüncü Reyxin tarixinə dair bir sıra fundamental əsərlərin müəllifi Yoahim Fest müdafiə edirdi.[117]

Heydrixin Lina von Osten ilə evliliyindən dörd övladı var: oğulları Klaus və Hayder, qızları Zilke və Marta (Marta 1942-ci il iyulun 23-də, atasının vəfatından təxminən iki ay sonra anadan olub). Çexiyadakı qəsri miras alan Lina müstəqil şəkildə siyasi rol oynamağa çalışdı və 1940-cı illərdə Milli Sosialist torpaq becərən komunanın planlarını hazırladı, lakin bu fikrin müəllifi olan Himmlerin dəstəyinə nail ola bilmədi. 1970-ci illərdə "Müharibə cinayətkarı ilə ailə həyatı" adı ilə həyat yoldaşının Himmler və Kanaris ilə əlaqələrini şərh edən xatirələri nəşr olundu.[118]

Hərbi rütbələri

[redaktə | mənbəni redaktə et]
  • Şutse (sıravi): 14 iyul 1931-ci il
  • SS Şturmfüreri (leytenant): 10 Avqust 1931-ci il
  • SS Hauptşturmfüreri (kapitan): 1 dekabr 1931-ci il
  • SS Şturmbannfüreri (mayor): 25 dekabr 1931-ci il
  • SS Oberşturmbannfüreri (podpolkovnik): dekabr 1931-ci il
  • SS Ştandartenfüreri (polkovnik): 29 iyul 1932-ci il
  • SS Oberfüreri (Ştandartenfürer və Briqadafürer arasındakı orta rütbələr, silahlı qüvvələrdə olmayan rütbə): 21 mart 1933-cü il
  • SS Briqadafüreri və polis general-mayoru: 9 Noyabr 1933-cü il
  • SS Qruppenfüreri və polis general-leytenantı: 30 İyun 1934-cü il
  • SS Oberqruppenfüreri və polis generalı: 27 sentyabr 1941-ci il
Heydrix (qara geyimdə) Kitzbüheldəki xizək kurortunda.

Heydrixin ölümündən cəmisi bir il sonra Amerikada Bertolt Brext tərəfindən yazılmış Fritz Lanq tərəfindən ekranlaşdırılmış "Cəlladlar da ölür" (ing. Hangmen Also Die, 1943-cü ildə, Heydrix rolunda Hans Henrix fon Tvardovski çəkilmişdi) filmi çəkildi. Filmin əsasını Heydrixə olan sui-qəsd təşkil edirdi. Sonradan Praqadakı sui-qəsd ilə bağlı daha bir neçə bədii film çəkilmişdir: Çexoslovakiya istehsalı "Sui-qəsd" (Atentat, 1964, Heydrix rolunda Ziqfrid Loyd, ADR), Amerika-Çexoslovakiya-Yuqoslaviya birgə buraxılışı “Günəşin çıxışı əməliyyatı” (Operation Daybreak, 1975, Heydrix rolunda - Anton Diffring, AFR) - Alan Burcesin (ing. Alan Burgess) əsəri əsasında "Seven Men At Daybreak", britaniya "Androidi", 2016 ekranlara çıxmışdır.[119] Heydrixə sui-qəsd müharibə illərində Çexoslovakiya haqqında trilogiyada ikinci film olan çexoslovak rejissoru Otakar Vavra tərəfindən çəkilən "Sokolovo" (1974) filmində də bəhs edilir. Filmdə Heydrix rolunu ADR aktyoru Hannyo Hasse oynayır. Heydrix "Kanaris" filmindəki personajlardan biridir (Almaniya, 1954. Rejissor Alfred Veidenmann, Heydrix rolunda Martin Held oynayır).

Heydrix Filip Kerrin "Berlin Noir" trilogiyasında əsas yerlərdən birini tutur. Amerikalı fantast yazıçı Filip Dikin "Yüksək qalada adam (ing. The Man in the High Castle) alternativ tarixi romanında da Heydrixə yer verilmişdir.[120] Romanda hadisələr 1960-cı illərdə qalib Üçüncü Reyxdə baş verir. Heydrix Himmlerin ölümündən sonra dərhal onun varisi Bormanı qabaqlayaraq Reyx kansleri vəzifəsini ələ keçirməyə çalışır. Bənzər bir şəkildə onun taleyi Robert Harrisin "Vaterland" romanında da əks olunmuşdur.[121] Belə ki, Himmler terrorçular tərəfindən öldürüldükdən sonra 1961-ci ildə Heydrix yeni Reyxsfürer olur və 1964-cü ildə "Vanze konfransı"nın sağ qalan iştirakçılarını aradan götürmək üçün əməliyyat həyata keçirir.

Heydrix yəhudiləri məhv etmək planını açıqladığı "Vanze konfransı" (1984) filminin baş qəhrəmanıdır. Film konfransın protokolu əsasında çəkilmişdir.[122]

SSRİ istehsalı olan "Baharın on yeddi anı" çoxseriyalı televiziya filmində hadisələr 1945-ci ildə baş verir, lakin filmə Heydrixin dəfninin çəkilişləri də daxil edilmişdi.[123]. Filmin qəhrəmanı Ştirlitz Ernst Kaltenbrunnerin Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəhbəri təyin olunduqdan sonra bu hadisəni xatırlayır. "Baharın on yeddi anı" kitabında isə Heydərixin nəsil şəcərəsinə dair bəzi məqamlar və həyat yoldaşını qısqandığı Valter Şellenberqlə münasibətləri əksini tapmışdır.[124]

Heydrixin öldürülməsi hekayəsi ən yaxşı debüt üçün "Qoncourt" mükafatına layiq görülən Laurent Binetin (2009) "HHhH" sənədli romanında təsvir edilmişdir.[125] 2017-ci ildə əsərin əsasında çəkilən filmdə Ceyson Klark Heydrix rolunu canlandırmışdır.

  1. "Гейдрих, Рейнхард". Энциклопедия катастрофы (rus). «Яд-Вашем». Международная школа преподавания и изучения катастрофы. 2011-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-06.
  2. "«Окончательное решение еврейского вопроса». Обзор" (rus). United States Holocaust Memorial Museum. 2011-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-06.
  3. 1 2 3 4 "Рейнгард Гейдрих". hrono.ru. 2011-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-06.
  4. 1 2 Sereny, 1996. səh. 325
  5. 1 2 Evans, 2005. səh. 53
  6. 1 2 Gerwarth, 2011. səh. xiii
  7. 1 2 Dederichs, 2009. səh. 92
  8. 1 2 Burian, Michal; və b. Assassination. Operation Arthropoid, 1941—1942 (PDF). Ministry of Defence of the Czech Republic – AVIS. 2002. 75–91. ISBN 80-7278-158-8. (#explicit_et_al)
  9. Dederichs, 2009. səh. 11
  10. Gerwarth, 2011. səh. 14–18
  11. Gerwarth, 2011. səh. 14, 20
  12. Dederichs, 2009. səh. 28
  13. John S. Craig. Peculiar liaisons: in war, espionage, and terrorism in the twentieth century. Algora Publishing. 2005. 149. ISBN 9780875863313.
  14. 1 2 "Reinhard Heydrich". Мемориальный музей Холокоста. 2011-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-24.
  15. Gerwarth, 2011. səh. 30
  16. Waite, 1969. səh. 206–207
  17. "«Октябрь» — 1950. — № 4. — С. 120". 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
  18. Э. Бояджи. История шпионажа. В 2-я томах. 1. Москва: Олма-пресс. 2003. səh. 412. ISBN 5-224-02646-6, 5-224-03595-3.
  19. Gerwarth, 2011. səh. 32, 33
  20. А. Подъяпольский, Н. Непомнящий. «Несостоявшиеся фюреры. Гесс и Гейдрих». М.: «Вече», 2004. С. 197.
  21. 1 2 3 4 5 Хёне Хайнц. Глава 7. Гейдрих и гестапо // Черный орден СС. История охранных отрядов. М: Олма-Пресс. 2003 [The Order Of The Death's Head: The Story Of Hitler's SS]. 542. ISBN 5-224-03843-X.
  22. Gerwarth, 2011. səh. 37, 38
  23. Gerwarth, 2011. səh. 39–41
  24. Gerwarth, 2011. səh. 48
  25. Dederichs, 2009. səh. 45
  26. Gerwarth, 2011. səh. 53
  27. Dederichs, 2009. səh. 12
  28. А. Подъяпольский, Н. Непомнящий. «Несостоявшиеся фюреры. Гесс и Гейдрих». Москва: «Вече». 2004. səh. 446. ISBN 978-5-9533-0427-6.
  29. 1 2 Williams, 2001. səh. 29–30
  30. Gerwarth, 2011. səh. 51, 52
  31. Longerich, 2012. səh. 125
  32. Gerwarth, 2011. səh. 52
  33. Gerwarth, 2011. səh. 58
  34. Хёне Хайнц. Глава 5. Ночь длинных ножей // Черный орден СС. История охранных отрядов. М: Олма-Пресс. 2003 [The Order Of The Death's Head: The Story Of Hitler's SS]. səh. 542. ISBN 5-224-03843-X.
  35. Kershaw, 2008. səh. 309–12
  36. Kershaw, 2008. səh. 313
  37. Ширер, У. Падение Бломберга, Фрича, Нейрата и Шахта // Взлёт и падение Третьего рейха. М: Захаров. 2009 [The Rise and Fall of the Third Reich]. səh. 704. ISBN 978-5-8159-0920-5.
  38. Ширер, У. Правосудие в Третьем рейхе // Взлёт и падение Третьего рейха. 1. М: Захаров. 2009. səh. 398. ISBN 978-5-8159-0920-5.
  39. Reitlinger, 1989. səh. 90
  40. Williams, 2001. səh. 77
  41. Ширер, У. Правосудие в Третьем рейхе // Взлёт и падение Третьего рейха. М: Захаров. 2009. səh. 704. ISBN 978-5-8159-0920-5.
  42. Ширер, У. Падение Шушнига // Взлёт и падение Третьего рейха. М: Захаров. 2009. səh. 704. ISBN 978-5-8159-0920-5.
  43. 1 2 Gerwarth, 2013
  44. see the text at "Munich Pact September 30, 1938" Arxivləşdirilib dekabr 18, 2010, at the Wayback Machine
  45. Longerich, 2012. səh. 469, 470
  46. Headland, 1992. səh. 22
  47. 1 2 Хёне, Хайнц. Глава 10. СС и внешняя политика // Черный орден СС. История охранных отрядов. М: Олма-Пресс. 2003. səh. 542. ISBN 5-224-03843-X.
  48. Мельтюхов, 2001
  49. Address by Adolf Hitler — September 1, 1939 Arxivləşdirilib noyabr 8, 2017, at the Wayback Machine; retrieved from the archives of the Avalon Project at the Yale Law School.
  50. Хёне, Хайнц. Глава 11. Политика укрепления «немецкого духа» на Востоке // Чёрный орден СС. История охранных отрядов. М: Олма-Пресс. 2003. 542. ISBN 5-224-03843-X.
  51. "Рейнхард Гейдрих — пилот Люфтваффе". Archived from the original on 2008-05-23. İstifadə tarixi: 2020-06-23.
  52. "Гейдрих сверяет карту полётов". Archived from the original on 2008-05-22. İstifadə tarixi: 2020-06-23.
  53. Хёне, Хайнц. Глава 12. Окончательное решение еврейского вопроса // Черный орден СС. История охранных отрядов. М: Олма-Пресс. 2003. 542. ISBN 5-224-03843-X.
  54. Hitlers Plans Arxiv surəti 9 aprel 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-05-27 at Archive.today
  55. Alfred Rosenberg, Der Mythus des 20. Jahrhunderts: Eine Wertung der seelischgeistigen Gestaltungskämpfe unserer Zeit, München: Hoheneichen, 1930, here p.214.
  56. Lothrop Stoddard, The Revolt against Civilization: The Menace of the Under Man, New York: C. Sribner’s Sons, 1922.
  57. Planung EASTERN EUROPE Arxiv surəti 9 aprel 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-05-27 at Archive.today
  58. "Жертвы геноцида". 2010-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-30.
  59. "Владимир Родионов. Идеологические истоки расовой дискриминации славян в Третьем рейхе". 2015-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-23.
  60. Lehrer, 2000. səh. 55
  61. Kate Connolly. Did gay affair provide a catalyst for Kristallnacht? Arxivləşdirilib 2012-12-14 at the Wayback Machine // The Guardian, 31.10.2001.
  62. Calic, 1985. səh. 192
  63. Ширер, У. «Неделя битых стекол» // Взлёт и падение Третьего рейха. 1. М: Захаров. 2009. səh. 585. ISBN 978-5-8159-0920-5.
  64. Charles W. Sydnor. Reinhard Heydrich and the Planning of the Final Solution // The Holocaust and history: the known, the unknown, the disputed and the re-examined. Indiana University Press. 2002. 162. ISBN 9780253215291.
  65. Charles W. Sydnor. Reinhard Heydrich and the Planning of the Final Solution // The Holocaust and history: the known, the unknown, the disputed and the re-examined. Indiana University Press. 2002. 163–164. ISBN 9780253215291.
  66. "The Ghettos Theresienstadt". Yad Vashem The Holocaust Martyrs' and Heroes' Remembrance Authority. 25 December 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2011.
  67. Charles W. Sydnor. Reinhard Heydrich and the Planning of the Final Solution // The Holocaust and history: the known, the unknown, the disputed and the re-examined. Indiana University Press. 2002. 166. ISBN 9780253215291.
  68. Aly, Götz; Roth, Karl Heinz; Black, Edwin; Oksiloff, Assenka (2004). The Nazi Census: Identification and Control in the Third Reich. Philadelphia: Temple University Press. p. 5. ISBN 978-1-59213-199-0.
  69. Hilberg, 1985. səh. 164
  70. Longerich, Peter (2012). Heinrich Himmler: A Life. Oxford: Oxford University Press. ISBN 978-0-19-959232-6.
  71. Charles W. Sydnor. Reinhard Heydrich and the Planning of the Final Solution // The Holocaust and history: the known, the unknown, the disputed and the re-examined. Indiana University Press. 2002. 173–175. ISBN 9780253215291.
  72. Ширер, У. «Окончательное решение» // Взлёт и падение Третьего рейха. 2. М: Захаров. 2009. səh. 452. ISBN 978-5-8159-0922-9.
  73. "Письменное полномочие Геринга Гейдриху от 31 июля 1941 года". Archived from the original on 2010-05-05. İstifadə tarixi: 2020-06-24.
  74. Browning, 2004. səh. 315
  75. Browning, 2007. səh. 410
  76. Kershaw, 2008. səh. 696–697
  77. Longerich, 2010. səh. 309–310
  78. (#empty_citation). "Wannsee Conference" (ingilis). Encyclopædia Britannicas Reflections on the Holocaust. 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-1-9.
  79. Ширер, У. «Окончательное решение» // Взлёт и падение Третьего рейха. 2. М: Захаров. 2009. səh. 704. ISBN 978-5-8159-0922-9.
  80. IPN (1942). "From archives of the Jewish deportations to extermination camps" (PDF). Karty. Institute of National Remembrance, Warsaw: 32. Document size 4.7 MB. Retrieved 26 January 2015.
  81. The Wannsee Conference". Holocaust-history.org. 4 February 2004. Retrieved 12 September 2017.
  82. 1 2 3 Williams, 2003. səh. 82
  83. Horvitz, Catherwood, 2006. səh. 200
  84. Chad Carl Bryant. Prague in black: Nazi rule and Czech nationalism. Harvard University Press. 2007. 135–136. ISBN 9780674024519.
  85. Хёне Хайнц. Глава 13. Сила и бессилие СС // Черный орден СС. История охранных отрядов. М: Олма-Пресс. 2003. 542. ISBN 5-224-03843-X.
  86. Jedlička, František. "armádní generál in memoriam Alois Eliáš". vets.cz (Czech). Spolek pro vojenská pietní místa, o.s. 20 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 June 2018.
  87. "Ing. Alois Eliáš". vlada.cz (Czech). Vláda České republiky. 20 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 June 2018.
  88. Zídek, Petr. "Pohnuté Osudy: Alois Eliáš. Generál v srdci nepřítele s cenou tří divizí". Lidovky.cz (Czech). 16 August 2015. 24 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 June 2018.
  89. 1 2 Bryant, 2007. səh. 143
  90. Burian, Michal; və b. Assassination. Operation Arthropoid, 1941-1942 (PDF). Prague: Ministry of Defence of the Czech Republic - AVIS. 2002. 27. ISBN 8072781588. (#explicit_et_al)
  91. Williams, 2003. səh. 100
  92. Хёне, Хайнц. Глава 15. СС и немецкое движение сопротивления // Черный орден СС. История охранных отрядов. М: Олма-Пресс. 2003. 542. ISBN 5-224-03843-X.
  93. Jaggers, R. C. "The Assassination of Reinhard Heydrich". CIA. 22 сентября 1993. 2018-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-19.
  94. Calic, 1985. səh. 254
  95. Bryant, 2007. səh. 175
  96. Steven Lehrer. id=ahrZF9pAZJ0C&pg=PA13&pg=PA84 Wannsee house and the Holocaust (#bad_url). McFarland. 2000. 84. ISBN 9780786407927. (#missing_pipe)
  97. Батлер Р. Гестапо: история тайной полиции Гитлера / Пер. с англ. В. Феоклистовой — М.: Эксмо, 2006. — С. 108. — ISBN 5-699-15081-1
  98. Williams, 2003. səh. 155
  99. Steven Lehrer. Wannsee house and the Holocaust. McFarland. 2000. 85. ISBN 9780786407927.
  100. Defalgue, Ray J., Wright, Amos J. The Puzzling Death of Reinhard Heydrich (PDF) // Bulletin of Anesthesia History . 27 (1). январь 2009.
  101. Williams, 2003. səh. 165
  102. Höhne, 2000. səh. 495
  103. Defalgue, Ray J., Wright, Amos J. The Puzzling Death of Reinhard Heydrich (PDF). . 27 (1). Bulletin of Anesthesia History. январь 2009.
  104. Reinhard Heydrich: Ein Leben der Tat. Prag, 1944. S. 61, 64.
  105. Батлер Р. Гестапо: история тайной полиции Гитлера / Пер. с англ. В. Феоклистовой — М.: Эксмо, 2006. — С. 110. — ISBN 5-699-15081-1
  106. Reinhard Heydrich: 7. Marz 1904 — 4. Juni 1942. Berlin: Ahnenerbe Stiftung, 1942.
  107. Kahn, 1978. səh. 270
  108. Snyder, 1976. səh. 61
  109. Bracher, 1970. səh. 347
  110. Steven Lehrer. Wannsee house and the Holocaust. McFarland. 2000. 86. ISBN 9780786407927.
  111. Чеканова, А. "Памятник операции "Антропоид": лучше поздно, чем никогда". Radio Praha. 27 мая 2009. 2011-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-26.
  112. Ширер, У. Смерть Гейдриха и уничтожение Лидице // Взлёт и падение Третьего рейха. 2. М: Захаров. 2009. səh. 704. ISBN 978-5-8159-0922-9.
  113. Gerwarth, 2011. səh. 280
  114. Ширер, Уильям. Смерть Гейдриха и уничтожение Лидице // Взлёт и падение Третьего рейха. 2. М: Захаров. 2009. səh. 704. ISBN 978-5-8159-0922-9.
  115. Cowdery, Ray R.; Vodenka, Peter. Reinhard Heydrich: Assassination. Lakeville, MN: Victory WW2 Publishing Ltd. 1994. ISBN 978-0-91066-7-425.
  116. McDonald, Callum. The Killing of Reinhard Heydrich: The SS Butcher of Prague. New York City: Da Capo. 1989. 239. ISBN 978-0-306-80860-9. OCLC 722860441.
  117. Daniel Chirot. Modern tyrants: the power and prevalence of evil in our age. Princeton University Press. 1996. 139. ISBN 9780691027777.
  118. Gerwarth, 2011. səh. 291
  119. Václav Šálek. "Anthropoid i Mušketýři. Česko chrastí miliony na zahraniční filmaře". Týden.cs (çex). 2015-07-01. 2015-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 2016-08-15.
  120. Н. Караев. Сквозь мутное зеркало и что там увидел Филип Дик, или Империя и не побеждала Arxivləşdirilib 2016-05-04 at the Wayback Machine // Мир фантастики. — № 127, март 2014. — С. 8-17.
  121. Rosenfeld, 2005. səh. 87
  122. Wolfgram, Mark. "Getting History Right": East and West German Collective Memories of the Holocaust and War. Rowman & Littlefield. 2011. 98. ISBN 9781611480061.
  123. Корнеева Н. Одинокая звезда // Gala Биография (7—8). 2013. 25—39.
  124. Борис Эскин, писатель. "Мгновения с Юлианом Семёновым. Часть 6. Штирлиц – это Семёнов". Тредиаковский. 2010-06-30. 2019-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-01.
  125. "Le prix Goncourt du premier roman attribué à Laurent Binet pour HHhH". Le Monde.fr (fransız). Le Monde. 2010-03-02. 2019-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-22.
  • Arad, Yitzhak. Belzec, Sobibor, Treblinka: The Operation Reinhard Death Camps. Bloomington, IN: Indiana University Press. 1987. ISBN 978-0-253-34293-5.
  • BBC. "Grave of top Nazi leader Reinhard Heydrich opened in Berlin". BBC.com. BBC. 16 December 2019. 24 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2019.
  • Blandford, Edmund L. SS Intelligence: The Nazi Secret Service. Edison, NJ: Castle Books. 2001. ISBN 0-7858-1398-5.
  • Bracher, Karl Dietrich. The German Dictatorship: The Origins, Structure, and Effects of National Socialism. New York: Praeger. 1970. ISBN 978-1-12563-479-0.
  • Browder, George C. Foundations of the Nazi Police State: The Formation of Sipo and SD. Lexington: University Press of Kentucky. 2004. ISBN 978-0-8131-1697-6.
  • Browning, Christopher R. The Origins of the Final Solution: The Evolution of Nazi Jewish Policy, September 1939 – March 1942. Comprehensive History of the Holocaust. Lincoln: University of Nebraska Press. 2004. ISBN 0-8032-1327-1.
  • Bryant, Chad Carl. Prague in Black: Nazi Rule and Czech Nationalism. Cambridge, MA: Harvard University Press. 2007. ISBN 978-0-674-02451-9.
  • Буренин С. В., Семергин-Каховский О. И. Бумеранг Гейдриха. СПб.: Северо-Запад; Феникс, 2005. ISBN 5-222-05847-6 (хроника операций SD при Гейдрихе, история покушения на него)
  • Гейдрих, Рейнхард / Вишлёв О. В. // Восьмеричный путь — Германцы. — М. : Большая российская энциклопедия, 2006. — С. 491. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 6). — ISBN 5-85270-335-4.
  • Подъяпольский А., Непомнящий Н. Несостоявшиеся фюреры. Гесс и Гейдрих. М.: Вече, 2004. ISBN 5-9533-0427-7. (анализ политической карьеры Гейдриха)
  • Райнхард Гейдрих — паладин Гитлера / Ю. Чупров. Райнхард Гейдрих. Путь к власти. Д. Гамшик, И. Пражак. Бомба для Гейдриха. — }}
  • Хёне Х. Чёрный орден СС. История охранных отрядов. — М.: Олма-пресс, 2003. — 542 с. — 6000 экз. — ISBN 5-224-03843-X.
  • Assassination : Operation Anthropoid 1941–1942, by Michael Burian. Prague: Avis, 2002.
  • Christian Graf von Krockow: Porträts berühmter deutscher Männer — Von Martin Luther bis zur Gegenwart, München 2001 (List-Verlag), S. 379–426 (ISBN 3-548-60447-1)
  • Fred Ramen. Reinhard Heydrich: Hangman of the 3rd Reich. Holocaust Biographies. The Rosen Publishing Group. 2001. ISBN 9780823933792.
  • Gerwarth, R. Kat Hitlera: biografia Reinharda Heydricha. (polyak). Kraków: Wydawnictwo Epika. 2013. ISBN 9788363621094.
  • Gerwarth Robert. Hitler’s Hangman: The Life of Heydrich. New Haven, CT: Yale University Press. ISBN 978-0-300-11575-8.
  • Günther Deschner: Reinhard Heydrich. Statthalter der totalen Macht. Verlag Ullstein, Frankfurt/M-Berlin 1987, ISBN 3-548-27559-1.
  • Hellmut G. Haasis: Tod in Prag. Das Attentat auf Reinhard Heydrich. Reinbek bei Hamburg. Rowohlt 2002, ISBN 3-498-02965-7.
  • Lina Heydrich: Leben mit einem Kriegsverbrecher. Mit Kommentaren von Werner Maser, Verlag W. Ludwig, Pfaffenhofen 1976, ISBN 3-7787-1025-7.
  • Mario R. Dederichs: Heydrich. Das Gesicht des Bösen. Piper 2005, ISBN 3-492-04543-X, Rezension Arxivləşdirilib 2021-03-01 at the Wayback Machine von Dr. Michael Drewniok
  • Max Williams: Reinhard Heydrich — Fotobiographie in zwei Bänden, ULRIC of ENGLAND, London, 2002.
  • Miroslav Kárný/Jaroslava Milotová/Margita Karná (Hrsg.): Deutsche Politik im "Protektorat Böhmen und Mähren" unter Reinhard Heydrich 1941–1942. Eine Dokumentation. Metropol Verlag 1997, ISBN 3-926893-44-3.
  • Pfitzner J., Kliment J. Die Hauptstadt Prag ehrt das Andenken Reinhardt Heydrichs. Prag, 1944 (одно из официальных изданий, посвящённых памяти Гейдриха).
  • Shlomo Aronson: Reinhard Heydrich und die Frühgeschichte von Gestapo und SD. Deutsche Verlags-Anstalt, Stuttgart 1971.
  • The Killing of Reinhard Heydrich: The SS "Butcher of Prague", by Callum McDonald. ISBN 0-306-80860-9
  • The Face of the Third Reich: Portraits of the Nazi Leadership, by Joachim Fest, Da Capo Press
  • Walter Schellenberg: Walter Schellenberg. Hitlers letzter Geheimdienst-Chef, Copyright 1956 by André Deutsch Ltd., London, für die deutsche Ausgabe: Copyright © by Limes Verlag. Taschenbuchausgabe: Verlag Arthur Moewig GmbH, Rastatt, ISBN 3-8118-4363-X, Kommentiert von Gerarld Felming, herausgegeben von Gita Petersen, Einleitung von Gita Petersen, Vorwort von Klaus Harpprecht.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]