Ramjet

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Uçuş zamanı Mach rəqəmləri ilə bir ramjet mühərrikinin işləmə sxemi

Ramjet və ya soba borulu reaktiv mühərrik, hərəkətli hissələri olmayan reaktiv mühərrik növüdür. Yüksək sürətlərdə istifadə olunan sadə bir mühərrik növüdür. Bu üstünlüyü sayəsində raket sistemlərində istifadə edilmişdir.

Ramjet, irəli itələməli, sıxılmış hava qəbuledicili fırlanan kompressoru olmayan reaktiv mühərrik növüdür. Aşağı sürətdə itələmə qüvvəsi (impulslar) yaratmadığı üçün yerdə olan bir təyyarəni işə sala bilmir. Yüksək sürətli uçuşlar üçün uyğundur. Kompressor və ya turbin kimi hərəkətli hissələrə malik olmayan bir mühərrik növüdür. Ramjetlər işləmək üçün əvvəlcədən sürətə ehtiyac duyur və onlar səsdən yüksək sürətlərdə işə başlaya bilərlər (M>1). Bu tip mühərriklər 5 Mach sürətinə qədər işləyirlər. Daha yuxarı sürətlərə çıxmaq üçün Scramjet mühərrikləri tələb olunur. Yüksək sürət tələb edən sahələrdə istifadə olunur, silah istehsalçıları xarici qabıqlı ağır silahlara bir ramjet əlavə edərək silahın mənzilini artırdılar.

Ramjet, 1913-cü ildə Fransada René Lorin tərəfindən icad edilmiş və patentləşdirilmiş bir cihazdır. Prototip inşası zamanı, uyğun olmayan materiallardan istifadə edildiyi üçün bu prototip gözlənilən nəticələri verə bilməmişdir.

1915-ci ildə macar ixtiraçısı Albert Fonó topların mənzilini artırmaq üçün bir yol tapdı. Başlatma mexanizminə bir ramjet qurğusu əlavə edərək, aşağı mənzilli top ağızına yüksək mənzil xüsusiyyəti, yüksək çəkili topu aşağı çəkili atıcıdan atmağa imkan vermişdir. Fonó icadını Avstriya-Macarıstan ordusuna təqdim etmiş, ancaq onun icadı rədd edilmişdir.

1936-cı ildə Hellmuth Walter qazla işləyən test mühərriki hazırladı. BMWJunkers nəzəri işi davam etdirdilər. 1941-ci ildə Eugen Sänger çox yüksək temperaturda yanma kamerası olan ramjet mühərriki qurdu. Daha sonra Almaniyadakı müharibə dövründə, yanacaq çatışmazlığı başladı, sınaqlar sıxılmış kömür, toz blokları ilə davam etdirildi, nəticədə yanma azlığı nəticəsində testlər uğursuz oldu.

Leduc 022
Nord Aviation 1500 Griffon II

Rene Leducun işləri olduqca diqqətəlayiqdir. Leducun modeli Leduc 0.10, ilk uğurlu ramjet mühərriki ilə işləyən təyyarədə quraşdırıldı.

Nord 1500 Griffon 1958-ci ildə 2.19 Macha çatdı

Üstünlükləri və çatışmazlıqları

[redaktə | mənbəni redaktə et]
Üstünlükləri
  • Aşağı çəki
  • Kilo nisbətinə görə yüksək itələmə qüvvəsi
  • Hərəkət edən hissələri yoxdur
  • Mach 5.0-ə çata bilir.
Çatışmazlıqları
  • Səsdən yuxarı sürətlərdə işləyə bilir.
  • Yanma üçün havanın subsonik sürətə düşməsi vacibdir.

Ramjet motorlu hava nəqliyyatı vasitələri

[redaktə | mənbəni redaktə et]

Ramjetdən istifadə edən döyüş raketləri

[redaktə | mənbəni redaktə et]